Məhkəmə qərarları › İş №2(023)-1324/2025

Qazax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(023)-1324/2025

30.06.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qazax rayon İş № 2(023)-1324/2025 30.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Mən, Qazax Rayon Məhkəməsinin hakimi Nemət Əlimusa oğlu Musayev Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olmaqla, yaşayan Kreditor Bakı şəhəri, Suraxanı rayonu N nömrəli hərbi hissənin Suraxanı-1 hərbi şəhərciyində qeydiyyatda olan Borclu qarşı aliment tələbinə dair ərizəsinə baxaraq müəyyən etdim: Kreditor məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu ilə 2016-cı ilin avqust ayında evlənmişlər. Nikahları xx.xx.2016-cı il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində bağlanaraq, 06 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından iki övladları xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. Həmin uşaqlar halhazırda onun himayəsində yaşayırlar. Borclu ilə uzun müddətdir ki, aralarında ər-arvad münasibətləri yoxdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, övladları xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 maddi cəhətdən saxlamaqda çətinlik çəkir, onların tələbatları artıb, o bu tələbatları təkbaşına qarşılaya bilmir. Uşaqların isə maddi ehtiyacları həddindən artıq çoxdur. Cavabdeh hazırda N saylı hərbi hissədə hərbi xidmətdədir və ayda təxminən 2000,0 (iki min) manat məbləğində əmək haqqı alır. Ona görə də hesab edir ki, iki övladlarının saxlanması üçün vəsait (aliment) cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 76.1 və 76.1.2-ci madddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə onların valideynlərindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulur. Bu Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. Göstərilən Məcəllənin 25-ci maddəsinə əsasən əmr icraatı qaydasında işlərə ümumi məhkəmələrdə baxılır. Göstərənlərə əsasən Kreditor tələbi üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən 100 (bir yüz) manat miqdarında dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilən qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumunu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də hazırkı iş üzrə cavabdeh Borclu 100 (bir yüz) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-76, Mülki Prosessual Məcəlləsinin 275-282-ci maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1994-cü ildə Qazax rayonu Birinci Şıxlı kəndində anadan olmuş, hazırda Bakı şəhəri, Suraxanı rayonu N nömrəli hərbi hissənin Suraxanı-1 hərbi şəhərciyində qeydiyyatda olan Borclu xx.xx.2025-ci ildən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulub xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Kreditor verilsin. İBorclu 100 (bir yüz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri dərhal icra edilsin. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin sədri: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar