Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1098/2024 30.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 3480 manat məbləğində pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borca görə "xxxx" açıq səhmdar cəmiyyətinə ödənilmiş vəsaitin əvəzi 3480 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddia tələbini onunla əsaslandırmışdır ki, ki, cavabdeh onunla yaxın münasibətdə olduğundan o, "xxxx" ASC-dən kredit götürərkən ona zamin duran iki nəfərdən biri o olub. Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsi ilə əlaqədar öhdəlikləri yerinə yetirmədiyi üçün bu barədə "xxxx" ASC iddia qaldırmış, iddia təmin olunmuş və borcun müştərək qaydada ödənilməsi barədə qətnamə çıxarılmışdır. Qazax rayon Məhkəməsinin 2(023)-542/2020 saylı qətnaməsi icraata yönəldilərək ona aid olan hissədə icra olunması üçün iş yeri nəzərə alınmaqla Beyləqan rayon İcra və Probasıya Şöbəsinə göndərilmiş və icraata qəbul olunmuşdur. Beyləqan rayon İcra və Probasiya Şöbəsi işi tam icra etdiyi üçün icraata xitam verilməsi barədə qərar çıxarmışdır. Belə ki, işə əlavə etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi 218 saylı Hərbi Hissənin xx.xx.2024- cü il taı ixli 622 №li məktubu ilə sübut olunur ki, “Beyləqan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 103498/2020 saylı İcra sənədinə əsasən X1 (yəni ki, onun) pul təminatından 961 manat 00 qəpik tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüşdür”. Bundan sonra 0, xx.xx.2024-cü il tarixdə saat 09:43-də "xxxx" ASC-nin hesabına ********** əməliyyat nömrəsi olmaqla 2290 manat pul köçürüb. Nəhayət ona məlum olub ki, əlavə olaraq "xxxx" ASC-nin hesabına 229 manat ödəyərsə borc öhtəliyini yerinə yetirmiş olar. Ona görə də elə həmin gün xx.xx.2024-cü il tarixdə saat 11:08-də qalan həmin məbləği 229 manatı da “Kapital Bank” vasitəsi ilə 4415 nömrəli qəbzlə "xxxx" ASC-nin hesabına köçürüb. Beləliklədə o, zamin durduğu Cavabdeh öz üzərinə düşən öhtəliyi yerinə yetirməməsi hesabına 3480 manat ziyana düşüb. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı teleqram vasitəsilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh S.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 yanvar 2019-cu il tarixli, 044-S/AZN-19 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh, kreditdən istifadəyə görə illik 26% borc faizləri ödəməsi şərtilə, 36 ay müddətinə 9000 manat məbləğində kredit vermişdir. İşdə olan 24 yanvar 2019-cu il tarixli, 044-S/AZN-19 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 218 nömrəli Hərbi Hissənin xx.xx.2024-cü il tarixli 622 saylı məktubundan görünür ki, Qazax rayon Məhkəməsinin 2(023)-542/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı pul təminatından 961 manat 00 qəpik pul tutularaq Turan Bank ASC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, xx.xx.2024-cü il tarixdə 2.290,0 (iki min iki yüz doxsan) manat mpay ödəmə aparatı vasitəsilə, xx.xx.2024-cü il tarixdə 228,0 (iki yüz iyirmi səkkiz manat) manat məbləğində pul vəsaiti isə Kapital Bank ödəmə aparatı vasitəsilə İddiaçı tərəfindən Turan Bank ASC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin 14 may 2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, İddiaçı 9700.19 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə borclu İddiaçı tərəfindən ödənilmiş və Qazax rayon Məhkəməsinin 2(023)-542/2020 nömrəli xx.xx.2020ci il tarixli icra sənədinə xitam verilmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli, 044-S/AZN-19 saylı kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh kreditdən istifadəyə görə illik 26% borc faizləri ödəməsi şərtilə, 30 ay müddətinə 9000 manat məbləğində kredit vermişdir. Eyni tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsinə uyğun olaraq, İddiaçı Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı və İddiaçı zamin qismində iştirak etdiyi kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh ödənillmiş vəsaitin əvəzi qismində 3480 məbləğində pul vəsaiti alınıb, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı borca görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş vəsaitin əvəzi qismində 3480 (üç min dörd yüz səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1098/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1098/2024
30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver