Məhkəmə qərarları › İş №2(023)-1247/2024

Qazax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(023)-1247/2024

01.08.2024 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qazax rayon İş № 2(023)-1247/2024 01.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Mən, Qazax Rayon Məhkəməsinin hakimi Nemət Əlimusa oğlu Musayev Qazax şəh, Azadlıq küç, ev 208, m.51-də qeydiyytda olmaqla yaşayan Tələbkar Qazax şəh, Azadlıq küç, ev 208, m.51-də qeydiyyatda olan Borclu qarşı aliment tələbinə dair ərizəsinə baxaraq müəyyən etdim: Tələbkar məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu ilə 22 fevral 2016-cı il tarixdə rəsmi qeydiyyatdan keçmiş, birgə nikahlarından xx.xx.2016-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2rı doğulmuşdur. Həmin uşaqlar onun himayəsindədir. Cavabdehlə faktiki olaraq ayrılmışlar. Cavabdehlə evləndikləri ilk vaxtlarda münasibətləri normal olsa da, sonralar həmin münasibətlər tamamilə pozulmuşdur. Belə ki, cavabdehlə heç cürə xasiyyəti uyğun gəlmir, evdə tez-tez yersiz mübahisələr yaradır. Artıq son zamanlar cavabdehin etdiyi qeyri-normal hərəkətlərinə dözə bilmədiyi görə ayrılmalı olmuşdur. Cavabdehlə aralarında heç bir ər-arvad münasibətləri yoxdur. Nikahları formal xarakter daşıyır. Ayrıldıqları vaxtdan cavabdeh uşaqlarla maraqlanmır, onun maddi mənəvi ehtiyaclarını ödəmir. Tələbkar hesab edir ki, 2 uşağının saxlanması üçün Borclu qazancının 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 76.1 və 76.1.2-ci madddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə onların valideynlərindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulur. Bu Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. Göstərilən Məcəllənin 25-ci maddəsinə əsasən əmr icraatı qaydasında işlərə ümumi məhkəmələrdə baxılır. Göstərənlərə əsasən Tələbkar tələbi üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən 100 (bir yüz) manat miqdarında dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilən qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumunu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də hazırkı iş üzrə cavabdeh Borclu 100 (bir yüz) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-76, Mülki Prosessual Məcəlləsinin 275-282-ci maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1989-cu ildə anadan olmuş, Qazax şəh, Azadlıq küç, ev 208, m.51-də qeydiyyatda olan Borclu xx.xx.2024-cü ildən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulub xx.xx.2016-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Tələbkar verilsin. Borclu 100 (bir yüz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri dərhal icra edilsin. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin sədri: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar