Məhkəmə qərarları › İş №2(023)-1324/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1324/2023

27.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1324/2023 27.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Qazax Rayon Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “bağışlanma müqavilələrinin bağlandığı andan etibarsız hesab olunması və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Qazax Rayon Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 fevral 2012-ci il tarixdə Qazax rayonu Dövlət Notariat Kontorunda Cavabdeh2 ilə aralarında bağlanmış və reyestrdə 4Ə-01-97 nömrə ilə qeyd edilmiş bağışlanma müqaviləsi və 25 avqust 2022-ci il tarixdə Qazax Rayon Notariat Ofisində Cavabdeh2 ilə aralarında bağlanmış və reyestrdə 4Ə-676 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlandığı andan etibarsız hesab olunması və Qazax şəhəri Ə.Qədirov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 100,0 kvm olan 5 otaqlı mənzilin Cavabdeh2 adına qeydə alınması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən, cavabdehlər isə məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh2, Qazax Rayon Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “bağışlanma müqavilələrinin bağlandığı andan etibarsız hesab olunması və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar