Məhkəmə qərarları › İş №2(022)-908/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-908/2024

29.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-908/2024 29.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1800 (bir min səkkiz yüz) manat pulun, 38 manat ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ötən ilin may ayının 03-də əvvəllər tanımadığı cavadeh Biləsuvar rayonu Amankənd kənd sakini Cavabdeh 1800 manat dəyərində 1 baş inəyi ondan nisyə alaraq pulunu axşam verəcəyini bildirmişdir. Lakin o, həmin müddət ərzində pulu ödəməmişdir. Məcburiyyət qarşısında qalaraq Masallı rayon Polis şöbəsinə müraciət etməli olmuşdur. Cavabdeh Masallı RPŞ-də verdiyi izahatında ona borclu olmasını etiraf etmiş, maddi durumunun pis olması ilə bağlı pulu ödəyə bilməməsini bildirmiş, iyun ayının 30-dək pulu ödəyəcəyini vəd etmişdir. Ancaq cavabdeh qeyd olunan malın pulunu bu vaxtadək ödəməmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq dövlət rüsumuna görə 38 manat ödəməli olmuşdur. Cavabdei ötən ilin may ayının 03-də ondan 1800 manat dəyərində bir baş inəyi nisyə almaqla həmin inəyin dəyərini iyun ayının 30-dək ödəyəcəyini öhdəsinə götürmüş, yən öhdəliyin icra müddəti təyin edilmiş, lakin həmin müddət ərzində o, öhdəliyini yerinə yetirməyərək bununla da ona 1800 manat məbləğində ziyan vurmuşdur. İddiaçı məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etdiyini, ona görə də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri digər iş materialları ilə birlikdə tam və hərtərəfli araşdıraraq və işin müəyyən olunmuş hallarına hüquqi qiymət qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Masallı rayonunun Ərkivan qəsəbəsində qeydiyyatdadır. İşdə olan Cavabdeh Masallı rayon Polis şöbəsində vermiş olduğu izahatında İddiaçı bir baş İnəyi 1810 manata nisiyə aldığını və maddi durumu çətin olduğundan qaytara bilmədiyini göstərmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, İddiaçı xx.xx.2022-ci il tarixdən 1810 manat borclu olduğu pulu xx.xx.2022-ci il tarixə kimi qaytaracağını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1 maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanının ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı 1800 manat dəyərində olan bir baş inəyi nisyə olaraq almış, lakin nisyə aldığı bir baş inəyə görə İddiaçı ödənilməli olan 1800 (bir min səkkiz yüz) manat pulu müxtəlif əsaslar gətirməklə ona ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) məbləğində pul alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 38 (otuz səkkiz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar