Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-799/2023 03.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh qızına və Zamin Mirzəbala oğluna qarşı əsas və dəbbə borcunun alınması tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh qızına və Zamin Mirzəbala oğluna qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 415 (dörd yüz on beş) manat 84 (səksən dörd) qəpik əsas borcun, güzəştlə hesablanmış 150 (yüz əlli) manat dəbbə pulu borcunun, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pulun, cəmi 595 (beş yüz doxsan beş) manat 84 (səksən dörd) qəpik borcun Cavabdeh qızından və Zamin Mirzəbala oğlundan məcburi qaydada alınaraq Biləsuvar rayon "xxxx" MMC-yə verilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh Əliyeva X1 rayon “Kapital Lizinq" MMC ilə 23 iyul 2021-ci il tarixdə 13600 saylı kredit müqaviləsi bağlayaraq ümumi lizinq qiyməti 435.20 manat təşkil edən Redmi 9A 12 ay müddətinə, hər ayın 23-də 36.26 manat ödəmək şərti ilə lizinq yolu ilə kreditə almışdır. Zamin Mirzəbala oğlu da Cavabdeh qızının “ Kapital Lizinq" MMC qarşısında götürdüyü öhdəliyi icra etmədikdə onun öhdəliyini tatamilə və ya hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən “Zamin" “Cavabdeh“-in iddiaçı qarşısında götürdüyü öhdəliklər üçün məsuliyyət daşıyır və onun əsas borcu ilə yanaşı faizləri, dəbbə pulunu da ödəməyi öhdəsinə götürür. Bütün bunlar kredit verilərkən onlara ətraflı izah edilərək keçən gün üçün vaxtında ödənilməyən əsas borcun (hər keçən gün üçün) aylıq ödənişin 2.0 faizi həcmində dəbbə pulu (Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda cavabdehin iddiaçıya ödəməli olduğu pul məbləğidir. Cavabdeh qızı müqavilənin şərtlərini pozub kredit borcunu ödəmədiyindən ona və zamininə xəbərdarlıq edilmiş və onlar, əlavə vaxt alaraq gecikmə ilə əlaqədər dəbbə pulu borcunu da ödəyəcəyini vəd etsədə iddiaçını aldadaraq ödənişdən qəsdən yayınmışdır. Məcburiyyət qarşısında qalıb təkrar olaraq onun ünvanına xəbərdarlıq və təkliflər məklubları göndərilmiş və ona təklif edilmişdir ki, əgər borcunu razılaşdırılmış şəkildə ödəyərsə dəbbə pulu və sair əmələ gəlmiş xərclər ona bağışlanacaqdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh qızı arasında bağlanmış 23 iyul 2021-ci il tarixli 13600 saylı lizinq müqaviləsinə əsasən cavabdehə 435.20 manat dəyərində nisyə aldığı malın müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 36.26 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki,”Kapital Lizinq” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh qızı arasında bağlanmış 23 iyul 2021-ci il tarixli 13600 saylı lizinq müqaviləsinə əsasən Cavabdeh qızının İddiaçı MMC-yə borcu xx.xx.2023-cü il tarixə ödənilməmiş 415 (dörd yüz on beş) manat 84 (səksən dörd) qəpik əsas borc, güzəştlə hesablanmış 150 (yüz əlli) manat dəbbə pulu borcu təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan 23 iyul 2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Kərimov X2 Gülqayıd Fərman qızının öhdəliyinin icrasının təminatı olaraq İddiaçı MMC ilə zaminlik müqaviləsi bağlamışdır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh qızı 23 iyul 2021-ci il tarixli 13600 saylı lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş borc qismində 415 (dörd yüz on beş) manat 84 (səksən dörd) qəpik əsas borc, güzəştlə hesablanmış 150 (yüz əlli) manat dəbbə pulu cavabdehlər Cavabdeh qızından və Zamin Mirzəbala oğlundan müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh qızı və Zamin Mirzəbala oğlundan müştərək qaydada İddiaçı xeyrinə 415 (dörd yüz on beş) manat 84 (səksən dörd) qəpik əsas borc, güzəştlə hesablanmış 150 (yüz əlli) manat dəbbə pulu borcu, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, cəmi 595 (beş yüz doxsan beş) manat 84 (səksən dörd) qəpik məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-799/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-799/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver