Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1054/2025 31.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23726,57 (iyirmi üç min yeddi yüz iyirmi altı manat əlli yeddi qəpik) manat məbləğində borcun və ödənilmiş 162,0 (yüz altmış iki) manat dövlət rüsumunun, cəmi 23888,57 (iyirmi üç min səkkiz yüz səksən səkkiz manat əlli yeddi qəpik) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, cavabdehi əvvəllərdən tanıyırdı, münasibəti həmişə normal olmuşdur. Onunla uzaq qohumluq münasibəti də vardır. Cavabdehin xahişini nəzərə alaraq, ona xx.xx.2023-cü il tarixdən başlayaraq ayrıvaxtlarda ümumilikdə 24726,57 (iyirmi dörd min yeddi yüz iyirmi altı manat əlli yeddi qəpik) manat məbləğində pulları borc vermişdir. Həmin pulların hamısını adına 40****3847 ("X4" ASC-yə məxsus) nömrəli kartdakı hesabdan cavabdehin adına olan 552209****2548 ("xxxx"na məxsus) və 416973***6119 ("xxxx" ASC-yə məxsus) nömrəli kart hesablarına köçürmüşdür. Bu halları təsdiq edən mötəbər sübutları mövcuddur və həmin sübutları məhkəməyə təqdim edir. Cavabdeh ondan borc aldığı həmin pullardan cəmi 1000,0 (bir min) manat məbləğində hissəsini ona qaytarmış olsa da, qalan 23726,57 manat məbləğində pulları qaytarmamışdır. Hər dəfə pullarını qaytarmasını tələb etdikdə isə müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də məcbur olub, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan sonra Cavabdeh qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilkin iddia ərizəsinin təmin edilməməsi barədə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 30000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşlıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı bank hesabına o Kapital Bank hesabından və eləcə də digər ödəniş üsulları vasitəsilə (Millon və Emanat və s) ümumilikdə 30.000 (otuz min) pul köçürmüşdur. Həmin pullara dair əlində olan, əldə edə bildiyi bank çıxarışlarını və qəbzləri iddiasına əlavə edir. Həmçinin "xxxx" MMC-nin direktoru cənab Rasim Bayramova etdiyi xx.xx.3025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ərizələrini və ərizənin göndərilməsinə dair poçt qəbzlərini və eləcə də, "xxxx" MMC-nin direktoru cənab Samir Məmmədova etdiyi xx.xx.2025-ci il tarixli ərizəni və poşt qəbzini və verilmiş cavab məktubunu qarşılıqlı iddiasına əlavə etmişdir.Həmin cavab məktubunda qeyd edilmişdir ki, həmin ödənişlər barədə məlumatın verilməsi məhkəmə qərardadı və ödəniş ödənilən kart sahibinin özünün müraciəti əsasında mümkündür. O, cavabdehdən 30.000 manat pulunu tələb edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəisi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda çıxışında Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə müxtəlif ödəmə terminalarından İddiaçı göndərdiyi pul vəsaitlərinin müəyyən edilməsi üçün verilən vəsatətə münasibət bildirib, əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Həmin ödəmə terminalarından kart hesabına ödənilmiş pul vəsaitinin kimin tərəfindən ödənilməsi və həmin qəbzlər vasitəsilə müəyyən edilməsinin qeyri-mümkün olduğunu qeyd etdi. ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ilk və qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin (vəkilini) izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il rarixli "xxxx" ASC-nın məktubundan görünür ki, Cavabdeh məxsus 5522-0993-5530-2548 saylı plastik karta 2023-cü il tarixdən 2025-ci il tarixədək olan müddətdə "Unibank” KB ASC-yə aid 4098-5844-9709-3847 saylı plastik kartdan 20 (iyirmi) əməliyyat nəticəsində ümumilikdə 21.015 (iyirmi bir min on beş) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nın xx.xx.2025-ci il tarixli, 2025/204/24651 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə 1980,00 (bir min doqquz yüz səksən,00) manat, xx.xx.2024-cü il tarixdə 300,00 (üç yüz,00) manat və xx.xx.2024-cii il tarixdə 490,00 (dörd yüz doxsan,00) manat vəsaitlər Leobank tətbiqi vasitəsilə X1 adına olan 416973******6119 №-li plastik karta köçürülmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən təqdim edilən xx.xx.2024-xx-xx.2024 kart hesabdan çıxarışdan görünür ki, Cavabdeh İddiaçı ümumilikdə 840 manat ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən təqdim edilən xx.xx.2024-xx.xx.2024 kart hesabdan çıxarışdan görünür ki, Cavabdeh İddiaçı ümumilikdə 1136,65 manat ödəniş etmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh müxtəlif tarixlərdə ümumilikdə 23785 manat məbləğində pul vermişdir. Cavabdeh isə ona 1976,65 manat qaytarmışdır. İş materialarında olan bank məlumatları ilə də bu öz əksini tapmışdır. Belə ki, məhkəmə araşdırılması zamanı məhkəmə tərəfindən "xxxx"xxxx" ASC-yə verilmiş sorğuların cavabı olaraq bildirilmişdir ki, İddiaçı kart hesabından Cavabdeh kart hesabına ümmumilikdə 23785 manat məblləğində pul köçürülmüşdür. Həmin puldan 1976,65 manatın İddiaçı qaytarılması isə Cavabdeh təqdim etdiyi kart hesab çıxarışlarından müəyyən olunmuşdur. Göründüyü ki, Cavabdeh İddiaçı cəmi 21808,35 manat qaytarılmamış pulu qalmışdır. 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinə aid hissəyə qiymət verərək qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində İddiaçı 30000 manat məbləğində pulun verilməsinə dair hər hansı bir sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə yuxarda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 155,42 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ilk iddiası qismən təmin edilsin. Cavabdeh 21808,35 manat pul və 155,42 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddiaçı ilk iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh qarşılıqlı iddia təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1054/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1054/2025
31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver