Məhkəmə qərarları › İş №2(022)-9/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-9/2025

10.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-9/2025 10.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Biləsuvar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona dəymiş maddi zərərə görə 1540.00 (bir min beş yüz qırx) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 19 noyabr 2023-cü il tarixdə təxminən saat 18:15 radələrində Biləsuvar şəhəri Pərvin Əliyev küçəsi ərazisində idarə etdiyi Opel Vectra markalı **-DO-*** dövlət nömrə nişanlı avtomobil ilə sürət həddini aşmadan hərəkət edərkən Cavabdeh səksən baş xırda buynuzlu heyvanlarını qadağan olunmuş magistral yola çıxarmış və nəticədə avtomobilinin ön hissəsinə bir baş qoyun çırpılaraq ona 1540,00 (bir min beş yüz qırx) manat məbləğində maddi ziyan vurmuşdur.Bununla əlaqədar olaraq o, hadisə yerində Daxili İşlər Nazirliyinin “102" xidmətinə dərhal məlumat vermişdir.Eyni zamanda hadisə ilə əlaqədar olaraq yol-nəqliyyat hadisəsinin sxemi çəkilmiş, izahatlar alınmış, sərxoşluq vəziyyətinin tibbi müayinələri aparılmışdır. 20 noyabr 2023-cü il tarixdə Biləsuvar Rayon Baş DAM polis kapitanı X2 tərəfindən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə İXP 587711 saylı protokol tərtib edilmiş, baxılması üçün Biləsuvar Rayon məhkəməsinə göndərilmişdir.Biləsuvar Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır.Belə ki, hadisədən xeyli müddət keçməsinə baxmayaraq ona vurulmuş 1540.00 (min beş yüz qırx) manat məbləğində maddi ziyan hələ də ödənilməmişdir. Məsələnin həlli ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq ürəkaçan heç bir nəticə olmamışdır.Bu barədə cavabdehə məlumat verərək ona vurulmuş ziyanın ödənilməsini tələb elsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək maddi ziyanı ödəməmişdir. Onun yeganə qazanc yeri avtomobilidir. Artıq neçə müddətdir ki, işsiz qalmışdır. Maddi sıxıntıları yaranmışdır.Bu səbəbdən hal-hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh dəymiş maddi ziyana görə 1540.00 (bir min beş yüz qırx) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 19 noyabr 2023-cü il tarixdə xırdabuynuzlu (qoyun) heyvanları otlaq sahəsindən evə gətirirkən günün ikinci yarısı, saat təxminən 18:00 radələrində heyvanlarla gəlib X6 küçəsinin əkin sahəsi olan tərəfinə çatmış və heyvanların qarşısını kəsib yolda avtomobillərin hərəkətinin kəsilməsini gözləmişdir. O, hər zaman heyvanları həmin ərazidən məqsədli şəkildə, təhlükəsizlik tədbiri olaraq keçirir. Çünki həmin ərazidən təxminən 30-40 metr yuxarı (rayona tərəf) dörd yol ayrıcıdır və onun heyvanları keçirdiyi nöqtədə sürət həddinin 50 km/saat və “ötmə qadağandır” yol işarələri vurulmuş dirək var. O, iki baş qoyunu yolun qarşı tərəfinə keçirmişdir ki, anidən dayanan avtomobillərin arxasından “Opel” markalı 50- DO- 884 dövlət nömrə nişanlı avtomobil çıxaraq yol hərəkəti qaydasını pozub ötmə hərəkəti etməklə onun üstünə gəldiyini görmüşdür. Tez qarşısındakı qoyunlardan birini geri qaytarmış və sahəyə tərəf keçmişdir. Lakin ikinci qoyunu qaytarmağa macal tapmadan qeyd edilən avtomobil qoyunu vurmuşdur. Yəni avtomobil qoyunu yolun əks tərəfinin kənarında, piyada səkisinin dibində vurmuşdur. Bunları sürücü özü də məhkəmədə təsdiqləmişdir. Qoyunun videosunu polislər də çəkmişlər. Bundan sonra bu məsələ ilə bağlı 30 dekabr 2023-cü il tarixdə Biləsuvar rayon məhkəməsinin qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğdə inzibati cərimə olunmuşdur.Odur ki, hazırda iddiaçının iddia tələbini əsassız hesab edir və iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(022)-459/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXMnin 338.7-ci maddəsi ilə təqsirli bilinsə də, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə ,huququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər ,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarında olan AKAY AUTO servisin arayışından görünür ki, ** DO *** dövlət qeydiyyat nişanlı «Opel Astra» markalı avtomobilin təmiri üçün xərc ümumilikdə 1540 manat təşkil edir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli № 9/10276 saylı ekspert rəyində aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında “AKAY AUTO” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı mağazalarında olan (sıra 11) avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Opel Astra” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1395,00 manat təşkil edir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 375,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1020,00 manat. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh iddia tələbinə etiraz etsə də, etirazını əsaslandıran məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq belə hesab edir ki, işdə olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh təqsirli hrəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə iddiaçıya 1395 manat həddində maddi ziyan dəymişdir. Ona görə də iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 1395.00 (bir min üç yüz doxsan beş) manat pul alınıb İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1395 (bir min üç yüz doxsan beş) manat pul alınaraq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatına görə Cavabdeh 50 (əlli) manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəməə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar