Məhkəmə qərarları › İş №2(023)-120/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-120/2025

25.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-120/2025 25.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Qazax rayon notariat ofisinə (üçüncü şəxs X3) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə 25 aprel 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Qazax rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon notariat ofilsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 ilə bağladığı xx.xx.2023-cü il tarixli, 3M-132 reyestr saylı kredit müqaviləsinə əsasən 11750 manat məbləğində kredit verilmişdir. Cavabdeh Qazax rayon otariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən qeyd olunan kredit müqaviləsi üzrə yaranmış 11750 manat borcun, eləcədə 25 manat məbləğində dövlət rüsumunun ondan alınaraq Sövqi Qarayevə ödənilməsi barədə icra qeydi verilmiş, lakin icra qeydi verilən zaman bu barədə ona heç bir məlumat və ya bildiriş verilməmişdir. Sözügedən icra qeydinə əsasən Qazax rayon İcra və Probasiya şöbəsində icraat başlanılmış, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0032 ha sahibkarlıq obyektinin üzərinə həbs qoyulmuşdur. Bundan sonra sözügedən obyekt guya hərrac yolu satılmış, ona məlumat vermədən obyekti X6 almışdır. Qazax rayon notariat ofisi nədənsə borcun mübahisəsiz olmasına əminlik gəstərərək, borcun tutulmasına dair icra qeydi aparmış, lakin bu barədə müqavilə tərəflərinə məlumat verməmişdir. İddiaçı məhkəməyə göndərdiyi ərizədə və məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İ qrup gözdən əlildir, notariat hərəkətləri aparılan zaman ona qəyyum təyin edilməmişdir. Eyni zamanda icra qeydi verilən zaman ona heç bir məlumat verilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh Qazax rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Qazax rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən, məhkəmə mülki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan X5 (borcverən) ilə İddiaçı (borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, X1 Tərminə Müzəffər qızına 11.750 manat məbləğində pulu xx.xx.2023-cü il müddət ərzində notariusun Kapital Bank ASC-nin Qazax filialında olan depozit hesabı vasitəsi ilə borc verir. X5 tərəfindən xx.xx.2023-cü il tarixli icra qeydinin aparılacağı barədə bildiriş tərtib edilərək, İddiaçı xx.xx.2023-cü il tarixlı 3M-132 saylı kredit müqaviləsi əsasında öhdəliyini 20 gün müddətində ödəməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə yaranmış borc məbləği və verilməli əmlak barədə notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat verilmişdir. Qeyd edilən bildiriş borclunun yaşadığı Qazax rayonu Quşçu Ayrım kəndindəki ünvanına göndərilmiş, xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə, rəsmi qaydada qəbul edilmişdir. İcra qeydinin verilməsinə əsas olmuş ərizədən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Qazax rayon notariat ofisində 3M-132 reyestrdə kredit müqaviləsi rəsmiləşdirdiyini, İddiaçı xx.xx.2023-cü il tarixinədək heç bir ödəniş etmədiyini bildirərək, qanunvericiliyin tələbinə uyğun olaraq icra qeydi aparılmasını xahiş etmişdir. Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-4631 reyestr nömrəli icra qeydindən görünür ki, X2 xeyrinə İddiaçı Qazax rayon notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 3M-132 reyestr saylı kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 11.750 (on bir min yeddi yüz əlli) manat tutulması qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 8(023)-107/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-4631 reyestr nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0032 ha sahibkarlıq obyektinin üzərinə həbs qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC X9 Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 01/388 saylı məktubdan görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0,0032 ha sahibkarlıq torpaq sahəsinin qiyməti 9.620 (doqquz min altı yüz iyirmi) manat olmaqla qalib alıcı X7 (AA5390570, 5780HL7-fin əldə etdi. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə üçüncü şəxs X5 arasında xx.xx.2023-cü il tarixli, 3M-132 reyestr saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən X5 tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə qaytarması şərti ilə 11.750 manat borc verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun X5 qarşısında borcu yaranmışdır. X5 tərəfindən xx.xx.2023-cü il tarix il tarixdə borcluya borc öhdəliyini 20 gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Lakin, borclu tərəfindən ona verilmiş müddət ərzində borc öhdəliyi icra edilməmişdir. Bundan sonra X5 iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Qazax rayon notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Məhkəmə həmçinin qeyd edir ki, X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-132 reyestr saylı kredit müqaviləsinə əsasən İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində 11.750 manat məbləğində pul ödəməli olması, icra sənədində qeyd edilən borc məbləğinin mübahisəsiz olduğunu sübut edir. Belə ki, iddia ərizəsindən və iş materiallarından məlum oldu ki, iddiaçı kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, X5 icra qeydinə əsasən borcludan 11.750 manat borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən, “Notariat haqqında” qanunvericiliyin tələbinə uyğun olaraq, X5 icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərdikdən sonra icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı X5 notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin poçt vasitəsi ilə göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etmişdir. Beləliklə məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyindən, İddiaçı cavabdeh Qazax rayon notariat ofisinə (üçüncü şəxs X3) qarşı icra qeydinin ləğv edilməsi tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Qazax rayon notariat ofisinə (üçüncü şəxs X3) qarşı icra qeydinin ləğv edilməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar