Məhkəmə qərarları › İş №2(022)-939/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-939/2024

08.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-939/2024 08.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 7600 manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh borc olaraq almış olduğu 7600.0 manat və ödənilmiş dövlət rüsumuna görə 96 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, o, Biləsuvar şəhərində yaşamaqla fərdi əmək fəaliyyəti ilə məşğul olur. 2024-ci ilin fevral ayında Biləsuvar rayonundan olan bir tanışı Cavabdeh onun yanına gətirərək, xeyir işi olduğu üçün pul lazım olduğunu bildirmişdir. Cavabdeh onunla söhbət zamanı ona 7600.0 manat pul lazım olduğunu və ona köməklik etməsini xahiş etmişdir. O, cavabdehin düşdüyü vəziyyəti başa düşərək kömək məqsədi ilə ona 7600.0 (yeddi min altı yüz) manat borc olaraq 3 (üç) ay müddətinə qaytarmaq şərti ilə vermişdir. Cavabdeh həmin pulu 29 may 2024-ci il tarixinə kimi ona qaytaracağını bildirmişdir. Buna görə də Cavabdeh bu haqda ona sənəd vermiş və həmin vaxt həmin sənədi öz imzası ilə təsdiq etmişdir. Lakin onun qeyd etdiyi müddət başa çatsa da o, bu günə kimi ona olan 7600.0 manat borcundan hec bir ödəniş aparmamışdır. Ona görə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı 7600 manat pul vəsaitin alınıb ona verilməsi tələbi ilə bağlı cavabdehlə razılığa gəldiklərini, cavabdeh tərəfindən borcunun ona tam olaraq ödənildiyinə görə iddiadan imtina etdiyini, ona görə də iddia tələbindən imtina barədə ərizəsinin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıya olan borcunu tam şəkildə ödədiyini və buna görə də iddia tələbi üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə işin materiallarını tədqiq edərək və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Belə olan halda məhkəmə hesab edirki, iddiaçı iddiadan imtina etdiyinə və bu imtina məhkəmə tərəfindən qəbul olunduğuna görə İddiaçı Cavabdeh qarşı 7600 manat pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 7600 manat pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökumət ödəniş portalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə **********3 saylı qəbzlə ödənilmiş 62 (altmış iki) manat 40 (qırx) qəpik və 01.02. 2024-cü il tarixdə ********** saylı qəbzlə ödənilmiş 35 (otuz beş) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar