Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1052/2025 25.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-553/2015 saylı, 16 aprel 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının qeyri-müntəzəm və dəyişən olmasını nəzərə alaraq bir uşağın saxlanılması üçün 246 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə 2007-ci il tarixdə qeyri-rəsmi qaydada ailə həyatı qurmuşdur. Cavabdehlə nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə birgə yaşadıqları dövrüdə xx.xx.2009-cu il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə quranda ailə münasibətləri yaxşı olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən 2011-ci ildən ayrılmışlar. Hazırda o uşaqla birlikdə çətin bir durumda yaşayır. Cavabdeh isa ayrıldığı günən bu günə kimi atalıq borcunu yerinə yetirməmis va usagına heç bir maddi yardım etməmisdir. Bu səbəbdən da məcbur olub aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonuncu dəfə Qazax Rayon Məhkəməsinin 2(023)-553/2015 saylı, 16 aprel 2015-ci il tarixli qətnaməsinə asasən bir uşağın saxlanması üçün 80 manat Cavabdeh oglundan alınaraq ona verilməsi qət edilmisdir. Cavabdeh yüksək məbləğdə qazanc əldə etməsinə baxmayaraq cavabdeh övladı ilə maraqlanmaq istəmir. Bundan basqa ailəyə köməklik edəni yoxdur. Bu səbəbdən da hesab edir ki, alimentin miqdarının artırılmasi zərurəti yaranmısdır. Əgar o, öz valideyinlik borcunu öz üzərində hiss etsə idi, bu zaman uşağın daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Uşağın normal hayat yasaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşağı üçün təşkil etmək təkbasına ona olduqca çatindir, hatta qeyrimümkündür. Lakin cavabdeh uşağın normal yasayışını təmin etmək üçün bütün bunların təşkil olunmasına ona hər hansı bir köməkliyini göstərmir. Hətta o uşagın har hansı bir müalicəsi ilə əlaqədar bütün dərman vasitələrini almağa məcbur olur. Bu barədə cavabdehə bildirəndə o valideyinlik məsuliyyətindən yayınmağa çalışır. Ona görə də bir uşağın saxlanılması üçün alimentin kəsilməsi zəruridir. İddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, göstərmişdir ki, iddia ərizəsində Qazax Rayon Məhkəməsinin 2(023)-553/2015 saylı, 16 aprel 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının qeyri-müntəzəm və dəyişən olmasını nəzərə alaraq bir uşağın saxlanılması üçün 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Qazax 1 X2 cavabdehlə aralarında olan Barışıq Sazişinə görə bir uşağın saxlanılması üçün 130 manat alimentin ona verilməsi barədə razılaşma olmuşdur. Lakin həmin məbləğ uşağın saxlanılması üçün hazırda çox aşağı məbləğ sayılır. Hazırda iddia tələbində dəyişiklik etmək istəyir. Belə ki, Qazax 1 X2 Cavabdeh ilə aralarında bağlanılan xx.xx.2022-ci il tarixli Barışıq sazişində olan 130 manat məbləğin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, uşağın saxlamasında çətinlik çəkir. Cavabdehin 2022-ci ildən hazırki tarixədək maddi vəziyyətində dəyişiklik olmuş, gündəlik qazancı artmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, onun maddi vəziyyətində dəyişiklik olmuş, lakin qazancı biraz artmışdır. Ona görə də, uşağın saxlanılması üçün 150 manat miqdarında aliment təyin edilməsinə etiraz etmir. Həmçinin himayəsində başqa iki övladı vardır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qazax şəhəri 1 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, birinci tərəf İddiaçı ikinci tərəf Cavabdeh alimentin artırılması ilə bağlı təklif göndərmişdir, ikinci tərəf birinci tərəfin təklifinə razılıq verərək hər ay 130 (bir yüz otuz) manat aliment ödəməyi öz öhdəsinə götürmüş və hər ayın 17-si birinci tərəfin bank hesabına pulu ödəyəcəyinə heç bir etirazının olmadığını bildirmişdir. Birinci tərəf buna razı oduğunu bildirmişdir. Tərəflərin bir-birindən başqa istək və tələbləri yoxdur. İşdə olan Qazax Rayon Məhkəməsinin 2(023)-553/2015 saylı, 16 aprel 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə anadn olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 80 manat miqdarda aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2009-cu il tarixdə anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı kimi qüyd edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-3-cü bəndində alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Məhkəmə iş hallarına qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbinin əsası minimum əmək haqqı məbləğinin artmasına, yəni indeksasiya ilə bağlı olmadığı üçün, müstəqil iddia tələbinin qaldırılması mümkündür. Lakin İddiaçı iddia tələbinin əsasını təşkil edən yəni cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı sübutları məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə qazancının az miqdarda artdığını əsas gətirib iddia tələbini 150 manat hissədə qəbul etmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşağın mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Qazax şəhəri 1 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə tutulması qərara alınmış alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Qazax şəhəri 1 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə uşağın saxlanması üçün tutulması qərara alınmış alimentin miqdarı dəyişdirilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1052/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1052/2025
25.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver