Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-832/2024 07.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 19 iyun 2023-cü il tarixli, 140 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.630 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 244 manat 50 qəpik, cərimə qismində 361 manat 08 qəpik, cəmi 2.235 manat 58 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı 19 iyun 2023-cü il tarixli, 140 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.630 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 244 manat 50 qəpik, cərimə qismində 361 manat 08 qəpik, cəmi 2.235 manat 58 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmədə iddia tələbini müdafiə edərək, göstərdi ki, Cavabdeh1 ilə «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 19 iyun 2023-cü il tarixli, 140 saylı kredit müqaviləsinə əsasən əsasən cavabdehə illik 30 faiz dərəcəsi ilə hesablanmaqla, 6 ay müddətində əsas borcla birlikdə faiz borcunu da tam qaytarmaq şərti ilə, 1.630 manat məbləğində kredit verilmişdir. Eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin icrasına məsuliyyəti üzərinə götürmüşdür. Təsdiq edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 19 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə hər ayın 19-da 300 manat 89 qəpik məbləğində ödənişlər aparmalı olsa da, Cavabdeh1 həmin müqavilə üzrə iddiaçıya olan borcundan hazırki tarixədək heç bir ödəniş etməmişdir. Beləliklə, Cavabdeh1 kredit vəsaitlərindən istifadə etsə də, kredit müqaviləsinin şərtlərini pozmuş, əsas kredit borcunu və faiz borclarını vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Nəticədə Cavabdeh1 19 iyun 2023-cü il tarixli, 140 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.630 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 244 manat 50 qəpik, cərimə qismində 361 manat 08 qəpik, cəmi 2.235 manat 58 qəpik məbləğində borcu yaranmışdır. Cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borcunun qaytarılmasına dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Buna görə də iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış və bu zaman dövlət rüsumunun ödənilməsi üçün 43 manat məbləğində əlavə xərc çəkmişdir. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 iyun 2023-cü il tarixli, 140 saylı kredit müqaviləsindən və həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı 19 iyun 2023-cü il tarixli, 140 saylı kredit müqaviləsinə əsasən iddiaçıdan illik faiz dərəcəsi 30 faiz olmaqla, 6 ay müddətinə, kredit müqaviləsinə əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 1.630 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 19 iyun 2023-cü il tarixli xəzinə məxaric orderinin kserosurətindən görünür ki, «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən 1.630 manat məbləğində pul vəsaiti Cavabdeh1 nağd qaydada təhvil verilmişdir. Mülki işdə olan 19 iyun 2023-cü il tarixli, 140 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən təqdim edilmiş 19 iyun 2023-cü il tarixli, 140 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 19 iyun 2023-cü il tarixli, 140 saylı kredit müqaviləsi üzrə iddiaçıya olan borcu 19 dekabr 2023-cü il tarixə, əsas borc qismində 1.630 manat, faiz borcu qismində 244 manat 50 qəpik, cərimə qismində 361 manat 08 qəpik, cəmi 2.235 manat 58 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 və Cavabdeh2 «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı 19 iyun 2023-cü il tarixli, 140 saylı kredit müqaviləsi ilə üzərlərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə onun iddiaçıya əsas borc qismində 1.630 manat, 19 dekabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 244 manat 50 qəpik cərimə qismində 361 manat 08 qəpik məbləğində borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun və cavabdehlərin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq hesab edir ki, hesablanmış cəmi 361 manat 08 qəpik məbləğində cərimənin 50 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 19 iyun 2023-cü il tarixli, 140 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə əsas borc qismində 1.630 manat, 19 dekabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 244 manat 50 qəpik və cərimə qismində 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 5 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 37 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətin xeyrinə 19 iyun 2023-cü il tarixli, 140 saylı müqaviləsi üzrə əsas borc qismində 1.630 (bir min altı yüz otuz) manat, 19 dekabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 244 (iki yüz qırx dörd) manat 50 (əlli) qəpik, cərimə qismində 50 (əlli) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 37 (otuz yeddi) manat, cəmi 1.961 (bir min doqquz yüz altmış bir) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Nümayəndə
Məhkəmə qərarları › İş №2(022)-832/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-832/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver