Məhkəmə qərarları › İş №2(022)-965/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-965/2024

08.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-965/2024 08.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyanın əvəzi olaraq 700 (yeddi yüz) manat pul məbləğinin və məhkəməyə müraciət üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 730 manat pul məbləğinin tutulularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İşdə olan Biləsuvar RİHB-nin Nəsimi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Biləsuvar rayon məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 5-39- 12/2-655/2024 saylı məktubunda Biləsuvar rayonunun Nəsimi kəndinin qeydiyyatında olmuş Cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etdiyi göstərilmişdir. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Biləsuvar rayon məhkməsinə daxil olaraq qeydiyyata alınmışdır. Lakin iş üzrə Cavabdeh məhkəmədə iddia qaldırılanadək, yəni xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Lakin hazırkı iddia ölmüş şəxsə qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beynin fəaliyyətinin dayanması ölüm anı sayılır. Halbuki, ölmüş şəxsin MPM-in 48 və 49-cu maddələri ilə təsbit olunmuş mülki-prosessual hüquq qabiliyyəti və mülki-prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Buna görə də ölmüş şəxsə qarşı iddia qaldırılması, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və ya mübahisəyə mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyana görə 700 (yeddi yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 730 (yeddi yüz otuz) manat pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar