Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-817/2023 03.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh nümayəndəsi vəkil X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh aralarında bağlanmış kredit müqavilələrinin şərtlərinə əməl etməyərək 18 iyul 2019-cu il tarixdə verdiyi 3000 (üç min) manat, 16 fevral 2020-ci il tarixdə verdiyi 2200 (iki min iki yüz) manat və 20 dekabr 2022-ci il tarixdə verdiyi 5.000 (beş min) manatcəmi 10200 (on min iki yüz) manat məbləğində pulun, eləcə də ondan almış olduğu 10200 (on min iki yüz) manat borc pulu hazırki vaxta kimi qaytarmadığından həmin pula dair əldən çıxmış faydaya görə 5000 (beş min) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 136 (yüz otuz altı) manat - cəmi 15336 (on beş min üç yüz otuz altı) manat pulun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, Cavabdeh ilə əvvəllər hər hansı bir dostluq və sair münasibətləri olmamışdır. Lakin o, cavabdehi digər şəxslərin vasitəsi ilə tanımış, cavabdeh Ağcabədi rayonu ərazisində yerləşən hərbi hissədə işlədiyindən onun yaşadığı qonşu kənd olan Qoruqbağı kəndində kirayədə yaşamışıdır. Cavabdeh bu tanışlıqdan istifadə edərək 3 dəfə ayrı-ayrı vaxtlarda ona müraciət edərək xəstəsi olduğunu, torpaq sahəsi aldığını və müəyyən miqdarda pul borcu olduğunu bildirmişdir. Ona görə də Cavabdeh 2019-cu ilin iyul ayının əvvəllərində ona müraciət edərək ondan 3000 manat pula ehtiyacı olduğunu və buna görə də ona köməklik etməsini xahiş etmiş, alacağı 3000 (üç min) manat məbləğindəki pulu vaxtında və tam olaraq qaytaracağını bildirmişdir. Cavabdehin Ağcabədi rayonu ərazisində yerləşən hərbi hissədə işlədiyini, aldığı pulu tam şəkildə geri qaytaracağına əminliklə verdiyi sözə inandıqdan sonra 18 iyul 2019-cu tarixdə Qobustan rayon dövlət notariat kontorunda 3000 (üç min) manat məbləğində nəqd şəkildə olan pulun Cavabdeh verilməsi və həmin pulun xx.xx.2020-ci il tarixdə tam şəkildə geri qaytarması ilə bağlı aralarında kredit müqaviləsi imzalanmış və dövlət notariusu tərəfindən 3M-40 nömrə ilə reyestrdə qeydə alınmaqla təsdiqlənmişdir. Bundan başqa Cavabdeh 2020-ci ilin fevral ayının əvvəllərində yenə ona yaxınlaşaraq pula ehtiyacı olduğunu və bu baxımdan ona köməklik etməyi ondan xahiş etmiş və o, bu dəfə ondan 2.200 manat pul istəmişdir.O, cavabdehə xx.xx.2019-cu il tarixdə ondan almış olduğu 3000 manat pulu qaytarmadığını, ona görə də ona pul verə bilməyəcəyini bildirsə də, lakin o, aldığı pulların hamısını problemlərini yoluna qoyduqdan sonra tam olaraq ödəyəcəyinə söz vermişdir.O, bir insan olaraq cavabdehə inanaraq təkrar ona 2020-ci ilin fevral ayının 16-da 2200 (iki min iki yüz) manat pul vermişdir. xx.xx.2020-ci il tarixdə Bərdə regional «ASAN xidmət» mərkəzində 2200 (iki min iki yüz) manat məbləğində nəqd şəkildə olan pulun Cavabdeh verilməsi və həmin pulun xx.xx.2020-ci il tarixdə tam şəkildə geri qaytarması ilə bağlı aralarında kredit müqaviləsi imzalanmış və notariat ofisinin xüsusi notariusu X6 tərəfindən həmin müqavilə təsdiqlənməklə 3M-291 nömrə ilə reyestrdə qeydə alınmışdır. Aradan xeyli müddət keçsə də, lakin Cavabdeh iki dəfə olmaq şərti iləümümilikdə ondan almış olduğu 5200 manat pulu söz verdiyi tarixlərdə geri qaytarmamışdır. Lakin buna baxmayaraq cavabdeh 2022-ci ilin dekabr ayının əvvəllərində yenə də ona müraciət edərək pulla bağlı ciddi problemlərinin yarandığını bildirməklə pula ehtiyacı olduğunu və təcili olaraq 5000 (beş min) manat pul lazım olduğunu bildirmişdir. Cavabdeh bu dəfə də yalan dolu vədlər verərək aldığı pulların hamısını yaxın vaxtlarda ödəyəcəyinə tam əminliklə söz vermişdir. O, yenə də cavabdehin bu sözlərinə inanaraq təkrar olaraq 2022-ci ilin dekabr ayının 20-də ona 5.000 (beş min) manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Ağcabədi regional «ASAN xidmət» mərkəzində 5.000 ( beş min) manat məbləğində nəqd şəkildə olan pulun Cavabdeh verilməsi və həmin pulun xx.xx.2023-cü il tarixdə tam şəkildə geri qaytarması ilə bağlı aralarında kredit müqaviləsi imzalanmış və notariat ofisinin xüsusi notariusu X2 tərəfindən həmin müqavilə təsdiqlənməklə 3M-583 nömrə ilə reyestrdə qeydə alınmışıdır. Lakin cavabdeh nə verdiyi sözə, nə də imzaladığı müqavilənin şərtlərinə əməl etməyərək hazırki vaxta kimi 18 iyul 2019-cu il tarixdə verdiyi 3000 (üç min) manat, 16 fevral 2020-ci il tarixdə verdiyi 2200 (iki min iki yüz) manat və 20 dekabr 2022-ci il tarixdə verdiyi 5.000 (beş min) manat- cəmi 10200 (on min iki yüz) manat məbləğində pulunu geri qaytarmamışdır. Verilən müddətdən artıq xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh hər dəfə bir bəhanə gətirməklə ondan borc olaraq almış olduğu pulu qaytarmamşdır.Keçən müddət ərzində cavabdehin ondan almış olduğu xeyli məbləğ təşkil edən pulla o, özü üçün hər hansısa bir iş qura və ya hansısa bir əmlaka yatırmaqla müəyyən məbləğdə mənfəət əldə etmiş olardı. Lakin cavabdehin bu hərəkətləri nəticəsində o, 5000 manat məbləğində əldə olunacaq mənfəətdən də məhrum edilmişdir. Ona görə də cavabdeh ondan almış olduğu 10200 (on min iki yüz) manat borc pulu qaytarmaqla bərabər, eyni zamanda ona əldən çıxmış mənfəətə görə 5000 (beş min) manat pul ödəməlidir. Artıq cavabdehin borclu olduğu pulu qaytaracağı ilə bağlı verdiyi vədlər yalan olduğundan onunla bağlı aralarında borc pulla bağlı mülki mübahisə yaranmışdır. Cavabdehin keçən müddət ərzində aralarında imzalanmış kredit müqaviləsinin şərtlərinə əməl etməyərək 18 iyul 2019-cu il tarixdə verdiyi 3000 (üç min ) manat, 16 fevral 2020-ci il tarixdə verdiyi 2200 (iki min iki yüz) manat və 20 dekabr 2022-ci il tarixdə verdiyi 5.000 (beş min) manat- cəmi 10200 (on min iki yüz) manat məbləğində pulu qaytarmadığından belə qənaətə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyildir və ona görə də cavabdehdə olan borcun yalnız məhkəmə qaydasında alınması məqsədə müvafiqdir. Ona görə də ona borclu olduğu 10200 ( on min iki yüz) manatın, əldən çıxmış mənfəətə görə 5000 (beş min) manatın və dövlət rüsumu olaraq ödənilmiş 136 (yüz otuz altı) manatıncəmi 15336 ( on beş min üç yüz otuz altı) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini edir. Cavabdeh nümayənədəsi və vəkili X7 izahatında göstərmişdir ki, iddaçı İddiaçı ona qarşı 15336 manat məbləğində iddia qaldırmışdır. Həmin iddia tələbi üç müqavilə üzrə irəli sürülmüşdür. İddia tələbi üzrə birinci, yəni xx.xx.2019-cu il tarixli müqaviləyə görə iddiaçı ondan 3000 (üç min) manat tələb edir. Müqavilədən görünür ki, tərəflər həmin borcun xx.xx.2020-ci il tarixə qədər geri qaytarılmasını razılaşdırmışlar. xx.xx.2019-cu il tarixli borc müqaviləsindən sonra aralarında olan razılıq əsasında Cavabdeh əmək haqqı kartını iddiaçıya vermiş, iddiaçı hər ay həmin kartdan 600 (altı yüz) manat pul götürmüş, qalan məbləği isə ona vermişdir. Əmək haqqı kartı beş ay iddiaçıda qalmışdır. Onun pula ehtiyacı olduğundan 2020-ci ilin fevral ayında yenidən iddiaçıya müraciət etmiş, xx.xx.2020-ci ildə yenidən iddiaçı ilə borc müqaviləsi imzalamışdır. Əvvəla hər üç müqavilə üzrə iddiaçı ona borcu faiz ödənilməsi şərti ilə vermişdir. Əgər o, bir müqavilə üzrə borcu ödəməsəydi, iddiaçı ona ikinci borcu verməzdi. İddiaçı beş ay ərzində onun kartından hər ay 600 (altı yüz) manat olmaqla pulunu götürmüş və onun İddiaçı olan 3000 (üç min) manat məbləğində olan borcu tam ödənilmişdir. Həmin müqavilə üzrə borcun ödənilməsinin son tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. Hazırda həmin vaxtdan 3 ildən çox bir müddət keçmişdir.İddia tələbindən və ona əlavə edilmiş müqavilələrdən də görünür ki, iddiaçı ilə onun arasında üç dəfə borc müqaviləsi bağlanmışdır. Birinci borc müqaviləsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə 3000 (üç min) manat məbləğinə bağlanılmış, ikinci borc müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə 2200 (iki min iki yüz) manat məbləğinə bağlanılmış, üçüncü borc müqaviləsi isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətə 5000 (beş min) manat məbləğində bağlanılmışdır.Hesab edir ki, birinci, yəni xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə iddia tələbi əsassızdır və iddia müddəti buraxıldığından iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.Belə ki, iddia ərizəsindən, ona əlavə edilmiş sənədlərdən və işin hallarından görünür ki, müqavilə üzrə müəyyən edilmiş ödənişin son müddətindən üç ildən də çox bir müddət keçmiş, həmin pulu ödəmiş və onun iddiaçıya borcu yoxdur. İddiaçı ona qarşı pul tələbi üzrə iddia tələbinin xx.xx.2019-cu il tarixli 3000 (üç min) manat məbləğinə borc müqaviləsi üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın həmin hissədə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zərdab RİHB-nın Sarıqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 53 saylı arayışından gğrünür ki, İddiaçı Zərdab rayonu Sarıqaya kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan 18 iyul 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı X3 xx.xx.2020-ci il tarixə qaytarmaq şərti ilə 3000 manat borc pul vermişdir. İş materiallarında olan 16 fevral 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı X3 xx.xx.2020-ci il tarixə qaytarmaq şərti ilə 2200 manat borc pul vermişdir. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı X3 xx.xx.2023-cü il tarixə qaytarmaq şərti ilə 5000 manat borc pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasənq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Cavabdeh iddia tələbinə etirazında 18 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 3000 (üç min) manat borc almasını göstərsə də, kredit borcunun qaytarılması üçün əmək haqqı kartını cavabdehə verdiyini, cavabdehin isə beş ay ərzində onun əmək haqqı kartından hər ay 600 (altı yüz) manat çıxarmaqla ona olan borcunu ödədiyini göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının 18 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə ondan 3000 (üç min) manat borc tələbinə iddia müddəti təbiq edilməklə həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarına əlavə edilmiş 18 iyul 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı X3 xx.xx.2020-ci il tarixə qaytarmaq şərti ilə 3000 manat borc pul vermişdir.Borcun qaytarılması müddəti xx.xx.2023-cü il tarixdə başa çatmasına baxmayaraq iddiaçı həmin müqavilə üzrə pul tələbi ilə bağlı xx.xx.2023-cü il tarixdə, yəni borc müqaviləsi üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı borc müqavilələri üzrə cavabdehin borcun vaxtında qaytarılması öhdəliyini yerinə yetirməməsi səbəbindən əldən çıxmış fayda olaraq 5000 (beş min) manat zərərə məruz qalıdığını göstərsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh 16 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2200 (iki min iki yüz) manat, 20 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5000 (beş min) manat, cəmi 7200 (yeddi min iki yüz) manat alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdeh 7200 (yeddi min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 80 (səksən) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №2(022)-817/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-817/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver