Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-911/2025 02.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 600 manat əsas borc, 126 manat faiz borcu, 90 manat dəbbə haqqı və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 846 manat məbləğində pulun alınıb iddiaçı 'kEE-GÜCÜ” Kredit İttifaqı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, o, X1 İddiaçı-nin idarə heyətinin sədri vəzifəsində işləyir. Biləsuvar şəhəri M.İbrahimov küçəsində yaşayan Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəsi ilə "xxxx"'Kredit İttifaqı MMC-nin idarə heyətinin sədrinə müraciət edərək ona 6 ay müddətinə bərabər miqdarda qaytarmaqla 600 manat məbləğində aylıq 3 % olmaqla kredit verilməsini xahiş etmişdir. Cavabdeh ilə xx.xx.2025-ci il tarixdə 1612 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona xx.xx.2025-ci il tarixli 15 saylı məxaric xəzinə orderi ilə 600 manat kredit verilmişdir.Cavabdeh götürdüyü kreditdən ödəniş cədvəlinə uyğun olaraq cəmi 726 manat ödəməli olduğu halda heç bir ödəmə etməmişdir. Nəticədə cavabdehin 726 manat ödənilməmiş kredit borcu qalmışdır. Bundan başqa Cavabdeh 90 gün kredit gecikməsi yaranmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən cavabdeh krediti vaxtında ödəməzsə qalıq məbləğin 0.5-1 % həcmində gecikdirdiyi hər gün üçün peniya ödəməlidir. Cavabdehin kredit ödəməsini gecikdirdiyi 90 gündən 60 gün güzəşt olunmuş və qalan 30 gün üçün kredit müqaviləsinin 5.4-cü bəndində göstərilən dəbbə haqqı ən aşağı səviyyədə, yəni 0.5%- lə hesablanmışdır. Hesablanmış peniya ( 600 man X 0.5% X 30 gün ) 90 manat təşkil edir. Beləliklə Cavabdeh İddiaçı "EL- GÜCÜ” Kredit İttifaqı MMC-yə 816 manat borcu qalmışdır. Dəfələrlə yazlı xəbərdarlıq etmələrinə baxmayaraq cavabdeh peniyasız borcunu ödəmək istəməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli 1612 saylı kredit müqaviləsindən görünür ki, ”El-Gücü” Kredit İttifaqı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 1612 saylı kredit müqaviləsinə əsasən illik 3 % olmaqla 6 ay müddətinə 600 manat cavabdehin mülkiyyətinə vermişdir. İş materiallarında olan İddiaçı-nin xx.xx.2025-ci il tarixli 1612 saylı müqavilə üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli 1612 saylı müqaviləyə əsasən Cavabdeh iddiaçı banka borcu 600 manat əsas borc, 126 manat faiz borcu, 90 manat dəbbə təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq cavabdeh İddiaçı-dən müqaviləyə əsasən götürülmüş kredit borcunu, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduqları halda, müqavilə öhdəliyini pozaraq ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu Cavabdeh xx.xx.2025-ci il tarixli 1612 saylı kredit müqaviləsinə əsasən kreditor İddiaçı qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymişdir və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixli 1612 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş 600 manat əsas borc, 126 manat faiz borcu, 90 manat dəbbə haqqı və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 816 qəpik məbləğdə pul vəsaiti Cavabdeh İddiaçı-nin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq QƏTETDİ İddia təmin edilsin. Cavabdeh İddiaçı-nin xeyrinə 600 (altı yüz) manat əsas borc, 126 (yüz iyirmi altı) manat faiz borcu, 90 (doxsan) manat dəbbə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 846 (səkkiz yüz qırx altı) manat pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-911/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-911/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver