Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1112/2024 04.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 1800 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Qazax Rayon Mərkəzi Xəstəxanası” X5 müalicədə olarkən o, xx.xx.2020-ci il tarixdə onun maaş kartından 1800 manat pulu oğurlanmışdır. Buna görə də, Cavabdeh Qazax Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonda İddiaçı cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 1800 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(023)-6/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək koronavirus (COVİD-19) xəstəliyinə yoluxduğu üçün “Qazax rayon Mərkəzi Xəstəxanası” X5 stasionar müalicədə olarkən xx.xx.2020-ci i tarixdən xx.xx.2020-ci il tarixədək onunla birlikdə qonşu palatada müalicə olunan İmişli rayonu Məmmədli kənd sakini, Dövlət Sərhəd Xidmətinin X4 Diviziyasının tağım komandiri vəzifəsində xidmət edən, gizir İddiaçı müalicə müddəti başa çatmadığına və xəstəxanadan çıxa bilmədiyinə görə kirayədə yaşadığı evin aylıq pulunu ödəmək üçün özünə məxsus əmək haqqı kartını xx.xx.2020-ci il tarixdə ona verərək 200 manat pulunu nağdlaşdırıb qaytarmasını xahiş etmiş o, isə İddiaçı məxsus plastik kartı Qazax şəhəri H.Əliyev prospekti 75 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankı ASC-nin inzibati binasının yanındakı həmin banka məxsus 323 saylı bankomata daxil edərək sonuncunun dediyi məxfi kodu yığmaqla həmin tarixdə saat 13:18-də və 13:20-də əməliyyat edərək hər birində 1000 manat olmaqla cəmi 2000 manat pulunu çıxararaq 200 manatını taksi sürücüsü X1 vasitəsilə İddiaçı qaytarsa da, 1800 manat pulunu elektron məlumat daşıyıcısından istifadə etməklə sonuncunun razılığı olmadan gizli yolla ələ keçirib, zərərçəkmiş şəxsə ümumilikdə 1800 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu əməlinə görə Qazax Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(023)- 6/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə zadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.2.3-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 65.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1 və 439.2-ci maddələrinə görə isə pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh tamah niyyəti il özgə əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək koronavirus (COVİD-19) xəstəliyinə yoluxduğu üçün “Qazax rayon Mərkəzi Xəstəxanası” X5 stasionar müalicədə olarkən xx.xx.2020-ci i tarixdən xx.xx.2020-ci il tarixədək onunla birlikdə qonşu palatada müalicə olunan İmişli rayonu Məmmədli kənd sakini, Dövlət Sərhəd Xidmətinin X4 Diviziyasının tağım komandiri vəzifəsində xidmət edən, gizir İddiaçı müalicə müddəti başa çatmadığına və xəstəxanadan çıxa bilmədiyinə görə kirayədə yaşadığı evin aylıq pulunu ödəmək üçün özünə məxsus əmək haqqı kartını xx.xx.2020-ci il tarixdə ona verərək 200 manat pulunu nağdlaşdırıb qaytarmasını xahiş etmiş o, isə İddiaçı məxsus plastik kartı Qazax şəhəri H.Əliyev prospekti 75 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankı ASC-nin inzibati binasının yanındakı həmin banka məxsus 323 saylı bankomata daxil edərək sonuncunun dediyi məxfi kodu yığmaqla həmin tarixdə saat 13:18-də və 13:20-də əməliyyat edərək hər birində 1000 manat olmaqla cəmi 2000 manat pulunu çıxararaq 200 manatını taksi sürücüsü X1 vasitəsilə İddiaçı qaytarsa da, 1800 manat pulunu elektron məlumat daşıyıcısından istifadə etməklə sonuncunun razılığı olmadan gizli yolla ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 1800 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd olunan xüsusat Qazax Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(023)-6/2022 saylı hökmü ilə öz təsdiqini tapdığına görə iddiaçı qeyd olunan xüsusatları sübut etmək vəzifəsindən azaddır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 1800 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti, İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1112/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1112/2024
04.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver