Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1097/2023 12.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı X1, Cavabdeh iştirakları ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə 12 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(023)-219/2017 saylı qətnaməsi ilə ödənilməsi qət edilmiş 70.000 manat pul məbləğindən ödənilməyən 60.000 manat pul məbləğinin hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 19 iyul 2023-cü il tarixədək olan 5 il müddətində 60.000 manat pulun 5% məbləğinin (3000 x 5 il = 15000), yəni 15.000 manat pul məbləğinin və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödədiyi 135 (yüz otuz beş) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2015-ci ilin sentyabr ayında işlə əlaqədar 3 ay müddətinə qaytarmaq şərti ilə təcili 70.000 (yetmiş min) manat borc pul lazım olduğunu bildirmiş və kömək etməyi ondan xahiş etmişdir. O cavabdehlə olan səmimi münasibətə görə ona inanmış və 70.000 (yetmiş min) manat məbləğdə borcu ona verməyə razı olmuşdur. O həmin məbləği cavabdehə notarial qaydada təsdiq olunmuş müqavilə əsasında verəcəyini bildirmişdir və onlar razılaşmışlar. Onlar 01 dekabr 2015-ci tarixdə qaytarmaq şərti ilə cavabdehə 70.000 manat borc pul verməyinə dair Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunda tasdiq edilmiş, 16 sentyabr 2015-ci il tarixli, Reyestr 3M- 2124 nömrə ilə qeydə alınmış Kredit Müqaviləsi bağlamışlar və o, müqavilədə göstərilən məbləğdə pulu cavabdehə vermişdir. Həmin müqaviləyə əsasən cavabdeh 01 dekabr 2015-ci ilədək aldığı borcunu qaytarmalı idi. Lakin borcun ödənilməsi müddəti başa çatdıqda cavabdeh borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirməyərək, ona olan borcunu qaytarmamış və hər dəfə cavabdehdən borcunun qaytarmasını tələb etdikdə müxtəlif bəhanələr gətirmiş və tezliklə borcunu ödəyəcəyini bildirsədə, borcunu ödəməmişdir. Buna görə də Cavabdeh qarşı “borcun qaytarılması ” tələbi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(023)- 219/2017 saylı qətnaməsi ilə “iddia təmin edilmiş, Cavabdeh 70.000 (yetmiş min) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri vermiş, lakin şikayəti təmin edilməmişdir. Cavabdeh ödəməli olduğu 70000 (yetmiş min) manatdan yalnız 10.000 manat ödəmişdir. Cavabdehdən kredit müqavləsi üzrə qalan 60.000 manat pulun tam qaytarılmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, Qazax Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(023)-219/2017 saylı qətnaməsinin qəbul edildiyi tarixdən hazırkı iddia ərizəsinin birinci instansiya məhkəməsinə təqdim edildiyi 19 iyul 2023-cü il tarixədək olan müddət üçün illik 5 faiz olmaqla, 15.000 (on beş min) manat pulun alınaraq, ona ödənilməsi təmin edilməli, Cavabdeh (60.000 x 5): 100=3000) manat 3.000 manat x 5 il =15.000) 15.000 (on beş min) manat məbləğində pul tutularaq ona ödənilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və verdiyi izahatında əlavə olaraq göstərmişdir ki, cavabdeh Qazax Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(023)-219/2017 saylı qətnaməsinin qəbul edildiyi tarixdən borclu olduğu 70000 manat puldan cəmi 13.400 manat ödəniş etmişdir. Məhkəmə qətnaməsi çıxdıqdan indiyədək 6 ildən çox müddət keçib. Cavabdehin müqavilə üzrə hazırda ona 56.600 manat borcu qalmaqdadır. İcra məmuru borclunun ona olan borcundan ayda 500 manat ödəyəcəyini bildirmiş, o da etiraz etməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçıdan notariat qaydada borc pul almış və həmin borcu 3 ay müddətinə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Borcunu vaxtında ödəmədiyinə görə Qazax Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(023)-219/2017 saylı qətnaməsi ilə ondan 70.000 manat pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı ilə həmin borcu ayda 500 manat olmaqla ödəmək barədə razılaşmışlar. Qətnamə qəbul edildiyi vaxtdan həmin borcdan 13400 manat ödəmişdir. Qalan borcunu da hər ay 500 manat olmaqla ödəyəcəkdir. İki gün bundan qabaq 1000 manat pul ödəmişdir. İddianı tamamilə əsassız hesab edir. Onun qalan borca görə 5 faiz ödəmək imkanı yoxdur. Faiz borcu onun maddi durumunu olduqca ağırlaşdırır. Qazax rayon İcra və Probasiya şöbəsində ayda 500 manat ödəməsi ilə bağlı izahat vermişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiuş Qazax rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(023)-219/2017 saylı qətnaməsi üzrə icra sənədi 08 oktyabr 2018-ci il tarixdə icraata qəbul edilmişdir. Borclu Cavabdeh Qazax rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatında borcundan 4500 manat ödədiyini, qalan məbləği isə ayda 500 manatdan az olmayaraq ödəyəcəyinə söz vermişdir. Cavabdeh borcundan 11400 manat ödəniş etmiş, qalan borcunu ödəməkdən yayındığına görə barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(023)- 164 saylı inzibati xəta haqqında qərarına əsasən borclu Cavabdeh İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati həbs edilmişdir. Həmin vaxt Cavabdeh borcunu ayda 500 manat olmaqla, hissə-hissə ödəyəcəyinə söz vermişdir, tələbkar isə onunla razılaşmışdır. Borclu tərəfindən tələbkara iki gün əvvəl 1000 manat pul ödənilmişdir. Hazırda cavabdeh borcundan ümumilikdə 13400 manat ödəmişdir. Cavabdeh icraata başlama qərarını 2020-ci ilin iyul ayında almışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Qazax Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(023)-219/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 70.000 (yetmiş min) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5339/2018 saylı 06 sentyabr 2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-587/2018 nömrəli iş üzrə 07 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, X2 məxsus karta 2021-06-29 tarixdən 2023- 04-27 tarixədək olan dövr üzrə 10.005,00 manat mədaxil olunub. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Qazax Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(023)-219/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 70.000 (yetmiş min) manat məbləğində pul alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(023)-219/2017 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün müvafiq icra və probasiya şöbəsinə yönəldilmişdir. Cavabdeh hal-hazıradək borcundan 13.400 manat ödəniş etmişdir. İşdə olan Qazax Rayon İcra və Probasiya şöbəsinin icraata başlanması barədə qərardan göründüyü kimi Qazax Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(023)-219/2017 saylı qətnaməsi üzrə icraata başlanmış və Cavabdeh xx.xx.2020-ci il tarixdə həmin qərarı imza etməklə almışdır. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən qəbul edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Hazırda iddiaçı X3 cavabdehin ödənilməyən 60.000 manat borcu qaldığını qeyd edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 19 iyul 2023-cü il tarixədək olan 5 il müddətində 60.000 manat pulun 5% məbləğinin (3000 x 5 il = 15000), yəni 15.000 manat pulun tutularaq ona ödənilməsini iddia edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, borc müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında borclar verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş materiallarından görünür ki, Qazax Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(023)-219/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 70.000 (yetmiş min) manat məbləğində pul alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə icra sənədi 08 oktyabr 2018-ci il tarixdə icraata qəbul edilmişdir. Bu vaxt ərzində cavabdeh borcundan 13.400 manat qaytarmışdır və qalan borcunu ayda 500 manat olmaqla, hissə-hissə ödəyəcəyinə söz vermişdir, tələbkar isə onunla razılaşmışdır. Cavabdeh məhkəmənin sonuncu baxışından bir gün əvvəl borcundan 1000 (bir min) manat ödəmişdir. Məhkəmə baxışı zamanı cavabdehin öhdəliklərini pozması müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia əsassız olduğundan təmin ediməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1097/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1097/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver