Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1323/2024 18.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onun dəyəri olan pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən qiyməti 525 manata olan, 1 ədəd 585 əyyarlı çəkisi 5 qram olan qızıl üzyyün, həmin qızıl-zinət əşyası olmadıqda isə onun dəyəri olan 600 manat məbləğində pulun alınıb mənə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını onunla əsalandırmışdır ki, Qazax şəhəri H.Əliyev prospektində yerləşən “Mərkəzi Kolxoz” bazarının ətrafında, ona məxsus mağazada “Qiymətli metalların və qiymətli daşların alqı-satqısı, dövriyyəsi ilə məşğul olur. Onun adına, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında dövlət əyyar palatasının ( 035694 ) nömrəli lisenziyası vardır. O, Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisi kimi uçota alınması haqqında (VÖEN **********) şəhadətnaməsidə vardır. Onun yaxından tanıdığı Qazax rayonu Xanlığlar kənd sakini Cavabdeh, xx.xx.2019-cu il tarixində onun mağazasına gəlmiş və bir günlük, toy şənliyinə taxmaq üçün çəkisi 5 qram olan, 585 əyyarlı, qızıl üzük əşyasını ondan xahiş edərək istəmişdir. O da ona inanmış və həmin qızıl üzüyü bir günlük ona vermişdir. Həmin tarixdən bu günə kimi o, onu aldatmış və onun cavabdehə verdiyi çəkisi 5 qram olan, 585 əyyarlı, qızıl üzük əşyasını qaytarmaqdan bilərəkdən yayınmışdır. O, dəfələrlə cavabdehin yaşadığı ünvana getmiş amma onunla görüşə bilməmiş, telefonuna zəng vurmuş amma zənginə cavab verməmişdir. Sonradan o cavabdehlə ğörüşmüş, cavabdeh ona bildirdimiş ki, adı gedən qızıl üzük müəyyən səbəbdən qaytara bilmir, buna görədə adı gedən qızıl üzüyün pulunu tezliklə verəcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehə qızılı 2019-cu il tarixdə vermiş və həmin vaxt qızılın qramı 60 manat təşkil edirdi. Lakin hazırda 1 qram qızılın bazar qiyməti 120 manat təşkil edir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq göstərdi ki, sahhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Polis Şöbəsinə veriyi izahatdan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı 2019-cu il tarixdə 200 manat dəyərində qızıl üzük və sırğa almışdır. 200 manat puldan 20 manat vermiş, lakin maddi imkanı olmadığından 180 manatını qaytara bilməmişdir. Tez bir zamanda ona olan borcunu ödəyəcəyini qeyd etmişdir. İş materiallarında olan 24 oktyabr 2024-cü il tarixli Ağstafa lombardının zərgərinin rəyindən görünür ki, 2018-2019-cu il dövründə 583 əyyarlı qızılın 1 qramının dəyəri 55-60 manat məbləğində olmuşdur. İş materiallarında olan “Mərkəzi Kolxoz” bazarının ətrafında yerləşən zərgərinin 26 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, hazırda 585 əyyarlı qızılın 1 qramı 120 manat təşkil edir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh arasında qarşılıqlı inama əsasən sonradan qaytarmaq şərti ilə İddiaçı tərəfindən Cavabdeh verilmiş çəkisi 5 qram olan, 585 əyyarlı qızıl üzük Cavabdeh tərəfindən İddiaçı qaytarılmamışdır. Qeyd olunan xüsusatlar Cavabdeh tərəfindən Qazax Rayon Polis Şöbəsində veridiyi izahatdanda təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1091.2-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Buna görə də məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, çəkisi 5 qram olan, 585 əyyarlı üzük cavabdehdən alınıb, iddiaçıya verilməli, iddiaçıya məxsus çəkisi 5 qram olan, 585 əyyarlı üzüyün cavabdehdən alınıb, iddiaçıya verilməsi mümkün olmadıqda isə, həmin qızıl-zinət əşyasının əvəzi qismində 600 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh ümumi dəyəri 600 (altı yüz) manat olan 1 ədəd 585 əyyarlı 5 qram çəkidə qızıl üzük, həmin əşya olmadıqda isə onun dəyəri alınıb İddiaçı verilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1323/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1323/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver