Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1148/2024 22.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1) 1 ədəd 583 əyyarlı çəkisi 6.3 qram olan qadın üzüyünü həmin qızıl-zinət əşyası olmadıqda isə onun dəyəri olan 400 (dörd yüz) manat məbləğində pulun, 2) 1 ədəd 583 əyyarlı çəkisi 35 qram olan mafyoz boyunbağının, həmin qızıl-zinət əşyası olmadıqda isə onun dəyəri olan 2500 (iki min beş yüz) manat məbləğində pulun və 1000 (bir min) manat məbləğində cərimə pulunun, ümumilikdə 3900 (üç min doqquz yüz) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Qazax şəhəri H.Əliyev prospektində yerləşən "Mərkəzi Kolxoz" bazarının ətrafinda, ona məxsus mağazada "Qiymətli metalların və qiymətli daşların alqı-satqısı, dövriyyəsi ilə məşğul olur. Onun adına, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında dövlət əyyar palatasının (035694) nömrəli lisenziyası var. O, Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisi kimi uçota alınmağı haqqında (VÖEN **********) şəhadətnaməsi var. O, Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisi kimi uçota alınması haqqında (VÖEN **********) şəhadətnaməsi var. O, Cavabdeh uzun müddətdir ki, tanıyır. Onların bir-birinə etibarı yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində onun işlədiyi mağazaya gəlmiş və ondan bir neçə aylıq nisyə olaraq qızıl-zinət əşyası almaq istədiyini bildirdi. O, Cavabdeh yaxından tanıdığından və ona etibarı olduğundan onunla razılaşmışdı. Onunla razılaşdı və xx.xx.2022-ci il tarixində ona 1) 1 ədəd 583 əyyarlı çəkisi 6.3 qram olan qadın üzüyünü 3 ay müddətinə 400 (dörd yüz) manata nisyə olaraq satmışdı. Həmin vaxtı, biz öz aralarında müqavilə yazmışlar və müqavilənin doğruluğunu Cavabdeh, öz imzası ilə təsdiqləmişdilər. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixində Cavabdeh yenidən onun mağazasına gəldi və yenidən bir neçə aylıq nisyə olaraq qızıl-zinət əşyası almaq istədiyini bildirdi. O, Cavabdeh etibarlı olduğunu və yüksək miqdarda aylıq pul aldığını bildiyim üçün, yenidən ona nisyə qızıl-zinət əşyası satmağa razılaşdım və həmin günü ona 1) 1 ədəd 583 əyyarlı çəkisi 35 qram olan mafyoz boyunbağını 2500 (iki min beş yüz) manata razılaşaraq 6 ay müddətinə nisyə olaraq satmışdı. Həmin vaxtı, onlar öz aralarında müqavilə yazmış və müqavilənin doğruluğunu Cavabdeh öz imzası ilə təsdiqləmişdi. Həmin tarixdən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh nə ondan aldığı qızıl-zinət əşyalarını nə də ki, adı gedən qızıl-zinət əşyalarının dəyəri olan 2900 (iki min doqquz yüz) manat pulu vermir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan, İddiaçı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixində, 058389 nömrəli vəsiqə verilmişdir. Belə ki, iş materiallarında olan borc müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində bağlanmış borc müqaviləsinə əsasən 03 ay müddətinə 1) 1 ədəd 583 əyyarlı çəkisi 6.3 qram olan qadın üzüyünü həmin qızıl-zinət əşyası olmadıqda isə onun dəyəri olan 400 (dörd yüz) manat məbləğində pulun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 06 ay müddətinə 2) 1 ədəd 583 əyyarlı çəkisi 35 qram olan mafyoz boyunbağının, həmin qızıl-zinət əşyası olmadıqda isə onun dəyəri olan 2500 (iki min beş yüz) manat məbləğində pulun, ümumilikdə 2900 (üç min doqquz yüz) manat qızıl-zinət əşyalarını nisyə olaraq qaytarmaq şərti ilə borc müqaviləsinə əsasən götürmüşdür. Həmin müqavilə Cavabdeh öz imzasıyla təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqaviləyə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 1000 manat cərimə tələb etmişdir. Lakin, məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 20 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yazılı formada bağlanan borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı cavabdehə xx.xx.2022-ci il tarixində bağlanmış borc müqaviləsinə əsasən 03 ay müddətinə 1 ədəd 583 əyyarlı çəkisi 6.3 qram olan qadın üzüyünü həmin qızıl-zinət əşyası olmadıqda isə onun dəyəri olan 400 manat məbləğində pulun və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 06 ay müddətinə 1 ədəd 583 əyyarlı çəkisi 35 qram olan mafyoz boyunbağının, həmin qızıl-zinət əşyası olmadıqda isə onun dəyəri olan 2500 manat məbləğində qaytarmaq şərti ilə borc pul vermiş, cavabdeh isə həmin pulu qaytarmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia qismən təmin edilməli, ümumilikdə 2920 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Dövlət Rüsumu haqqında Qanunun 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: Həmin qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobil AES- də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədər xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixində bağlanmış borc müqavilələrin əsasən 2900 manat əsas borc, 20 manat məbləğində cərimə, ümumilikdə 2920 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı ödənilsin. Cavabdeh 49,2 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1148/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1148/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver