Məhkəmə qərarları › İş №2(022)-975/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-975/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-975/2024 05.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11,02.2022-ci il tarixli kredit müqaviləsi üzrə 997.8 manat əsas borc, 256.62 manat faiz borcu, 232.09 manat cərimə borcu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15.5 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1502.01 manat borcun tutulması, Cavabdeh İddiaçı ASC-in xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqavilə üzrə 426.47 manat əsas borc, 27.64 manat faiz, 162.05 manat cərimə borcu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 622.16 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 (qırx bir) manat 46 (qırx altı) qəpik məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 % olmaqla 24 ay müddətinə 1000 manat məbləğində kredit götürmüşdür.xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 16%-lə 24 ay müddətinə 3000 manat məbləğində kredit götürmüşdür.Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2024-cü il mayın 30-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 997.8 manat əsas borc, 256.62 manat faiz borcu, 464.18 manat cərimə borcu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15.5 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1734.1 manat borcu vardır. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 464.18 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 232.09 AZN məbləğində tələb olunur. 2024-cü il mayın 30-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 426.47 manat əsas borc, 27.64 manat faiz, 162.05 manat cərimə borcu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 622.16 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək, toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 25 faiz olmaqla 24 ay müddətinə 1000 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 16 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İşdə olan «YeloBank” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 11,02.2022-ci il tarixli kredit müqaviləsi üzrə 997.8 manat əsas borc, 256.62 manat faiz borcu, 232.09 manat cərimə borcu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15.5 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1502.01 manat borcnun, Cavabdeh İddiaçı ASC-in xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 426.47 manat əsas borc, 27.64 manat faiz, 162.05 manat cərimə borcu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün idik 5 (beş) faizlə hesablanmış 6 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi borcu 622.16 manat təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «YeloBank” açıq səhmdar cəmiyyəti ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 997.8 manat əsas borc, 256.62 manat faiz borcu, 232.09 manat cərimə borcu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15.5 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1502.01 manat borcun, Cavabdeh İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 426.47 manat əsas borc, 27.64 manat faiz, 162.05 manat cərimə borcu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün idik 5 (beş) faizlə hesablanmış 6 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 622.16 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 232.09 manat təşkil edən cərimə məbləğinin 99 manata kimi və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 162.05 manat təşkil edən cərimə məbləğinin 42 manata kimi azaldılmasını məqsədə müvafiq hesab edir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 997.8 manat əsas borc, 256.62 manat faiz borcu, 99 manat cərimə borcu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15.5 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 1368.92 manat borc, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 426.47 manat əsas borc, 27.64 manat faiz, 42 manat cərimə borcu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün idik 5 (beş) faizlə hesablanmış 6 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 502.11 manat məbləğində pul vəsaiti tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 41 (qırx bir) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaitinin 11 manat hissəsi iddiaçıya aid edilməli, 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 997 (doqquz yüz doxsan yeddi) manat 80 (səksən) qəpik əsas borc, 256 (iki yüz əlli altı) manat 62 (altmış iki) qəpik faiz borcu, 99 (doxsan doquz) manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15 (on beş) manat 50 (əlli) qəpik məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1368 (min üç yüz altmış səkkiz) manat 92 (doxsan iki) qəpik və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 426 (dörd yüz iyirmi altı) manat 47 (qırx yeddi) qəpik əsas borc, 27 (iyirmi yeddi) manat 64 (altmış dörd) qəpik faiz, 42 (qırx iki) manat cərimə borcu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün idik 5 (beş) faizlə hesablanmış 6 (altı) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 502 (beş yüz iki) manat 11 (on bir) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 46 (qırx altı) qəpik məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar