Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-824/2024 12.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 17 iyul 2023-cü il tarixli niyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 650 manat, gecikdirilmiş müddət üzrə dəbbə pulu qismində 195 manat, cəmi 845 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 17 iyul 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 650 manat, gecikdirilmiş müddət üzrə dəbbə pulu qismində 195 manat, cəmi 845 manat, məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmədə iddia tələbini müdafiə edərək, göstərdi ki, İddiaçı Biləsuvar şəhəri Mübariz İbrahimov küçəsində yerləşən “Mehdi Elektronics” adlı mağazada məişət texnikasının və mobil telefonların satışı ilə məşğul olur. Cavabdeh 17 iyul 2023-cü il tarixdə həmin mağazadan 700 manat dəyərində “Galaxy A24” markalı mobil telefonu ilkin ödəniş qismində 50 manat ödəməklə, 12 ay müddətinə nisyə alqı-satqı müqaviləsi əsasında, almışdır. Müqaviləyə görə Cavabdeh həmin televizorun dəyərinin qalan hissəsini 12 ay müddətində, hər ay 54 manat, sonuncu ay isə 56 manat məbləğində ödəniş etməklə, hissə-hissə tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin televizora görə iddiaçıya olan 700 manat ümumi borcundan yalnız müqavilə bağlandığı tarixdə 50 manat ödəniş etmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə görə isə alıcı ödənişi gecikdirdiyi halda, gecikdirilmiş məbləğin 0,1 faizi məbləğində cərimə ödəməlidir. Buna görə də Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə ödənişləri gecikdirdiyinə görə ona 195 manat məbləğində dəbbə pulu hesablanmışdır. Ümumilikdə, Cavabdeh iddiaçıya cəmi 845 manat məbləğində borcu vardır. İddiaçı borcunun ödənilməsini dəfələrlə cavabdehdən tələb etsə də, sonuncu iddiaçıya olan borcunu müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırmışdır. Buna görə də İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır Sonda, Nümayəndə iddia tələbinin təmin olunmasını və cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş əsas borcun əvəzi qismində 650 manat, gecikdirilmiş müddət üzrə dəbbə pulu qismində 195 manat, cəmi 845 manat məbləğində pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 iyul 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış həmin müqaviləyə əsasən “Galaxy A24” markalı mobil telefonu ilkin olaraq 50 manat ödəməklə, 12 ay əzində hər ay 54, sonuncu ay isə 56 manat hissəhissə ödəmək şərtilə, cəmi 700 manata İddiaçı almışdır. Həmin müavilənin 3.5-ci bəndinə görə alıcı müqavilədə göstərilən malın pulunu ödəmədikdə, hər gecikdirilmiş gün üçün malın ödənilməmiş dəyərinin 0,1 faizi miqdarında əlavə pul ödəməyi öhdəsinə götürür. Mülki işdə olan 17 iyul 2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh “Galaxy A24” markalı mobil telefonu 17 iyul 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı təhvil allmışdır. İş materiallarında olan İddiaçı tərəfindən təqdim edilmiş 17 iyul 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh borcu barədə maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı olan borcu ödənilməmiş əsas borcun əvəzi qismində 650 manat, cərimə qismində 195 manat, cəmi 845 manat təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı 17 iyul 2023-cü il tarixli nisyə alqısatqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 650 manat, cərimə qismində 195 manat, cəmi 845 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, alıcının ödənişi gecikdirdiyi halda, ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında əlavə məbləğ ödəməsi barədə müqavilə şərti öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün tərəflərin müəyyənləşdirildiyi dəbbə pulu - cərimə kimi təfsir olunmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, 195 manat təşkil edən cərimə məbləği tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və cərimə məbləğinin 50 manata qədər azaldılması məqsədə müvafiqdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 17 iyul 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə əsas borcun əvəzi qismində 650 manat, cərimə qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 05 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçınun xeyrinə 17 iyul 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 650 (altı yüz əlli) manat, cərimə qismində 50 (əlli) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat, cəmi 725 (yeddi yüziyirmi beş) manat məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-824/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-824/2024
12.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver