Məhkəmə qərarları › İş №2(022)-827/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-827/2025

16.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-827/2025 16.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı inzibai xəta haqqında qərarın ləgv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Aqrar Kredit və X2 və Qiymətləndirmə şöbəsinin MN ******* №-li, 15 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Aqrar Kredit və X2 və Qiymətləndirmə şöbəsi tərəfindən tərtib edilmiş 13 sentyabr 2024-cü il tarixli, ******* nömrəli protokola əsasən “Fermer tərəfindən X4 İnformasiya Sistemi” nə bilərəkdən yanlış məlumat daxil edilməsi nəticəsində Subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə” onun barəsində MN ******* №-li 15 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Həmin qərarda bildirilir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 411- 2-ci maddəsində nəzərdən tutulan “Xəbərdar edilmə və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə cəzası tətbiq edilə bilər. Hesab edir ki, Aqrar Kredit və X2 və Qiymətləndirmə şöbəsinin MN ******* №-li 15 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və ədalətsiz qərardır. Çünki Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Daxili Nəzarət və Audut şöbəsi, Aqrar Kredit və X2 və Qiymətləndirmə şöbəsi, Cavabdeh və X6 İnstitutunun əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə torpaq sahəsində monitorinq keçirilən zaman onun Biləsuvar rayonu, Səmədabad kəndinin ərazisində İcarəyə götürdüyü 580 (beş yüz səksən) hektar torpaq sahəsinin 555 (beş yüz əlli beş) hektar torpaq sahəsində çəltik əkini həyata keçirməsi və qalan 25 hektar torpaq sahəsində əkin işlərinin aparılmaması təsdiqlənmişdir. Yuxarıda qeyd etdiyi təşkilatların əməkdaşları tərəfindən onun 555 (beş yüz əlli beş) hektar torpaq sahəsində apardığı əkin işləri təsdiq edildikdən sonra ona subsidiya ayrılmışdır. Ayrılan subsidiyadan təyinatdan kənara istifadə etməmişdir. Gördüyü işlər barədə aktlar tərtib edilmiş və alınan kimyəvi məhsullar da qaimə-fakturalarla öz əksini tapmışdır. Ona görə də hesab edir ki, Aqrar Kredit və X2 və Qiymətləndirmə şöbəsinin MN ******* №-li 15 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı yuxarıda göstərilənlərə əsasən ləğv edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Aqrar Kredit və X2 və Qiymətləndirmə şöbəsinin MN ******* №-li, 15 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı inzibati materialdan mülki qaydada şikayət etmiş və ərizədə inzibati qaydada protokolu tərtib etmiş şəxsi cavabdeh kimi göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Aqrar Kredit və X2 və Qiymətləndirmə şöbəsinin MN ******* №li, 15 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi inzibati material olduğundan həmin işə mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı Aqrar Kredit və X2 və Qiymətləndirmə şöbəsinin MN ******* №-li, 15 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar