Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-933/2025 28.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı 3 saylı X2 Mərkəzinın Cavabdeh qarşı torpaq sahəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı 3 saylı X2 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini Cavabdeh dövlətə dəymiş zərərin əvəzi 77 (yetmiş yeddi) manat məbləğində pul vəsaitinin tutulub 3 saylı X2 Mərkəzinin Sabirabad rayon filialında olan AZ49CTRE**********0005193201, vöen **********, səviyyə kodu Fond 1, təsnifat 142324 saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 saylı X1 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Salyan meşəbəyliyinin 5 saylı meşə dolayının ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Salyan meşəbəyliyinin 5 saylı meşə dolayının 11-ci kvartalının ərazisində Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini X3 məxsus olan 35 baş xırda buynuzlu mal-qaranı otarması faktı müəyyən edilmişdir.Həmin fakt əsasında Ə.Möhbahyevin və Ş.Həsənovun iştirakları ilə xx.xx.2025-ci il tarixində müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çixarış və fotoşəkillər akta əlavə edilmişdir. Həmin faktla bağlı müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış materiala dair qərar qəbul edilərək X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasənda aparılmış hesablamalarla ümumilikdə 77 (yetmiş yeddi) manat məbləğində Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini X4 tərəfindən maddi zərərin vurulması müəyyən edilmişdir.Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu və könüllü olaraq maddi zərərin ödənilməsi barədə onun ünvanına xx.xx.2025-ci il tarixli 3-14-99-3/2-057/2025 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, həmin hesablanmış ümumilikdə 77 (yetmiş yeddi) manat məbləğində dövlətə dəymiş maddi zərəri bu günə qədər ödəməmişdir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydasının 4-cü bəndinə görə meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlə nəzarətini həyata keçirən səlahiyyətli şəxslər meşə qanunvericiliyinin tələblərinə fiziki və hüquq şəxslər tərəfindən əməl edilməməsini aşkar edərkən bu barədə müvafiq qaydada akt tərtib edirlər və hüquqpozmalar nəticəsində meşə təsərrüfatına dəyən zərəri və itkiləri müəyyən olunmuş nırx dərəcələri və cərimələr üzrə hesablayaraq, ümumi məbləğin ödənilməsinə sərəncam verirlər. Həmin Qaydanın 5-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər meşə təsərrüfatına dəyən zərər və itkilər barədə tərtib olunmuş aktla razılaşmadıqları halda mövcud qanunvericiliyə uyğun aidiyyət məhkəməyə şikayət edə bilərlər. Həmin Qaydanın 6-cı bəndinə əsasən meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və Azərbaycan Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədar müəyyən olunmuı zərərin və itkilərin dəyəri müvafiq meşə təsərrüfatına ödənilir. 01 yanvar 2011-ci il tarixdən-qüvvədə olan “İnzibati icraat haqqında” Azərbaycan Respublikas Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedura qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “inzibatı orqanların Təsnifatı”nın 17-ci bəndinə əsasən Azərbaycan Respublikası Meşə Təsərrrüfatı Mərkəzi inzibati orqandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbayca Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Yuxarıda sadalanan qanunvericiliyin normalarından görünür ki, 3 saylı X2 Mərkəzinın inzibati orqan olaraq 3 saylı X2 Mərkəzinin Sabirabad rayon filialına vurulmuş zərərin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “nırx dərəcələri” əsasında hesablayaraq ödənilməsi barədə qanunla müəyyən edilmiş qaydada inzibati akt qəbul etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı 3 saylı X2 Mərkəzinın Cavabdeh qarşı torpaq sahəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(022)-933/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-933/2025
28.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver