Məhkəmə qərarları › İş №2(022)-925/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-925/2025

08.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-925/2025 08.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı oğlunın Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun xeyrinə 60.000 (altmış min) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu məhkəmə iclasında tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə özunə məxsus Nizamı rayonu Ş.Mirzəyev küçəsi 61, mənzil 14 ünvanında yerləşən 18 mərtəbəli binanın 4-cü mərtəbəsində 1 otaqlı mənzilin təmir edilməklə ona təhvil verilməsi barədə qiyabi olaraq tanıdığı Cavabdeh ilə öz aralarında danışaraq razılaşmışlar. Həmin bir otaqlı mənzil üç otaq olaraq inşa edilməli və tam təmir edilməli idi. Evin təmiri üçün 61350 manat pul vəsaiti tələb olunurdu. Həmin puldan 18.000 manatı usta pulu olaraq nəzərdə tutulmuşdur.Cavabdehlə aralarında razılaşma əldə edildikdən sonra qabaqcadan 500 manat cavabdehə beh olaraq vermişdir. Ayrı-ayrı vaxtlarda ustaya cəmi zəhmət haqqı olaraq 18.000 manat pul vermişdir.Qalan məbləğə isə material alınmalı idi.Cavabdeh təmir üçün nəzərdə tutulan puldan cəmi maksimum 15000 manat pul xərcləmişdir. Amma təmir işləri tamamlanmamışdır.Cavabdehin gördüyü işlərin müəyyən hissəsi keyfiyyətli olsa da, kombi sistemi, kondisioner hissəsi keyfiyyətsiz icra olunmuşdur.Ona görə də həmin işləri başqa şəxslərə gördürmüşdür. Cavabdehə ödənilmiş məbləğlər də nəzərə alınmaqla sifariş olunan işləri yenidən başqa şəxslərə gördürməklə icra edilməsi nəticəsində 60.000 manat zərərə məruz qalmışdır. Ona görə də Cavabdeh 60.000 (altmış min) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında iddianı qəbul etmədiyini bildirərək göstərmişdir ki, İddiaçı oğlunun ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli binanın 4-cü mərtəbəsində 1 otaqlı mənzilinin (100 kv.metr) iddiaçı ilə aralarında əldə edilmiş şifahi razılaşmaya əsasən 1 kv.metrini 400 manatdan hesablanmaqla 40.000 (qırx min) manata təmir edilməsi ilə əlaqədar rızılaşma əldə etmişlər. Həmin puldan 12.000 manatı usta pulu, qalan 28.000 manatı isə mal-materialın alınması üçün nəzərdə tutulmuşdur. Mal-materialı da o, özü almalı idi. Mal-materialı iddiaçının ona verdiyi 19.000 manat pula almışdır. Həmin pulu ona iddiaçı təmir işinin gedişində hissə-hissə vermişdir. O, sifariş olunan işin 80 faizini görmüşdür. Lakin atası vəfat etdiyindən və özü iki dəfə ürək əməliyyatı keçirdiyindən razılaşdıqları 6 ay müddətində (2024-cü il) başa çatdıra bilməmişdir.Ona görə də işlərinin görülməsi 3 ay gecikmişdir.Lakin, işlərin görülməsini dayandırmamışdır.Onunla işləyən işçilər işi davam etdirmişlər. İddiaçı ondan tələb etmişdir ki, ümumi binanın havalandırma sistemini söküb onun mənzilinin ayaqyoluna qatsın. O, isə iddiaçını başa salmağa çalışmışdır ki, binanın havalandırma sisteminə toxunmağa ixtiyarı yoxdur.Ona görə də aralarında mübahisə yaranmışdır.Daha sonra iddiaçı ona zəng vuraraq onunla işləmək istəmədiyini, qalan işləri başqa ustaya gördürəcəyini bildirmişdir. İddiaçı ilə razılaşdıqları işlərdən yalnız mənzilin aboyu, qapının qoyulması və parket işləri görülməmişdir. İddiaçı həmin işlərin görülməsinə onu buraxmadığı üçün həmin işlər görülməmişdir.Görüləcək işlərdən divara aboy vurulması, qapının qoyulması və parket işləri üçün iddiaçı ona pul verməmişdir. İddiaçı ona gördyü işlərə görə zəhmət haqqı olaraq cəmi 8000 (səkkiz min) manat pul vermişdir. Bunun müqabilində bir otaqlı mənzili üç otaq olaraq inşa etmiş, mənzilin elektrik işlərini, istilik sisteminin çəkilməsi, döşəmənin isidilməsi, rəngsaz işlərini, tavanın yığılması, divarın bəzək işlərini, döşəmənin vurulması, kondisionerin divara qoyulması, evin kafel və metlax işlərini (ayaqyolu istisna olmaqla), balkonun örtüyünün vurulması işlərini görmüşdür. İddiaçı onu işlərin görülməsi üçün buraxmadıqdan sonra onun ustalıq alətlərini də ona verməkdəm imtina etmişdir.Ona görə də o, Nizami rayon Baş Polis İdarəsinə bu barədə şikayət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırlımış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (MM-nin 753.1-ci maddəsi). Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır (MM-nin753.2-ci maddəsi). Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir (MM-nin 753.3cü maddəsi). Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun ( MM-nin 759.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı oğlu Nizamı rayonu Ş.Mirzəyev küçəsi 61, mənzil 14 ünvanında yerləşən 18 mərtəbəli binanın 4-cü mərtəbəsində 1 otaqlı mənzilin təmir edilməsi işlərini podratçı olaraq Cavabdeh sifariş vermişdir. İddiaçı mübahisə olunan mənzildə təmir işlərinin vaxtında yerinə yetirilməməsi və eyni zamanda müəyyən hissəsinin keyfiyyətsiz yerinə yetirlməsi səbəbindən həmin işləri təkrarən başqa usta dəvət edərək gördürməsi və nəticədə 60.000 manat zərərə məruz qaldığını göstərmişdir. Cavabdeh isə izahatında sifariş olunan işlərin 80 faiz hissəsini yerinə yetirməklə başa çatdırdığını, qalan işləri isə iddiaçının təqsiri üzündən, yəni binanının ümumi havalandırma isteminin mənzilin ayaqyolu hissəsinə birləşdirlməsinə dair iddiaçının sərəncamını yerinə yetirməməsi səbəbindən aralarıda baş vermiş mübahisə zəminində baş verdiyini, qeyd olunan səbəbdən onu işlərin görülməsinə buraxmadığı ilə əsaslandırmışdr. İşin qeyd olunan hallarından görünür ki, İddiaçı oğlu işlərin keyfiyyətsiz görülməsi səbəbindən mənzilin təmir işlərinin yenidən görülməsi və nəticədə 60.000 (altmış min) manat zərərə məruz qaldığını göstərsə də, istinad etdiyi halları təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. «Qərar»ın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı oğlunun Cavabdeh qarşı 60.000 (altımış min) pul tələbinə dair iddiası təmin ediməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar