Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1079/2023 22.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlu sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı İddiaçı VƏ Cavabdeh Cavabdeh3 ZİYADDİN OĞLUNUN iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ZİYADDİN OĞLUNA qarşı hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş olan qərarların, daşınmaz əmlaklara dair çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh2NƏ, Cavabdeh1, Cavabdeh3 ZİYADDİN OĞLUNA qarşı hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş olan qərarların, daşınmaz əmlaklara dair çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə ki, məhkəmənin hazırlıq iclasından sonra müəyyən edilir ki, Cavabdeh2 hüquqi ünvanı ünvan 1 edir ki, hazırki mülki işdə Cavabdeh2 hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Məhkəməsində baxılmalıdır. İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ZİYADDİN OĞLU qarşı hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş olan qərarların, daşınmaz əmlaklara dair çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi Cavabdeh1na aid hissədə baxılmamış saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ZİYADDİN OĞLUNA qarşı hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş olan qərarların, daşınmaz əmlaklara dair çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi Cavabdeh1na aid hissədə iddia tələbi baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh2 və Cavabdeh3 ZİYADDİN OĞLUNA qarşı hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş olan qərarların, daşınmaz əmlaklara dair çıxarışların etibarsız hesab edilməsi tələbinə dair 2(203)-1079/2023 saylı mülki iş aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1079/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1079/2023
22.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver