Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-805/2024 10.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı ziyanın ondan tutulmasına dair ******* saylı 21 fevral 2023-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi tələbi barədə işə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: 04 iyun 2024-cü il tarixdə İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı ziyanın ondan tutulmasına dair ******* saylı 21 fevral 2023-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmənin “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya yazılı etirazını göndərərək bildirmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində eyni əsaslar üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)955/2023 saylı 17 avqust 2023-cü il tarxili qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Həmin qətnamə üzrə İddiaçı iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamədən narazı qalaraq Şirvan Apellyasiya Məhkəməsinə apelliyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(106)-1800/2023 saylı qətnaməsi ilə Biləsuvar Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Göstərilənləri nəzərə alaraq İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi, həmin akt əsasında yazılmış borcun silinməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmənin 04 iyul 2024-cü il tarixli iclasında təqdim edilmiş etirazla tanış olmaq üçün ona vaxt verilməsini və məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. 10 iyul 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında İddiaçı iddia tələbinə qarşı etirazda qeyd edilən faktların həqiqiliyi ilə razılaşmış, lakin Biləsuvar Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(022)955/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə razı olmadığını və məhkəmədən eyni tələb üzrə yenidən işə baxılmasını etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Biləsuvar rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(022)-955/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı xx.xx.2023-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi, həmin akt əsasında yazılmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Biləsuvar Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(022)-955/2023 saylı qətnaməsi ilə iddia əsassız olduğundan təmin edilməməsi qət edilmişdir Şirvan Apellyasiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(106)-1800/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı vəkili və nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Biləsuvar rayon Məhkəməsinin 17 avqust 2023-ci il tarixli, 2(022)-955/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən iddiaya dair verilmiş yazılı etirazından görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğu üçün mülki iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1- ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, ona dair etirazı və iş materiallarını tədqiq edərək, hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı ziyanın ondan tutulmasına dair ******* saylı 21 fevral 2023-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi tələbi barədə Biləsuvar rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 avqust 2023-cü il tarixli, 2(022)-955/2023 saylı qətnaməsi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda hazırki mülki işə mahiyyəti üzrə baxılması mülki-prosessual qanunvericiliyin tələblərinə zidd olduğuna görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı ziyanın ondan tutulmasına dair ******* saylı 21 fevral 2023-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən (və ya alındığı) gündən 10 gün müddətində ondan Biləsuvar rayon məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. Hakim: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-805/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-805/2024
10.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver