Məhkəmə qərarları › İş №2(023)-1234/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1234/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1234/2024 18.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 18 noyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh bugünə kimi onun xeyrinə ödənilməli olan, lakin ödənilməmiş 22680 manat pulun və 159 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onu bacısı oğlu X1 tanış etmişdir və tanışlığı oradan yaranmışdır. Cavabdeh ilə tanışlığı müəyyən ticarət işləri ilə bağlı olaraq, yaranan münasibət daha da artmaqda davam etmişdir. Cavabdeh ilə ilk dəfə olaraq pul münasibəti mülkiyyətində olan “OPEL” markalı avtomobili gündəlik 20 manat ödəmək şərti ilə cavabdeh şəxsə verməklə yaranmışdır. Daha sonra həmin avtomobili sataraq həm gündəlik 20 manat hesablanmaqla, həmdə avtomobilin ümumi dəyəri 18000 manat olaraq hesablanmışdır. Avtomobil üzrə olan borcu isə qismən qaytararaq 12200 (on iki min iki yüz) manat olaraq qalmaqdadır. Avtomobil üçün çəkiləcək xərclərin isə cavabdeh tərəfindən çəkilməsi barədə ilk vaxtlardan sonuncunun məlumatı olmuşdur. Avtomobil cavabdehdə olduğu müddətdə 6035 manat daxili xərclərinə hesablanmışdır. Həmin xərclərin də qaytarılmasını cavabdeh öz öhdəsinə götürmüşdür. Bundan başqa daha bir iş üçün ondan 9500 manat pulu əlbəəl şəkildə almış və yaxın müddət ərzində qaytaracağı barədə vəd versədə, müəyyən müddət keçdikdən sonra 9500 manat pulu qaytarmağa maddi imkanı olmadığını bildirmişdir. Bunun qarşılığında natura şəklində ümumi dəyəri 7500 manat olan pendir məmulatları vermiş və ona aid olan sahəni ona 7500 manata satmış kimi qiymətləndirmişdir. Bir sözlə həmin vaxtda 2000 manat məbləğində ziyan şəklində qaytarılmışdır. Həmin ərazidə fəaliyyət göstərdiyi müddətdə pendir məhsullarının qaytarılmasına görə ümumilkidə 2445 manat ziyan dəymişdir. Bütün bunlar hamısı birlikdə 22680 manat təşkil etmişdir. Cavabdehə bu barədə dəfələrlə şihafi şəkildə müraciət etsədə süni maneələr yaradaraq ona olan borcu ödəməkdən yayınmışdır. Bununla bağlı Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə şikayətini bildirdikdə, bu məsələnin mülki xarakter daşıdığından məhkəmə müstəvisində həll olunması bildirilmişdir. Bundan başqa Cavabdeh Pretenziya şəklində məktub ünvanlayıb məhkəmədən əvvəl öz aralarında həll olunmasını bildirsədə, yenə də heç bir nəticə əldə olunmamışdır. Bütün bunları nəzərə alaraq sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, mülkiyyətində olan “OPEL” markalı avtomobilin dəyərini 18000 manata hesablamaqla, gündəlik 20 manat ödəmək şərti ilə Cavabdeh vermişdir. Daha sonra cavabdeh həmin avtomobili sataraq pulunu götürmüş, avtomobil üzrə olan borcundan isə qismən qaytararaq 12200 manat borcu qalmışdır. Avtomobil üçün çəkiləcək xərclərin də cavabdeh tərəfindən ödənilməsi barədə razılaşmışlar, avtomobil cavabdehdə olduğu müddətdə 6035 manat daxili xərclərinə hesablanmışdır. Bundan başqa daha bir iş üçün 9500 manat pulu əlbəəl şəkildə almış və yaxın müddət ərzində qaytaracağı barədə vəd vermiş, bir müddət keçdikdən sonra həmin pulu da qaytarmağa maddi imkanı olmadığını bildirmişdir. Bunun qarşılığında natura şəklində ümumi dəyəri 7500 manat olan pendir məmulatları vermiş və ona aid olan sahəni ona 7500 manata satmış kimi qiymətləndirmişdir. Bir sözlə həmin vaxtda 2000 manat məbləğində ziyan şəklində qaytarılmışdır. Həmin ərazidə fəaliyyət göstərdiyi müddətdə pendir məhsullarının qaytarılmasına görə ümumilkidə 2445 manat ziyan dəymişdir. Hazırda Cavabdeh ona 22680 manat borcu vardır. O həmin borcu cavabdehdən tələb etsə də, sonuncu borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, o, iddiaçının bacısı oğlu ilə dost olmuşdur. iddiaçı ilə arasında heç bir borc məbləği olmamışdır. İddiaçının tələb etdiyi 9500 manat onların şərikli gördükləri işə qoyulan puldur. Həmin vaxt 11.500 manat o, 9.500 manat isə iddiaçı pul qoymuşdur ki şərikli işləsinlər. Həmin vaxt iddiaçının maşınını 600 manata icarəyə götürmüşdür və həmin pulu da iddiaçının kart hesabına göndərmişdir. İddiaçıya məxsus avtomobili yalnız idarə etmək üçün etibarnamə vermişdir. İddiaçının oğlu onunla 3 ay işləmişdir, lakin o işdən qazanc götürə bilməmişdir. İddiaçının qeyd etdiyi əraziyə gəldikdə isə qeyd edir ki, şərikli olduqları üçün həmin ərazini qoyub çıxmışdır. O şəriklikdən çıxdığı üçün iddiaçı hazırda ondan pul tələb edir. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə, Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən sübut kimi cavabdehlə telefon danışığına dair diski məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlə danışan zaman ona 22680 manat borcu olduğunu etiraf etmiş və həmin borcu ödəyəcəyini bildirmişdir. Həmçinin iddiaçı iddia tələbini təsdiq edən sübut kimi Cavabdeh ilə “WhatsApp” sosial şəbəkəsində aralarında olan yazışmanı məhkəməyə təqdim etmişdir. Həmin yazışmada X3 adlı səhifədə olan şəxs maşını 9200 manata satdığını bildirmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı pretenziya məktubu göndərilmişdir. İddiaçı iddia tələbini təsdiq edən sübut kimi cavabdehlə danışığına dair diski və “WhatsApp” sosial şəbəkəsində aralarında olan yazışmanı məhkəməyə təqdim etmişdir. Sözügedən səs yazısında cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, cavabdehin ona 22680 manat məbləğində pul borcu olduğunu təsdiq edən sübutları, yəni cavabdehlə danışığına dair diski və “WhatsApp” sosial şəbəkəsində aralarında olan yazışmanı məhkəməyə təqdim etmişdir. Belə ki, həmin səs yazısından və “WhatsApp” yazışmasından müəyyən olunur ki, cavabdeh danışan zaman iddiaçıya 22680 manat borcu olduğunu və maşını 9200 manata satdığını etiraf etmişdir. Lakin cavabdeh məhkəmə hazırlıq iclasında iddiaçıya borcu olmadığını, borcun ödənilməsi barədə qəbzlərinin olduğunu qeyd etsədə, həmin sübutların təqdim edilməsi üçün məhkəmə iclası dəfələrlə təxirə salınmasına baxmayaraq, həmin sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə iş birliyi nəticəsində, eyni zamanda iddiaçıya məxsus avtomobili sataraq pulunu mənimsəməsi səbəbindən, sonuncunun İddiaçı ümumilikdə 22680 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehin hüquqazidd əməli nəticəsində ona maddi ziyan dəyməsini sübutetmə yükü bütövlükdə iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia təmin edilməli, Cavabdeh 22680 (iyirmi iki min altı yüz səksən) manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3, 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh 22680 (iyirmi iki min altı yüz səksən) manat məbləğində pul və 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar