Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1048/2024 06.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onun dəyəri olan pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Qazax Rayon Məhkəməsinin binasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onun dəyəri olan pul barədə iddia verərək, Cavabdeh qiyməti 525 (beş yüz iyirmi beş) manata olan, 1 ədəd 585 əyyarlı çəkisi 5 qram olan qızıl üzüyün, həmin qızıl-zinət əşyası olmadıqda isə onun dəyəri olan 525 (beş yüz iyirmi beş) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, o Qazax şəhəri H.Əliyev prospektində yerləşən "Mərkəzi Kolxoz" bazarının ətrafında, özünə məxsus mağazasında "Qiymətli metalların və qiymətli daşların alqı-satqısı, dövriyyəsi ilə məşğul olur. Onun adına, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında dövlət əyyar palatasının (035694) nömrəli lisenziyası var. Mənim, Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisi kimi uçota alınmağı haqqında (VÕEN **********) şəhadətnaməsi vardır. Onun yaxından tanıdığı Qazax rayonu Xanlıqlar kənd sakini Cavabdeh, xx.xx.2019-cu il tarixində onun mağazasına gəlmiş və bir günlük, toy şənliyinə taxmaq üçün çəkisi 5 qram olan, 585 əyyarlı, qızıl üzük əşyasını ondan xahiş edərək istədi. Ona inandığı üçün həmin qızıl üzüyü bir günlük ona vermişdi. Həmin tarixdən bu günə kimi o, onu aldadır və onun cavabdehə verdiyi çəkisi 5 qram olan, 585 əyyarlı, qızıl üzük əşyasını qaytarmaqdan bilərəkdən yayınır. O, dəfələrlə onun yaşadığı ünvana getmiş amma onunla görüşə bilməmiş, telefonuna zəng vurmuş amma zənginə cavab verməyib.Sonradan o onunla göşmüş, o, ona bildirmişdi ki, adı gedən qızıl üzüyü müəyyən səbəbdən qaytara bilmir, buna görədə adı gedən qızıl üzüyün pulunu tezliklə verəcək. O onun sozlərinə yenə inanmış və gözləməli olmuşdu. O, xx.xx.2024-ci il tarixində Qazax şəhəri H. Əliyev prospektində yerləşən Kolxoz bazarında alış-veriş edərkən birdən Samira qarşısına çıxmış, həmin vaxtı o sakit tərzdə ona bildirdim ki, o səni axtarır amma tapa bilmir, bundan başqa onun telefonuna zəng edirəm, o isə zənglərinə cavab vermir, artıq neçə ildir ki, onun qızılını aparıbmış amma hələdə gətirib özünə qaytarmır. Həmin vaxtı o, onu təhqir etməyə başlamış, onun ailə üzvülərinin adına xoşagəlməz ifadələr işlətmiş və yaxşı edib qaytarmıram, gedib hara istəyir şikayətini bildir deyə-deyə ondan aralanaraq getmişdi. O, artıq başa düşmüşdü ki, Samirə əvvəlcədən planlaşdırıb ki, onun etibarından sui istifadə edərək onun əmlakımı ələ keçirsin və belədə edib. Bundan sonra o məcbur olub bu barədə Qazax rayon Polis Şöbəsinə müraciət etmişdi, onun müraciətiylə bağlı Cavabdeh Qazax rayon Polis Şöbəsinə çağırılmışdı. Cavabdeh ifadəsində ondan qızıl aldığını etiraf etmiş, amma bildirmişdi ki, güya həmin qızılı ondan nisyə olaraq alıb və müəyyən müddətdən sonra borcundan bir qismini ödəyib və qalan hissəsini ödəyəcəyinə söz verib. Samirə adı gedən qızıla görə ona pul verməyibdir. Həmin qızılın bugünkü bazar qiyməti 525 (beş yüz iyirmi beş) manatdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş üzrə iddiaçının təqdim etdiyi sənədlərdə cavabdehin iddiaçıdan almış olduğu qızıl-zinət əşyasının nisyə satılmasına dair heç bir borc müqaviləsi əlavə etməmiş, cavabdehin həmin qızıl-zinət əşyasını iddiaçıdan nisyə aldığına, bundan başqa cavabdehlə nisyə alqı-satqı müqaviləsi, borcun etirafı və borcun yaranması barədə hər hansı bir sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6-cı və 357-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onun dəyəri olan pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1048/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1048/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver