Məhkəmə qərarları › İş №2(023)-1167/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1167/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1167/2025 16.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun və ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh uzun müddətdir ki, tanıyır onunla aralarında yaranmış münasibətə əsasən ona ehtiyacı olduğu üçün 09 yanvar 2024cü il tarixdə 3000 manat borca pul vermişdir. Həmin pulu qaytaracağını bildirsə də həmin pulu qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh həmin vaxtdan müəyyən müddət keçsədə borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdehin ona həmin borcunun olması barədə öz imzası ilə sadə yazılı formada qəbzi də vardır. Bundan başqa cavabdehin ona borcu olması barədə səs yazısıda vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 09 yanvar 2024-cü il tarixli sənədə o imza etməmiş və həmin yazılı sənəddə olan yazılar ona məxsus deyildir. İddiaçı 500 manat almış onu da qaytarmışdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Cavabdeh qızıdır. Cavabdeh İddiaçı pul götürən zaman orada olmuşdur. Onlar İddiaçı yalnız 500 manat götürmüşlər. Həmin 500 manat puluda hissə-hissə İddiaçı qaytarmışlar. Borc pul götürülən zaman onun yanında sənəd tərtib edilsədə sənədi götürüb oxumamışdır. Lakin bildiyinə görə həmin sənədə 3000 manat sözü yazılmamışdır. İş materiallarında olan yazılı sənəddən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə 3000 (üç min) manat borc pul götürmüş və həmin pulu 2024-cü ilin fevral ayına kimi ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5/720 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş “Mən Cavabdeh q.” sözü ilə başlayıb “Yazı öz yazımdi” sözü ilə bitən “9.01.24-cü il tarixli qəbzin üçüncü sətrində olan “3000” və dördüncü sətrində ki “9.01.24” rəqəmlərdə hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s. ) müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1180 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, ekspertizaya təqdim edilmiş mülki işin 5-ci vərəqində olan Cavabdeh ilə İddiaçı adlarından olan xx.xx.2024-cü il tarixli olan borc qəbzindəki yazılar və qəbzin aşağı hissəsindəki imza - Cavabdeh tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Beləliklə, işdə olan sübutlarla ilə müəyyən edildi ki, İddiaçı Cavabdeh 3000 manat borc pul vermiş, lakin Cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclaslarında Cavabdeh etiraz edərək bildirmişdir ki, o İddiaçı təqdim etdiyi sənədə imza etməmiş və ondan yalnız 500 manat götürmüş və həmin pulu da qaytarmışdır. Lakin iş üzrə aparılmış ekspert rəylərində də göründüyü kimi Cavabdeh xx.xx.2024-cü il tarixli olan borc qəbzinə imza etmiş və yazılan yazılar məhz Cavabdeh aiddir. Eyni zamanda Cavabdeh borcun 500 manat olması və həmin pulun qaytarılmasına aid hər hansı bir mötəbər subutu təqdim etməmişdir. Həmçinin məhkəmədə şahid qismində dindirilmiş Şahid iddiaçıdan 500 manat borc pul aldıqları zaman anasının yanında olduğunu lakin iddiaçı cavabdeh arasında tərtib edilən yazılı sənədin məzmununu oxumadığını, lakin 3000 manat pul yazılmasının mümkün olmadığını bildirmişdir. Məhkəmədə şahidin verdiyi ifadə digər mötəbər sübutlarla təkzib edildiyindən, həmin ifadə məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 3000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edilməsini nəzərə alaraq, hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri qismində 124 manat məbləğində və sənədlərin məhkəmə texniki ekspertizasının dəyəri qismində 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 3000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat, cəmi 3050 (üç min əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh aparılmış məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri qismində 124 (bir yüz iyirmi dörd) manat və sənədlərin məhkəmə texniki ekspertizasının dəyəri qismində 100 (yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar