Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-914/2024 10.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh Rəhin qızının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Rəhin qızına qarşı maddi və mənəvi zərərə görə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Rəhin qızına qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Rəhin qızından maddi zərərə görə 710 manat, mənəvi zərərə görə 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində isə 58 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə həmkəndlidir. Yaşayış evinin yanında çirkab sularının axıdıması məqsədilə anbar tikmişdir. Həmin anbarın tikintisinə 560 manat xərc çəkmişdir. Həmin ərazidə hər birinin qiyməti hazırda 30 manat olan 6 ədəd yolka ağaçı əkmişdir.Həmkəndlisi Cavabdeh bir baş inəyi anbara düşərək anbarı dağıtmış və nəticədə ona 560 manat ziyan vurmuşdur. Bundan başqa, onun digər inəkləri əkdiyi 6 ədəd yolka ağacını yeməklə nəticədə ona 150 manat ziyan dəymişdir. Cavabdeh heyvanları tərəfindən ona cəmi 710 manat ziyan dəymişdir. Ziyanın aradan qaldırılmasını təkif etsə də, Cavabdeh nəinki ziyanı ödəməmiş, əksinə onu nalayiq sözlərlə təhqir etmiş, onun şəxsiyyətini və şərəf və ləyaqətini alçaltmışdır. Bütün qonşular və ailə üzvləri bunları görüb eşitmişlər. O, şəxsiyyətinin alçaldılması və şərəf və ləyaqətinin ləkələnməsi ilə heç cür barışa bilmir.Bunun üçün də qeyd edilmiş məsələlərin həll edilməsi ilə əlaqədar Biləsuvar RPŞ-nə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılaraq mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək ona təklif olunmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Rəhin qızına qarşı maddi zərərə görə 710 manat, mənəvi zərərə görə 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində isə 58 manat pulun alınıb ona verilməsi tələbi ilə bağlı cavabdehlə razılığa gəldiyini, cabdehlə barışıq əldə etdiyini və cavabdehdən heç bir tələb və şikayətinin olmadığına görə iddiadan imtina etdiyini, ona görə də iddia tələbindən imtina barədə ərizəsinin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh Rəhin qızının nümayəndəsi Vəkil məhkəmə iclasında cavabdehin iddiaçı ilə barışıq əldə etdiyini, ona görə də iddia tələbi üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Belə olan halda məhkəmə hesab edirki, iddiaçı iddiadan imtina etdiyinə və bu imtina məhkəmə tərəfindən qəbul olunduğuna görə İddiaçı Cavabdeh Rəhin qızına qarşı maddi zərərə görə 710 manat, mənəvi zərərə görə 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58 manat pulun alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. İddiaçı Cavabdeh Rəhin qızına qarşı maddi zərərə görə 710 manat, mənəvi zərərə görə 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58 manat pulun alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökumət ödəniş portalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə ödənilmiş 58 (əlli səkkiz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(022)-914/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-914/2024
10.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver