Məhkəmə qərarları › İş №2(022)-804/2024

Biləsuvar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(022)-804/2024

05.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-804/2024 05.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 16 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 4.200 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 16 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 4.200 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh tanışı X2 vasitəsi ilə tanımışdır. Onun Cavabdeh ilə münasibətləri normal olmuşdur. 16 dekabr 2022-ci il tarixdə o, tikinti materiallarının satışı ilə məşğul olarkən, Cavabdeh onun yanına gələrək, ondan evin dam örtüyünü inşa etmək üçün ondan bir sıra tikinti materialları borc amaq istədiyini ona bildirmişdir. O, tanışı E.Ə.Babayevin xətrini çox istədiyi üçün Cavabdeh nisyə qaydada mal satmağa razı olmuşdur. Belə ki, cavabdeh onun işlətdiyi mağazadan 4.200 manat dəyərində tikinti materiallarını nisyə şəkildə almışdır. Həmin tarixdə o, Cavabdeh ilə həmin materialların satışına dair nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh aldığı materialların dəyərini hissə-hissə ödəmək şərti ilə, 10 ay müddətinə ona qaytarmalı idi. Lakin həmin müqavilənin bağlandığı tarixdən 1 il 9 ay keçməsinə baxmayaraq, Cavabdeh ona olan borcundan heç bir ödəniş etməmişdir. O, həmin borcun ödənilməsi məqsədi ilə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq etsə də, ona olan borcunu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Buna görə də o, cavabdehdən ona borclu olduğu pulun məcburi qaydada alınması məqsədi ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Mülki işə məhkəmədə baxıldığı dövrdə də cavabdeh onun yanına gələrək, iddiasını geri götürməsini xahiş etmiş və borcunu qısa müddətdə ödəyəcəyini və məhkəməyə gələrək borcunu etiraf edəcəyini vəd etmişdir. Lakin Cavabdeh həmin vədinə də əməl etməmiş, nəinki borcundan ödəniş etməmiş, məhkəməyə də gəlməkdən boyun qaçırmışdır. Sonda, İddiaçı iddianın təmin edilməsini, ödənilməmiş borc qismində 4.200 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış həmin müqaviləyə əsasən tikinti materiallarını 10 ay əzində hər ayın 16-da, hər ay 430 manat məbləğində hissəhissə ödəmək şərtilə, cəmi 4.200 manata İddiaçı almışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı 16 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borc qismində 4.200 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Buna görə də məhkəmə hesab edir ki, 16 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borc qismində 4.200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən müharibə veteranları məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 015679 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranı statusu verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə və iddiaçı müharibə veteranı olduğu üçün dövlət rüsumu ödəməkdən azad edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 62 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 16 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.200 (dörd min iki yüz) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh iş üzrə dövlət rüsumunun əvəzi qismində 62 (altmış iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi nəfinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Biləsuvar rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, ondan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar