Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-850/2025 19.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, İddiaçı ərizəçi ilə X1 arasında “Mercedes Benz E270 CDİ” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısının təsdiq edilməsi və həmin nəqliyyat vasitəsi üzərində ərizəçinin mülkiyyət hüququnun tanınması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 17 aprel 2025-ci il tarixdə İddiaçı ərizəçi ilə X1 arasında “Mercedes Benz E270 CDİ” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısının təsdiq edilməsi və həmin nəqliyyat vasitəsi üzərində ərizəçinin mülkiyyət hüququnun tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasına təyin edilmişdir. Mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasında ərizəçi İddiaçı hazırda işə mahiyyəti üzrə baxılmasını istəmədiyini bildirərək, Azərbaycan Respublikası MPMnin 170.1-ci maddəsinə əsasən ərizəsinin və ona əlavə edilmiş sənədlərin, o cümlədən dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etdi. Həmçinin ərizəçi İddiaçı ərizənin geri qaytarılmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisinin Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə də məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə isə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2022-ci il tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 2.1.3-cü bəndlərinə görə ərizələr (şikayətlər) qaytarıldıqdaa və ya ərizə baxılmamış saxlanıldıqda, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu onu tutan orqanın müraciəti əsasında dövlət büdcəsindən geri qaytarılır. Dövlət rüsumunun qaytarılması məhkəmələrin məktubu və ya icra və probasiya şöbələrin tələbin könüllü icrası haqqında bildirişi, icraata başlamaq haqqında qərarı ilə təqdim olunan məhkəmə qərarları və ya Ədliyyə Nazirliyinin müraciəti üzrə vergi orqanları tərəfindən tərtib olunan rəylər əsasında həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılması maliyyə orqanı tərəfindən təmin edilir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ərizəçi ilə X1 arasında “Mercedes Benz E270 CDİ” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısının təsdiq edilməsi və həmin nəqliyyat vasitəsi üzərində ərizəçinin mülkiyyət hüququnun tanınması barədə ərizəsi geri qaytarıldığına görə, ərizəçi tərəfindən məhkəməyə ərizə verildiyi vaxt iş üzrə dövlət rüsumu qismində 14 aprel 2025-ci il tarixdə, “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyəti, Cəlilabad regional poçt filialının Biləsuvar maliyyə xidməti şöbəsi tərəfindən “Azərbaycan Respublikası Mərkəzi Bankı – Hökumət ödəniş portalı” vasitəsilə 14221104 büdcə təsnifat kodu üzrə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat məbləğində pul vəsaiti ərizəçi İddiaçı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 144, 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı ərizəçi ilə X1 arasında “Mercedes Benz E270 CDİ” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısının təsdiq edilməsi və həmin nəqliyyat vasitəsi üzərində ərizəçinin mülkiyyət hüququnun tanınması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iş üzrə dövlət rüsumu qismində 14 aprel 2025-ci il tarixdə, “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyəti, Cəlilabad regional poçt filialının Biləsuvar maliyyə xidməti şöbəsi tərəfindən “Azərbaycan Respublikası Mərkəzi Bankı – Hökumət ödəniş portalı” vasitəsilə 14221104 büdcə təsnifat kodu üzrə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-850/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-850/2025
19.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver