Məhkəmə qərarları › İş №2(023)-117/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-117/2025

12.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-117/2025 12.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Fərman oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair mülki işə 12 fevral 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 15 fevral 2012-ci İldə anadan olmuş X15 və 09 sentyabr 2014-cü ildə anadan olmuş X2 üçün hər ay hər uşağa 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə 2008-cu il tarixdə ailə quraraq, 25 yanvar 2012-ci il tarixdə nikahı rəsmiləşdirmişlər. Birgə nikahdan 15 fevral 2012-ci il tarixdə Ümid, 09 sentyabr 2014-cü il tarixdə Ömər adlı uşaqları doğulmuşdur. Lakin xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar və uşaqları onun himayəmdə saxlanılmışdır. Qazax Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli 2(023)-450/2018 saylı qətnaməsi ilə cavabdeh X4 25 yanavar 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment müəyyən olunmuşdur. Hazırda uşaqlarının tələbatı günü-gündən artır. Cavabdeh isə bunları nəzərə almır, uşaqların ehtiyacları ilə maraqlanmır. Cavabdeh fərdi əməklə məşguldur, uşaqların saxlanılması üçün hər ay hər uşağa 235 manat sabit pul məbləğində aliment ödəyə bilər. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya o uşaqların saxlanılması üçün hər uşağa görə 100 manat aliment verir. O hər ay alimentdən əlavə müalicə xərci ilə birlikdə cavabdehə 300 manat pul ödəyir. O, 2020-ci il tarixdə yenidən ailə qurmuşdur və bu evlilikdən xx.xx.2020-ci il tarixdə Emil və xx.xx.2022-ci il tarixdə isə Elina adlı uşaqları doğulmuşdur. Həyat yoldaşı X12 ilə bir yerdə yaşamağına baxmayaraq aliment sazişinə əsasən Emil və Elina adlı uşaqların hər birinə 100 manat olmaqla, cəmi 200 manat aliment ödəyir. İddiaçıya ödədiyi alimentlə birlikdə hal-hazırda dörd uşağa 500 manat aliment ödəyir. O heç yerdə işləmir və təqaüd almır, eyni zamanda kirayədə yaşayır, maddi durumu olduqca aşağıdır. Məhkəmələr tərəfindən alimentin təyin edilməsi ilə bağlı işlərə baxılarkən ailə qanunvericiliyinin tələbinə görə alimentin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. İddiaçının iddiası təmin olacağı təqdircə, işsiz olduğu üçün qeyd olunan alimenti ödəməyə maddi imkanı olmayacaqdır. Belə olan halda o məhkəmə qərarını icra etmədiyi üçün inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər. Buda onun qanunla qorunan hüquq və azadlığına ziddir. O, iddiaçı ilə ailə münasibətləri faktik olaraq pozulduqdan sonra qeyd etdiyi kimi başqa qadınla ailə qurmuşdur və onunla birgə faktiki nikahdan başqa övladları vardır. Qeyd olunanlara əsasən İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddiaçının himayəsində olan Ümid və Ömər adlı uşaqların hər ikisinin xəstə olmasını, uşaqların ehtiyaclarının artdığını, cavabdehin isə fərdi əmək fəaliyyəti ilə məşğul olaraq gəlirlərinin kifayət qədər olmasını bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbədən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, isə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahından 15 fevral 2012-ci il təvəllüdlü X15 və 09 sentyabr 2014-cü il təvəllüdlü X16 adlı uşaqlar doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli 2(023)-450/2018 saylı qətnaməsinin surətindən görünür ki, 15 fevral 2012-ci ildə anadan olmuş X15 və 09 sentyabr 2014-cü ildə anadan olmuş X11 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh 25 yanvar 2018-ci ildən başlayaraq ayda hər uşağa 100 manat, cəmi 200 (iki yüz) manat aliment sabit pul məbləğində alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli 2(023)-557/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında Qazax rayon Qeydiyyat şöbəsində 25 yanvar 2012-ci ildə bağlanmış və 22 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X17 və xx.xx.2022-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası X9r. 11 dekabr 2024-cü il tarixli aliment sazişindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X17 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün cəmi 200 (iki yüz) manat məbləğində alimenti X10 ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Cavabdeh X5 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsindən görünür ki, Cavabdeh yeganə qazanc yeri olan xeyir-şər mərasimləri üçün kirayə verilən (çadır-mağar) əmlakın cavabdeh tərəfindən əsassız həbsdə qalması üçün ona dəymiş 2.000 manat məbləğində maddi ziyanın, vurulmuş mənəvi zərərə görə 10.000 manat zərərin, 36.000 manat əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Cavabdehin uşaqların saxlanılması üçün aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunur. Belə ki, Cavabdeh X5 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsindən görünür ki, xeyir-şər mərasimləri üçün kirayə verilən (çadırmağar) əmlakın hər həftəsi təxminən 1000-1500 manat aralığındadır. Eyni zamanda iş materiallarında olan diskə baxış keçirilən zaman Cavabdeh bir həftə ərzində xeyir-şər mərasimləri üçün çadır-mağarı kirayə verdiyi üçün təxminən 2500 manat gəliri olduğu müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən keçən müddətdən sonra minimum yaşayış tələbatı artmışdır. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bununla əlaqədar məhkəmə yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin də uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, 15 fevral 2012-ci ildə anadan olmuş X15 və 09 sentyabr 2014-cü ildə anadan olmuş X3 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 15 fevral 2012-ci il təvəllüdlü X15 və 09 sentyabr 2014-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat olmaqla, xx.xx.2024-cü il tarixdən hesablanaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 345 (üç yüz qırx beş) manatın 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar