Məhkəmə qərarları › İş №2(022)-966/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-966/2024

05.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-966/2024 05.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 24 aprel 2018-ci il tarixli 011155 nömrəli aktın ləğv edilməsi və 731.38 (yeddi yüz otuz bir manat otuz səkkiz qəpik) manat məbləğində cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsində, bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abonentidir. İstifadə etdiyi elektirik enerjisinin haqqını həmişə vaxtında ödəyir. 2024-cü ilin aprel ayında abonent kimi sayğacı dəyişdirldi və "SMART"sayğac quraşdırıldı. Həmin sayğacın kartına pul yükləndi amma bir necə gün sonra bəlli oldu ki, kartda pul yoxdur. Bunula bağlı iddiaçı adiyyatı üzrə X2 müraciət etdi. İddiaçıya bildirdilər ki, satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən quraşdırılmış enerji uçot dəstinə baxış keçirilmiş və baxış zamanı məlum olub ki, iddiaçı sayğacdan kənar xəttdən istifadə edir. Bunula əlaqədar 24 aprel 2018-ci il tarixli NDM 011155 saylı akt tərtib edilmiş və həmin akta asasən iddiaçıya 731.83 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı isə bildirdi ki, həmin cərimə ilə bağlı həmin vaxtlarda cavabdeh təşkilataın Biləsuvar filialına gəlmiş, bu yalançı aktla bağlı şikayətçi oimuş və sonda iddiaçıya bildirirlib ki, narahat olmasın bu iş araşdırılb və həmin cərimə tələb olunmayacaqdır. Artiq 6 il idir ki, həqiqətən də həmin cərimə iddiaçıdan tələb edilmirdi. Amma demə həmin cəriməni sisitemdən silməyiblər. Hesablanmış cəriməyə görə bu 5 ildə bir dəfə də olsun ki, işığı kəsməyiblər. İddiaçı da 2018-ci ildə ona deyilən sözə inanmış və qeyd etdiyi kimi faktiki olaraq həmin cərimə tələb olunmamışdır. Cavabdeh həmin məbləği almaqdan ötəri quraşdırılmış sayğacı “SMART” sayğacia əvəzləmişdir. İşıq pulu 10 manat karta vurur ki , dərhal oradan 8 manat silirlər. Bu vəziyyətlə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş, tərtib edilmis aktin surətini tələb etmiş və onlar həmin aktın surətini vermişdilər. Tərtib edilmiş aktı qanunsuz hesab edir. Tərtib edilmiş aktda qaydaların heç bir tələbinə əməl edilməmişdir. Yəni həmin yoxlama zamanı iddiaçının iştirakı təmin edilməyib. Yaşadığı evdə qaz təhcizatı vardır. Evin qızdırlması və digər işləri qaz vasitəsi ilə təmin edilir. Elektirik enerjisi ancaq gecə vaxtlarında işıqlandırma, televizor, soyuducu və yay aylarında kondinser işlətmək üçün istifadə olunur. Bu səbəbdən elektirik enerjisinə o qədər də ciddi zərurət və tələbatı yoxdur. Kondiseri isə yay ayalrında istifadə edirlər gündüz vaxtlarında gecələr isə söndürülür. Tərtib edilmiş akt aprel ayına aiddir.Həmin aylarda kondisenerdən istifadə olunmur. Qeyd etdiyi kimi iddiaçı yaşlı xəstə və təqaüdçüdür. Hərəkət etmək iqtidarında deyil. Yaşı da kifayət qədərdir. İddiaçının elektirik işləri ilə bağlı heç bir bilik və bacarığı yoxdur. Elektrikk xəttindən dəhşətli şəkildə qorxur. İddiaçının sayğacdan kanar istifadə kimi hallara ehtiyacım yoxdur və ümumiyyətlə bu işi bacarmaz. Sayğacdan kənar hec bir xətt olmayıb. Cavabdehin tərtib etmiş olduğu aktdan xəbərsiz olub. Bu akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməyib. Bundan başqa iddiaçı cavabdeh tərəfdən video və foto çəkilişlərinə baxış keçirilməsini istədi lakin onlar bildirdilər ki, heç bir video və foto çəkiliş olmayıb. İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tədbiq edilmiş 24 aprel 2018-ci il tarixli 011155 nömrəli aktın etibarsız hesab edilməsi və yazılmış 731.38 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini qəbul etmədiyini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələblərini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək mübahisəli aktın tərtib edilməsindən sonra 6 il 6 ay məhkəməyə müraciət etdiyini bildirmiş, iddia müddəti tətbiq etməklə tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları S.İbrahimov, Ş.Nəsirov və Z.Məmmədov tərəfindən tərtib edilmiş 24 aprel 2018-ci il tarixli 011155 nömrəli aktın surətindən görünür ki, onlar abonent İddiaçı (abonent kodu **********03085) yaşadığı ünvanda istehlak edilən elektrik enerjisi uçotu və “X3 Qaydaları”na riayət olunmasının yoxlanılması məqsədilə sayğaca baxış keçirmişlər. Baxış saat 12:00-da icra olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, abonentin sayğac sxemdən kənar xətlər istifadə edir. Kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Abonentə aid saldo məlumatlarından görünür ki, abonentdən NDM seriyalı 011155 nömrəli akt əsasında hesablanmış 731.38 manat borcun ödənilməsi tələb olunmuşdur. Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən 09 iyul 2024-cü il tarxili, 5-391/2-901/2024 nömrəli arayışdan görünür ki, iddiaçı Hüseynov X1 şəhəri Ş.Qurbanov küçəsi 10 ünvanında yaşayır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın: 1.1-ci bəndinə əsasən abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent - elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X3 edən istehlakçıdır; 1.4-cü bəndinə əsasən abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir; 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır; 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır; 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin təlvöD« Enerjinəzarət« İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır; 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X4 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi Göründüyü kimi, qanunvericilik elektrik qurğularıa münasibətdə istehlakçı-abonentin məsuliyyət dairəsini dəqiq müəyyən edib. Mülki iş materiallarından da göründüyü kimi hazırkı işdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid hesablaşma elektrik sayğacı İddiaçı məxsus yaşayış evində deyil, yaşayış evinin hasarının xarici tərəfində quraşdırılıb və buna görə də, iddiaçı o halda məsuliyyətə cəlb edilə bilər ki, həmin sayğaca müdaxilədə onun təqsiri sübuta yetirilmiş olsun. Əks halda, yuxarıda qeyd edilən Qaydalar onun məsuliyyətini istisna edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin faktiki hallarından görünür ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktın bir nüsxəsi abonentə (barəsində akt tərtib edilmiş şəxsə) təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Lakin iş materiallarından göründüyü kimi, sayğacdan sxemdən kənar xətdən istifadə və bunun nəticəsində zərər vurulmasının İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24 aprel 2018-ci il tarixli 011155 akta və həmin aktın tərtib edilməsi üçün əsas olmuş hallara dair məhkəməyə hər hansı sübut (video və ya foto görüntü, şahid ifadələri və s.) təqdim edilməmişdir. Bu səbəbdən həmin aktın qanuni olub-olmamasının məhkəmə tərəfindən yoxlanılması mümkün olmamışdır. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə olduğu təqdirdə isə, iddiaçıya 24 aprel 2018-ci il tarixli 011155 nömrəli akt əsasında hesablanmış 731 manat 38 qəpik borc əsassızdır və hazırki şərtlər daxilində ondan tələb edilə bilməz. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verdiyi ərizəyə münasibət bildirərək qeyd edir ki, hazırkı iş üzrə iddia müddətinin tətbiqi yolverilməzdir. Belə ki, irəli sürülmüş tələb vurulmuş zərərlə bağlı cavabdeh tərəfindən iddiaçıya münasibətdə tərtib olunmuş aktla bağlıdır. Hazırkı mübahisənin qanuni əsasının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096 və 1097-ci maddəsinin təşkil etdiyini və bu münasibətlərə ümumi iddia müddətinin tətbiq edilməli olduğunu nəzərə alaraq, məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı vermiş olduğu ərizəsini təmin etməməyi qanuna uyğun və məqsədə müvafiq hesab edir Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yaşayan İddiaçı adına olan **********03085 saylı abunə koduna 24 aprel 2018-ci il tarixli NDM seriyalı 011155 nömrəli akt əsasında hesablanmış 731 manat 38 qəpik elektrik enerjisi borcu silinməlidir. Məhkəmə xərcləri. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 30 manat təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yaşayan İddiaçı adına olan **********03085 saylı abunə koduna tərtib olunmuş 24 aprel 2018-ci il tarixli NDM seriyalı 011155 nömrəli akt etibarsız hesab edilsin və 24 aprel 2018-ci il tarixli NDM seriyalı 011155 nömrəli akt əsasında hesablanmış 731.38 (yeddi yüz otuz bir manat otuz səkkiz qəpik) manat borc silinsin . Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar