Məhkəmə qərarları › İş №2(022)-967/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-967/2024

04.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-967/2024 04.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Sövdümağa oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: Ucar Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 1(063)-65/2023 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin noyabr ayından 2023-cü ilin may ayınadək olan müddətdə özünü Regional Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəis müavini “Fuad müəllim” kimi təqdim edərək iddiaçıda ona qarşı yaranmış inam və etimaddan istifadə edərək İddiaçı tanışlarının vasitəsilə 1-ci qrup əlillik diaqnozu ilə pensiya təyin edilməsinə köməklik edəcəyinə dair söz verməklə aldadaraq, etibarından sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid, **********980003 nömrəli plastik karta iddiaçının istifadəsində olan “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətindən verilmis **********670007 nömrəli plastik kartdan Ucar rayonu ərazisindən “Birbank” tətbiqi vasitəsilə 02 dekabr 2022-ci il tarixdə, saat 08:37-də 300 manat, 06 dekabr 2022-ci il tarixdə saat 08:39-da 300 manat, 08 dekabr 2022-ci il tarixdə, saat 10:23-də 300 manat, 26 dekabr 2022-ci il tarixdə, saat 13:21-də 150 manat, 27 dekabr 2022-ci il tarixdə, saat 15:23-də 147 manat, 26 yanvar 2023-cü il tarixdə. saat 22:56-da 200 manat, 27 yanvar 2023-cü il tarixdə saat 14:13-də 100 manat, 27 yanvar 2023-cu il tanxdə saat 16:08-də 77 manat eləcə də sonuncuya məxsus 'Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə aid **********472994 nömrəli plastik kartdan xidmət haqlan ilə birlikdə 30 yanvar 2023-cü il tarixdə, saat 17:01-də 101.50 manat, 31 yanvar 2023-cü il tarixdə saat 14:20-də 31 manat 01 fevral 2023-cü il tarixdə, saat 14:03-də 81,20 manat 01 fevral 2023-cü il tarixdə, saat 17:10-da **********670007 nömrəli plastik kartdan 50 manat. **********472994 No-li plastik kartdan xidmət haqlari ilə birlikdə 13 fevral 2023-cu il tarixdə, saat 09:12-də 253,75 manat, 13 fevral 2023-cü il tarixdə, saat 18:58-də 152.25 manat, 14 fevral 2023-cü il tarixdə, saat 17:42-də 76,13 manat, 15 fevral 2023-cü il tarixdə, saat 11.23-də 172,55 manat, 17 fevral 2023-cü il tarixdə saat 11:49-da 101,50 manat, 20 fevral 2023-cü il tarixdə, saat 16:02-də 61 manat, 20 fevral 2023-cü il tarixdə, saat 17:57-də 101,50 manat, **********670007 nömrəli plastik kartdan 06 mart 2023-cü il tarixdə, saat 10:36da 31 manat, 10 mart 2023-cü il tarixdə, saat 08: 53-də 21 manat, 15 mart 2023-cü il tarixdə, saat 16:05-də 259 manat, **********472994 nömrəli plastik kartdan xidmət haqları ilə birlikdə 27 mart 2023-cü il tarixdə, saat 17:46-da 75,11 manat, 27 mart 2023-cu il tarixdə, saat 09:04-də 104,55 manat, 04 aprel 2023-cü il tarixdə, saat 11:09da iddiaçının qohumu X1 istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən rəsmiləşdirilmiş **********477766 nömrəli plastik kartdan Vüqar Xəlilovun vasitəsi ilə 50 manat, 05 aprel 2023-cü il tarixdə saat 09:38-də 205 manat, 11 aprel 2023-cü il tarixdə, saat 11:27-də 40 manat, iddisçıya məxsus **********670007 nömrəli plastik kartdan 28 aprel 2023-cü il tarixdə, saat 13:16-da 65 manat. 28 aprel 2023-cü il tarixdə saat 15:11-də 53 manat, 01 may 2023-cü il tarixdə, saat 16:08-də 59 manat, 03 may 2023-cü il tarixdə, saat 11:55-də 100 manat, 04 may 2023-cü il tarixdə, saat 13:52-də 45 manat, həmcinin 18 may 2023-cu il tarixdə, saat 09 25-də Ucar şəhəri, Azərbaycan prospektində yerləşən “Elegant” market adı ilə fəaliyyət göstərən marketdən "MiLLiON" elektron ödəmə sistemindən 180 manat, 21 may 2023-cü il tarixdə, saat 08:17-də 75 manat, habele 2022-ci ilin noyabr ayından 2023-cü ilin may ayınadək olan müddət ərzində istintaqa məlum olmayan gündə və saatlarda Ucar rayonu ərazisində yerləşən müxtəlif elektron ödəmə terminalları vasitəsilə 64,95 manat köçürtdürərək və sonuncu dəfə 2023-cü ilin may ayında istintaqa məlum olmayan gündə və saatda Ucar rayonu, Qazyan kəndi ərazisində görüşərək 400 manat pulunu əldən alıb iddiaçıya xeyli miqdarda, yəni ümumilikdə 11014,04 (on bir min on dörd manat, 4 qəpik) manat məbləğində pulumu vahid niyyətlə qəsdən ələ keçirib iddiaçıya qarşı dələduzluq etmişdir. Buna görə də həmin hökmlə Cavabdeh Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçıya isə cavabdehin cinayət əməlini törətməsi nəticəsində dəymiş qalıq zərəri Azerbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək huququnun olmasi izah edilmisdir. Hemin qalıq zərər isə 8000 manat təşkil edir. Lakin iddiaçı məhkəmədə dəfələrlə tələb etməsinə baxmayaraq. cavabdeh həmin pulu bu günədək ödəməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi: İddiaçı Cavabdeh Sövdümağa oğluna oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin və 102 (yüz iki) manat ödənilmiş dövlət rüsumunun, bank xidməti haqqının, eləcə də iddia ərizəsinin ödənilməsi üçün vəkilə ödədiyi 120 manat vəsaitin Cavabdeh Sövdümağa oğlundan alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh Sövdümağa oğlu tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Sövdümağa oğlunun hazırda faktiki olduğu yerin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsi olduğunu nəzərə alaraq məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh həmin ünvan üzrə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh Sövdümağa oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Ucar Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 1(063)-65/2023 nömrəli hökmündən görünür ki, - Cavabdeh Sövdümağa oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qəti olaraq şəxs üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; - məhkəmə istintaqı zamanı Cavabdeh Sövdümağa oğlu iddiaçıdan 10.387 (on min üç yüz səksən yeddi) manat məbləğində pulu almasını etiraf etmiş, sadəcə olaraq pulu xərclədiyini bildirməklə geri qaytarmaq iqtidarında olmamasını bildirmişdir; -cavabdeh məhkəmə istintaqı zamanı iddiaçıya dəymiş zərərdən 3150 (üç min yüz əlli) manatını ödəmişdir. - cavabdehin iddiaçıya vurduğu zərərin 11.014,04 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunmuşdur. 02 iyul 2024-cü il tarixli BPM**********5 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin tərtib edilməsi üçün 120 (yüz iyirmi) manat ödəniş həyata keçirilmişdir. 02 iyul 2024-cü il tarixli BPM**********5 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 102 (yüz iki) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır; 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2); 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı: Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırılması zamanı müəyyən edilən hallar ondan ibarətdir ki, Cavabdeh Sövdümağa oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədərək iddiaçıya 11.014,04 manat məbləğində maddi ziyan vurmuş, məhkəmə istintaqı zamanı həmin məbləğdən 3150 manatı İddiaçı qaytarmışdır. Məhkəmə qeyd edilənləri və məhkəmə hökmünün preyudisiallığını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edilməli, Cavabdeh Sövdümağa oğlundan cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 7.864,04 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti, eləcə də iddia ərizəsinin tərtib edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xərc Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 7.864,04 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat miqdarında hissəsi, eləcə də iddia ərizəsinin tərtib edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində vəsait Cavabdeh Sövdümağa oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar