Məhkəmə qərarları › İş №2(023)-1084/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1084/2024

01.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1084/2024 01.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlu, İddiaçı cavabdehlər AR-nın Dövlət Sığorta Kommersiya Şirkətinin Qazax rayonu üzrə sığorta vasitəsçisi X1 və AR-nın Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Kommersiyasına qarşı «daşınmaz əmlaka dəyən ziyanlığın ödənilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər AR-nın Dövlət Sığorta Kommersiya Şirkətinin Qazax rayonu üzrə sığorta vasitəsçisi X1 və AR-nın Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Kommersiyasına qarşı iddia ərizəsi ilə Qazax rayon Məhkəməsinə müraciət edərək, onun daşınmaz əmlakına dəyən 1500-2000 min manatlıq ziyanlığın DSKS-nın ləğvetmə komissiyası tərəfindən ödənilməsini, DSKS-nın ləğvetmə komissiyasının mərkəzi bankına göndərdiyi rəsmi məktubun heç bir huquqi əsası olmadan ləğv edilməsini, DSKS-nın qanunsuz hərəkətləri barədə AR-nın Mərkəzi bankına məlumat verilməsini, bu işdə əli olan təqsirkarların cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş məlumatlardan görünür ki, cavabdeh AR-nın Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Kommersiyasıdır və cavabdehin ünvanı Bakı şəhər Nəsimi rayon Cəlil Məmmədquluzadə 102 A ünvanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, cavabdeh AR-nın Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Kommersiyası qeydiyyat ünvanı Bakı şəhər Nəsimi rayon Cəlil Məmmədquluzadə 102 A ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, idiaçı İddiaçı cavabdehlər AR-nın Dövlət Sığorta Kommersiya Şirkətinin Qazax rayonu üzrə sığorta vasitəsçisi X1 və AR-nın Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Kommersiyasına qarşı «daşınmaz əmlaka dəyən ziyanlığın ödənilməsi» dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Qazax rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər AR-nın Dövlət Sığorta Kommersiya Şirkətinin Qazax rayonu üzrə sığorta vasitəsçisi X1 və AR-nın Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Kommersiyasına qarşı «daşınmaz əmlaka dəyən ziyanlığın ödənilməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar