Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1244/2024 06.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1960-ci ildə Qazax rayonun Çaylı kəndində anadan olmuş X7 2003-cü ilin yay aylarından xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuş X15 ilə xx.xx.1985-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.1987-ci il təvəllüdlü X5, xx.xx.1989-cu il təvəllüdlü X16, xx.xx.1994-cü il təvəllüdlü X8 və xx.xx.2002-ci il təvəllüdlü X12 adlı dörd övladı anadan olmuşdur. X6 2003-cü ilin yay aylarında məlum olmayan ünvana getmiş və həmin vaxtdan onlarla əlaqəsini kəsmişdir. Hal-hazırda onun olduğu yer məlum deyildir. 2003-cü ildən bu günədək onunla əlaqə saxlaya bilməmişlər. Son 11 il ərzində onu yaşadığı ərazidə görən də olmamışdır. Qazax rayonu Çaylı kəndində yerləşən 0.4912 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixli, **********03 reyestr nömrəli çıxarışa əsasən onunla bərabər X6nun, habelə övladları X2, X9 və X3 ümumi birgə mülkiyyətimizdədir. Hazırda həmin torpaq sahəsini satmaq qərarına gəlmişlər. Bunun üçün onlarla bərabər torpaq sahəsinin digər mülkiyyətçilərdən biri olan X7 razılığı tələb olunur. Lakin, A.S.Abbasovun yerini müəyyən etmək mümkün olmadığından onlar qeyd olunan torpaq sahəsi üzərində sərəncam verə bilmirlər. Hazırda barəsində hər hansı məlumat əldə edə bilmədiyinə görə onun xəbərsiz itkin düşmüş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, xx.xx.1960-ci ildə Qazax rayonun Çaylı kəndində anadan olmuş X7 2003-cü ilin yay aylarından xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, xx.xx.1960ci il təvəllüdlü X7 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 03 fevral 1960-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 02 iyul 1987cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli çıxarışın sürətindən görünür ki, Qazax rayonu Çaylı kəndində 0.4912 ha torpaq sahəsi vardır. Həmin torpaq səhəsinin hüquqi sahibləri Ərizəçi, X15, X5, X16 və X4r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qazax RİHB-nin Çaylı kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məktubundan görünür ki, xx.xx.1960-ci il təvəllüdlü X15 uzun illərdir ki, Qazax rayon Çaylı kəndində yaşamır və halhazırda harda yaşaması haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Qazax rayonu Çaylı kənd sakinləri, X13, X17 və X14 akt tərtib edərək göstərmişdirlər ki, həmkəndliləri və qonşuluqda yaşamış, xx.xx.1960-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuş X10 2003-cü ilin yay aylarından indiyədək görməmişlər və onun harada olması barədə heç bir məlumatları yoxdur. Ailə üzvlərinin dediklərinə görə onlar da X10 2003-cü ilin yay aylarından indiyədək görməmişlər və onun harada olması barədə onların da heç bir məlumatları yoxdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi ilə X15 21 noyabr 1985-ci il tarixdə evlənmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2002-ci il tarixdə anadan olmuş, ata qrafasında X15 ana qrafasında isə Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1994-cü il tarixdə anadan olmuş, ata qrafasında X15 ana qrafasında isə Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1989-cu il tarixdə anadan olmuş, ata qrafasında X15 ana qrafasında isə Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə anadan olmuş, ata qrafasında X15 ana qrafasında isə Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, xx.xx.1960-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2001-ci il tarixdə giriş və xx.xx.2002-ci il tarixdə çıxışı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əsir və İtkin Düşmuş, X1 Əlaqədar Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X7 itkin düşməsi ilə bağlı Dövlət Komissiyasına hər hansı məlumat daxil olmamış və o, komissiyanın qeydiyyatı üzrə keçməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 axtarışa elan olunması barədə DİN-nin müvafiq uçotlarında məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək bildirdi ki, o, Ərizəçi həmkəndlisidir. Ərizəçinin X6dur. Akif Abbasov uzun illərdi ki, kənddə yaşamır. 2003-cü il tarixdən Akif Abbasovu görməmiş və onun harada olması barədə heç bir məlumatı olmamışdır. X7 itkin düşməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək bildirdi ki, o, Ərizəçi həmkəndlisidir. Ərizəçinin X6dur. Akif Abbasov uzun illərdi kəndə yaşamır və 2003cü il tarixdən indiyənədək onu görməmiş, barəsində heç bir məlumatı olmamışdır. X7 itkin düşməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək bildirdi ki, o, Ərizəçi atasıdır. Akif Abbasov ərizəçinin əri olubdur. Akif Abbasov uzun illərdi kəndə yaşamır. 2003-cü il tarixdən onun barəsində heç bir məlumatı yoxdur. Akif Abbasov ailəsi ilə heç bir əlaqə saxlamamışdır. X7 itkin düşməsini təsdiq edir. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir; 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir; 314-cü maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən . Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi X6 2003-cü il tarixdən yaşadığı kənd ərazisindən naməlum istiqamətə gedərək geri qayıtmamış və həmin vaxtdan sonra onun olduğu yer məlum olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı və X15 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03 fevral 1960-cı il təvəllüdlü X15 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində“elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1244/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1244/2024
06.11.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver