Məhkəmə qərarları › İş №2(023)-1149/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1149/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1149/2024 20.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onun dəyəri olan pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Cavabdeh 583 əyyarlı, ümumi çəkisi, 45.8 qram olar boyunbağı və qolbağı dəstini- 4.580 (dörd min beş yüz səksən) manat dəyərində, 4 ədəd 583 əyyarlı, ümumi çəkisi 88.7 qram olan boyunbağı və qolbağı dəstini-8.870 (səkkiz min səkkiz yüz yetmiş) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 30 qram olan bir ədəd boyunbağı, iki ədəd üzük və iki cüt sırqa- 3.000(üç min) marıat dəyərində, 1 cüt 583 əyyarlı, çəkisi 10 qram olan sırqa- 1.000 (bir min) marıat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 300 qram oları bir ədəd "Yolka"formalı boyunbağı və qolbağı dəstini, iki ədəd Mafyoz" boyunbağı, bir ədəd uşaq qolbağı və sırqa-üzük- 30.000 (otuz min) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 97 qram olan "Mafyoz" boyunbağı- 9.700 (doqquz min yeddi yüz) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 130 qram olan iki ədəd boyunbağı, iki ədəd qolbağı və iki ədəd üzük- 13.000 (on üç min) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 66.2 qram olan bir ədəd "Qoza" formalı boyunbağı, bir ədəd "Mafyoz" formalı boyunbağı və bir ədəd "Moruq" formalı boyunbağı 6.620 (altı min altı yüz iyirmi) manat dəyərində, 2 ədəd 750 əyyarlı, ümumi çəkisi 11.5 qram olan birliyant qaşlı üzük- 1.667 (bir min altı yüz altımış yeddi) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəksi 27 qram olan "Yolka"formalı boyunbağı- Qiyməti 2.700 (iki min yeddi yüz) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 35 qram olan "Yolka" formalı boyunbağı- 3.500 (üç min beş yüz) manat dəyərində, 750 əyyarlı, ümumi çəkisi 71 qram olan boyunbağı, qolbağı, (1 cüt) sırqa və üzük dəstini- 10.295 (on min iki yüz doğsan beş) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 56 qrarı olan iki ədəd boyunbağı və bir ədəd qolbağı dəstini- 5.600 (beş min altı yüz) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 45 qram olan "Yolka"formalı boyunbağını- 4.500 (dörd min beş yüz) manat dəyərində, həmin qızıl- zinət əşyası olmadıqda isə onların ümumi dəyəri olan 105.030 (bir yüz beş min otuz) manat məbləğində pulun və 395.30 (üç yüz doğsan beş manat 30 qəpik) manat məbləğində ödənilmiş məhkəməyə döv ət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh Qazax rayonunda ən tanınmış sələmçi kimi tanımışdır. Təxminən 2013-cü ilin əvvəllərində ona pul lazım olduğundan o, Cavabdeh yaşadığı ünvana getmiş və ona, qızıl-zinət əşyaları qoyaraq faizlə pul götürmək istədiyi bildirmişdir. Cavabdeh tanış olduqdan sonra ona faizlə pul verməyi razılaşmışdır. O, ona ayrı-ayrı vaxtlarda adları. əyyarları və çəkiləri ilə qızıl-zinət əşyalarının hər bir qramını 20 manatla hesablayaraq girov qoymuş və ondan 21000 manat pul almışdır. Həmin qızıl zinət əşyaları: 583 əyyarlı, ümumi çəkisi 45.8 qram olan boyunbağı və qolbağı dəstini.4 ədəd 583 əyyarlı, ümumi çəkisi 88.7 qram olan boyunbağı və qolbağı dəstini. 583 əyyarlı, ümumi çəkisi 30 qram olan bir ədəd boyunbağı, iki ədəd uzuk və iki cüt sırqanı. 1 cıt 583 əyyarlı, çəkisi 10 qram olan sırqa. 583 əyyarlı, ümumi çəkisi 300 qram olan bir ədəd "Yolka"formalı boyjnbağı və qolbağı dəstini, iki ədəd "Mafyoz" formalı boyunbağı, bir ədəd uşaq qolbağı, bir cüt sırqa və bir ədəd üzük. 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 97 qram olan "Mafyoz" formalı boyunbağını. 583 əyyarlı, ümumi çəkisi 130 qram olan iki ədəd boyunbağı, iki ədəd qolbağı və iki ədəd üzük. 583 əyyarlı, ümumi çəkisi 66.2 qram olan bir ədəd "Qoza" formalı boyunbağı, bir ədəd "Mafyoz" formalı boyunbağı və bir ədəd "Moruq" formalı boyunbağını. 2 ədəd 750 əyyarlı, ümumi çəkisi 11.5 qram olan birliyant qaşlı üzük. 7 ədəd 583 əyyarlı, ümumi çəkisi 27 qram olan "Yolka" formalı bovunbağım. ədəd 583 əyyarlı, ümumi çəkisi 35 qram olan "Yolka" formalı boyunbağını. 750 əyyarlı, ümumi çəkisi 71 qram olan boyunbağı, qolbağı, bir cüt sırca və üzük dəstini. 583 əyyarlı, ümumi çəkisi 56 qram olan iki ədəd boyunbağı və bir ədəd qolbağı dəstini. 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 45 qram olan "Yolka" formalı boyunbağından ibarətdir. Qeyd olunan 583 əyyarlı qızıl-zinət əşyalarının ümumi çəkisi 930,7 qram və 750 əyyarlı qızıl-zinət əşyalarının ümumi çəkisi 82,5 qram olmuşdur. O həmin gündən xx.xx.2015-ci il tarixinə kimi hər ay sələm pulu vermişdir. Sonradan isə, üzürlü səbəbdən bir neçə il sələm pulu verə bilməmişdir. Bir neçə ildən sonra, yəni 2019cu ilin may ayından başlayaraq təxminən son 2 il 5 ay bundan əvvələ kimi cavabehə sələm pulu verməmişdir. O, təxminən 2 il, 5 ay bundan əvvəl Nadir adlı şəxslə Cavabdeh yaşadığı ünvana getmiş və ona olan axırıncı borcunu ona vermişdir. Həmin vaxt o, Cavabdeh ona girov kimi verdiyi qızıl-zinət əşyalarını, yəni 583 əyarlı ümumi çəkisi 930,7 qram olan və 750 əyyarlı ümumi çəkisi 82.5 qram olan qızıl-zinət əşyalarını ona qaytarılmasını xahiş etmişdir. O, isə ona bildirdi ki, adı gedən qızıl-zinət əşyaları halhazırda evində yoxdur, bir necə gündən sonra gəlib apararsan. O bir necə gündən sonra Nadirlə yenidən onun yaşadığı ünvana getmiş və ona qızıl-zinət əşyalarını götürməy gəldiyini bildirmişdir. O isə onda olan qızıl-zinət əşyalarını ona qaytarmaqdan boyun qaçırmışdır. Sonra o Qazax RPŞ-nə müraciət etmişsir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Qazax RPŞ-ndən ona məhkəməyə müraciət etməyini bildirmişlər. Hal-hazırda 583 əyyarlı qızıl-zinət əşyalarının hər bir qramının bazar qiyməti 100(yüz) manatdır, 930.7 qram qızıl-zinət əşyalarının ümumi qiyməti 93.070 (doğsan üç min yetmiş) manatdır və 750 əyyarlı qızıl- zinət əşyalarının isə hər bir qramının bazar qiyməti 145 (bir yüz qırx beş) manatdır, 82.5 qram olan qızıl-zinət əşyalarının ümumi qiyməti 11.960(on bir min altımış) manatdır. Onun cavabdehə girov kimi verdiyi, yuxarıda göstərilən qızıl-zinət əşyalaninin bu günə olan bazar qiyməti ilə ümumi qiyməti 105.030 manatdır. Həmin tarixdən bir neçə il vaxt keçməsinə baxmayaraq cavabdeh hər nənə yalan vədlər verərək onu aldadır və o, nə ondan girov götrdüyü qızıl-zinət əşyalarını nədə ki, adı gedən qızıl-zinət əşyalarının olan 105.030 (bir yüz beş min otuz) manat pulu vermir. O, indi başa düşdüm ki, onun hüquqları Cavabdeh tərəfindən pozulur. O, ona məxsus olan qızıl-zinət əşyalarını qaytarmaq istəmir, ona görədə hərdəfə onu aldadır.Ona görə də, Cavabdeh 583 əyyarlı, ümumi çəkisi, 45.8 qram olar boyunbağı və qolbağı dəstini- 4.580 (dörd min beş yüz səksən) manat dəyərində, 4 ədəd 583 əyyarlı, ümumi çəkisi 88.7 qram olan boyunbağı və qolbağı dəstini-8.870 (səkkiz min səkkiz yüz yetmiş) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 30 qram olan bir ədəd boyunbağı, iki ədəd üzük və iki cüt sırqa- 3.000(üç min) marıat dəyərində, 1 cüt 583 əyyarlı, çəkisi 10 qram olan sırqa- 1.000 (bir min) marıat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 300 qram oları bir ədəd "Yolka"formalı boyunbağı və qolbağı dəstini, iki ədəd Mafyoz" boyunbağı, bir ədəd uşaq qolbağı və sırqa-üzük- 30.000 (otuz min) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 97 qram olan "Mafyoz" boyunbağı- 9.700 (doqquz min yeddi yüz) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 130 qram olan iki ədəd boyunbağı, iki ədəd qolbağı və iki ədəd üzük- 13.000 (on üç min) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 66.2 qram olan bir ədəd "Qoza" formalı boyunbağı, bir ədəd "Mafyoz" formalı boyunbağı və bir ədəd "Moruq" formalı boyunbağı 6.620 (altı min altı yüz iyirmi) manat dəyərində, 2 ədəd 750 əyyarlı, ümumi çəkisi 11.5 qram olan birliyant qaşlı üzük- 1.667 (bir min altı yüz altımış yeddi) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəksi 27 qram olan "Yolka"formalı boyunbağı- Qiyməti 2.700 (iki min yeddi yüz) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 35 qram olan "Yolka" formalı boyunbağı- 3.500 (üç min beş yüz) manat dəyərində, 750 əyyarlı, ümumi çəkisi 71 qram olan boyunbağı, qolbağı, (1 cüt) sırqa və üzük dəstini- 10.295 (on min iki yüz doğsan beş) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 56 qrarı olan iki ədəd boyunbağı və bir ədəd qolbağı dəstini- 5.600 (beş min altı yüz) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 45 qram olan "Yolka"formalı boyunbağını- 4.500 (dörd min beş yüz) manat dəyərində, həmin qızıl- zinət əşyası olmadıqda isə onların ümumi dəyəri olan 105.030 (bir yüz beş min otuz) manat məbləğində pulun və 395.30 (üç yüz doğsan beş manat 30 qəpik) manat məbləğində ödənilmiş məhkəməyə döv ət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, məhkəmə iclasında iştirak edən və Xatirə ilə onun evinə gəlməsini deyən şahidlər tanımır. İddia tələbi tamamilə əsassızdır.İddiaçı ilə onun arasında heç bir razılaşma və müqavilə öhdəliyi olmamışdır. Eyni zamanda iddiaçı ərizəsini iddia müddətini ötürməklə vermişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbinin əsassız olduğundan və iddia müddəti ötdüyündən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Xatirə xanımı baxcada direktor idi, Almaz xanımı isə sələmçi kimi tanıyır.Xatirəni Almazın yanına o aparmışdır.Təxminən 2013-cü ilin əvvəllərində gediblər və bir dəfə 1500 manat, bir dəfə də 3000 manat pul götürmüşdür. İki dəfə gediblər. Birinci dəfə 65 qram qızıl verdi ya 1300 manat ya 1500 manat idi, tam yadımda deyil. İkinci səfər gedəndə 150 qram çəkidə qızıl verdi və 3000 manat pul götürdü. Qızılları tərəzidə çəkilən zaman görməmişdir. Birinci dəfə 1500 manat o götümüş, ikinci dəfə 3000 götürəndə Xatirə özü götürmüçdür. Mafioz sep idi, mafiozi bləziydi və salafanda başqa qızılar var idi. 1500 manat pul götürəndə ona 140 manatı Xatirə ona verdi ki, kreditini odəsin. Qızılları Minaya adlı şəxsdən almışdır.Pulun qaytarılması ilə bağlı heç bir məluimatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o bazarda qızıl alveri ilə məşğul olur. Xatirəni əvvəllər tanıyırdı və ailəvi qedib gəlirdi. 2013-cü ildə Xatirə ondan qızıl almışdır. İkidə dəfə qızlı götürmüşdür. Ümumilikdə onda 1 kilo 500 qram qızlı götürmüşdür. Qızılları bir dəfə yox hissə-hissə götürürdü. Bir hissəsini verdi amma sonra gördü ki, gecikdirir. Sonra aralarında danışdılar və getdib notariusda müqavilə imzaladılar. Sonradan Xatirəni tutumuşdular. Sonra Xatirədən qızıllarını istəyəndə o dedi ki, qızılları Almaza girov qoyubdur. Sonra bazarda Almazı görəndə Almazdan Xarirənin onun qızılarının olub olmamasını sorucdu, və o da dedi ki, onun bir aşuzən qızılları var.İlk dəfə 150 qram qızıl verdi. Bütün qızılar qaşsız idi. Qızılların qramını 24 manatdan satırdı.Xatirə 600-700 manat nağd şəkildə pul verirdi. Xatirə birinci dəfə 150 qram sonra ikinci dəfə gələndə 65 qram qızıl götürmüşdür.Bütün alıb verdiyi qızlılları nisyə və alqısatqı dəftərində qeyd edir. Xatirə demişdi ki, qızıllar Almazda girovdadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, onun krediti var idi və həmin krediti ödəyə bilmədiyindən Xatirədən pul istədi. Xatirə də dedi ki, Almazdan sələm pul götürməyə gedir. Gedib ordan alaq gələy. Sonra Almaz gilə gedib 155 qram qızıl qoyub və əvəzinə 3000 manat pulu götürdülər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o Almazı tanımır. Zamin banka borcu olduğundan Xatirədən fazilə (sələmlə) pul götüməsini xahiş etdi. Xatirədə gedib kredit götürdü. Xatirə qızılı qoyub iki adamın kreditini bağlayacaqdır. Sonra gedib kredit pul götürdü. O sadəcə maşında olubdu. Sonradan pulu götürəndə 200 manatda ona verdi. Pulu kimnən götürdüyünü bilmir. Qızıllar detal və detal görməyibdir. 4000 manat almaq üçün getmişdir. Götürdüyü pulun dəqiq sayını bilmir. Onların yanında birdə Məzahir adlı surucu var idi. Xatirə ilə gedən zaman pulu bir evdən götürdü və pulu kredit kimi yox faiz kimi götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Xatirən əvvəllər də tanıyırdı. Xatirə 2015-ci ildə tutulmuşdur. Sonra türmədən çıxandan sonra gəldi dedi ki, onun Almazda qızılları qalıb və 400 manat pul verəsidir. Almazın yanına gedəndə Xatirə 400 manatı verib qızılları götürmək istəyəndə Almaz dedi ki, qızılları satıbdir. Qızılları Minayədən almışdır.Xatirə demişdi ki, onun Almazda bir kilo qızılı var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Xatirəni qızıl məsələsi ilə tanıyır. Belə ki, Xatirə onlara gəlib qızıl istədi və anası ona 5 qram üzük vermişdir. O, Xatirə və Məzahir adlı şəxslə ilə sələm verilən yerə getib pul götürmüşdür. Pulu götürənnən sonra 200 manat pul verdi və oda kreditini ödədi. Pulu kimnən aldığını və nə qədər götürdüyü bilmir. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmün surətindən görünür ki, İddiaçı məhkum edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Cavabdeh sələmçi kimi tanımışdır. Təxminən 2013-cü ilin əvvəllərində ona pul lazım olduğundan o, Cavabdeh yaşadığı ünvana getmiş və ona, qızıl-zinət əşyaları qoyaraq faizlə pul götürmək istədiyi bildirmişdir. O, ona ayrı-ayrı vaxtlarda adları, əyyarları və çəkiləri ilə qızıl-zinət əşyalarının hər bir qramını 20 manatla hesablayaraq 583 əyyarlı, ümumi çəkisi 45.8 qram olan boyunbağı və qolbağı dəstini.4 ədəd 583 əyyarlı, ümumi çəkisi 88.7 qram olan boyunbağı və qolbağı dəstini. 583 əyyarlı, ümumi çəkisi 30 qram olan bir ədəd boyunbağı, iki ədəd uzuk və iki cüt sırqanı. 1 cıt 583 əyyarlı, çəkisi 10 qram olan sırqa. 583 əyyarlı, ümumi çəkisi 300 qram olan bir ədəd "Yolka"formalı boyjnbağı və qolbağı dəstini, iki ədəd "Mafyoz" formalı boyunbağı, bir ədəd uşaq qolbağı, bir cüt sırqa və bir ədəd üzük. 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 97 qram olan "Mafyoz" formalı boyunbağını. 583 əyyarlı, ümumi çəkisi 130 qram olan iki ədəd boyunbağı, iki ədəd qolbağı və iki ədəd üzük. 583 əyyarlı, ümumi çəkisi 66.2 qram olan bir ədəd "Qoza" formalı boyunbağı, bir ədəd "Mafyoz" formalı boyunbağı və bir ədəd "Moruq" formalı boyunbağını. 2 ədəd 750 əyyarlı, ümumi çəkisi 11.5 qram olan birliyant qaşlı üzük. 7 ədəd 583 əyyarlı, ümumi çəkisi 27 qram olan "Yolka" formalı bovunbağım. ədəd 583 əyyarlı, ümumi çəkisi 35 qram olan "Yolka" formalı boyunbağını. 750 əyyarlı, ümumi çəkisi 71 qram olan boyunbağı, qolbağı, bir cüt sırca və üzük dəstini. 583 əyyarlı, ümumi çəkisi 56 qram olan iki ədəd boyunbağı və bir ədəd qolbağı dəstini. 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 45 qram olan "Yolka" formalı boyunbağı girov qoymuş və ondan 21000 manat pul almışdır. Qeyd olunan 583 əyyarlı qızıl-zinət əşyalarının ümumi çəkisi 930,7 qram və 750 əyyarlı qızıl-zinət əşyalarının ümumi çəkisi 82,5 qram olmuşdur. O həmin gündən xx.xx.2015-ci il tarixinə kimi hər ay sələm pulu vermişdir. Sonradan isə, üzürlü səbəbdən bir necə il sələm pulu verə bilməmişdir. Bir necə ildən sonra, yəni 2019-cu ilin may ayından başlayaraq təxminən son 2 il 5 ay bundan əvvələ kimi cavabehə sələm pulu verməmişdir. O, təxminən 2 il, 5 ay bundan əvvəl Nadir adlı şəxslə Cavabdeh yaşadığı ünvana getmiş və ona olan axırıncı borcunu ona vermişdir. Həmin vaxt o, Cavabdeh ona girov kimi verdiyi qızıl-zinət əşyalarını, yəni 583 əyarlı ümumi çəkisi 930,7 qram olan və 750 əyyarlı ümumi çəkisi 82.5 qram olan qızıl-zinət əşyalarını ona qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi sübutlarla iddianın əsası kimi istinad etdiyi halları, yəni hazırki iddia tələbini təşkil edən qızıl-zinət əşyalarının məhz cavabdehdə olmasını müəyyən etmək mümkün deyildir. Çünki məhkəmə iclasında dindirilmiş şahidlərdən yalnız X4 və X3 Cavabdeh yaşadığı ünvana İddiaçı ilə birlikdə getdiklərini və qızıl-zinyət əşyası girov qoyaraq pul götürdüklərini desələrdə Cavabdeh verilən qızıl-zinyət əşyalarının qramını və formasını düzgün ifadə etməmişlər. Həmin şahidlərin ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğu aşkar edilmişdir. Digər şahidlər isə ümumiyyətlə İddiaçı Cavabdeh qızıl-zinyət əşyaları verməsinin şahidi olmadıqlarını məhkəmə iclasına yalnız iddiaçıdan eşitdikləri bildirmişlər. Ona görədə məhkəmə həmin şahid ifadələrini mötəbər sübut kimi qəbul etmir. Qanunvericiliyin tələbindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi iddia müddətinin tətbiq edilməsi üçün ilk növbədə iddiaçının cavabdehdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnun olduğu, daha sonra isə həmin öhdəliklər üzrə iddiaçının hüquqlarının pozulduğu müəyyən edilməlidir. Əks halda iddia müddətinin tətbiqi qanunauyğun deyildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı ərizəsində 2015-ci il tarixə qədər cavabdehə sələmə pul verdiyini sonrakı dövrdədə qızıl-zinyət əşyalarını tələb etdiyini deməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.(§93) Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onun dəyəri olan pul tələbi barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar