Məhkəmə qərarları › İş №2(023)-1331/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1331/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1331/2025 13.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ondan nisyə aldığı, 585 əyyarlı, ümumi çəkisi 23.5 qram olan qızıl boyunbağı, qolbağı, sırqa və üzük dəstini, həmin qızıl-zinət əşyalarının özləri olmadıqda isə onların ümumi dəyəri olan 2955 (iki min doqquz yüz əlli beş) manat məbləğində pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Qazax şəhəri H.Əliyev prospektində yerləşən "Mərkəzi Kolxoz" bazarının ətrafında, ona məxsus mağazada "Qiymətli metalların və qiymətli daşların alqı-satqısı, dövriyyəsi ilə məşğul olur. Onun adına, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında dövlət əyyar palatasının (035694) nömrəli lisenziyası var. Onun, Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisi kimi uçota alınmağı haqqında (VÖEN **********) şəhadətnaməsi var. O, cavabdeh, yəni Cavabdeh uzun müddətdir ki, tanıyır. Onların etibarını qazanmışdır. Cavabdeh dəfələrlə onun mağazasından nisyə olaraq qızıl-zinət əşyaları alıbdır. Ona olan borclarını vaxtıvaxtında ödəyibdir. Buna görədə onun cavabdehə hörməti və etibarı yaranmışdır. Cavabdeh, Cavabdeh xx.xx.2024-ci il tarixində onun mağazasına gəldi və ondan nisyə olaraq qızıl-zinət əşyaları almaq istədiyini bildirdi. Ona etibarı olduğuna görə ona nisyə olaraq qızıl-zinət əşyaları satmağa razılaşdı. Ona, 585 əyyarlı, ümumi çəkisi 23.5 qram olan qızıl boyunbağı, qolbağı, sırqa və üzük dəstini 2000 (iki min) manata, 3 (üç) ay müddətinə hissə-hissə ödəməsinə razılaşaraq, nisyə olaraq satdım. Həmin vaxtı, o, ilkin olaraq 100(bir yüz) manat ödəniş etdi. Bundan sonra Cavabdeh ona borcu 1900 (bir min doqquz yüz) manat qaldı. Onlar öz aralarında müqavilə yazmış və müqavilənin doğruluğunu Cavabdeh və bizə şahidlik edən X1 öz imzası ilə təsdiqlədi. Həmin tarixdən bir il vaxt keçməsinə baxmayaraq Cavabdeh ona olan pul borcunu verməkdən yayınır. O, dəfələrlə ona xahiş etmişdir ki, ona olan pul borcunu ver, ya da ondan aldığı qızıl-zinət əşyalarının özünü ona qaytar. Amma Cavabdeh onu aldadır, belə ki, nə ona olan pul borcunu vermir, nədə ki, ondan nisyə olaraq aldığı qızıl-zinət əşyalarını ona qaytarmır. O, cavabdehə qızıl-zinət əşyaları satdıqda həmin qızıl-zinət əşyalarının qiyməti, yəni 585 əyyarlı qızıl-zinət əşyalarının hər bir qramının bazar satış qiyməti 85(səksən beş) manat idi. Hal-hazırda isə həmin qızıl-zinət əşyalarının, yəni 585 əyyarlı qızıl-zinət əşyalarının hər bir qramının bazar satış qiyməti indeksasiya olunaraq 130 (bir yüz otuz) manat olubdur. Beləliklə, Cavabdeh mənə olan borcu3055(üç minəlli beş) manat təşgil edir. Həmin pul borcundan 100 (bir yüz) manat məbləğində pul ödəniş etmişdir. Buna görə Cavabdeh bu günkü günə ona olan borcu 2955 (iki min doqquz yüz əlli beş) mana təşkil edir. Buna görədə o məcbur olub məhkəməyə müraciət edib. İş materiallarında olan xx.xx.2025-ci il tarixli rəyə əsasən, aşağıda adları və əyyarı göstərilən qızıl-zinət əşyalarının hər bir qramının hazırki bazar qiymətinə uyğun olaraq təxmini qiymətləri göstərilmişdir. 1) 1 qram 583-585 əyyarlı qızılın qiyməti 130 manat, 1 qram, 750 manat qızılın qiyməti 180 manat və 1 qram 750 əyyarlı, brilyant qaşlı qızılın qiyməti 250 manat olması qeyd edilmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan, İddiaçı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixində, 058389 nömrəli vəsiqə verilmişdir. Belə ki, iş materiallarında olan borc müqaviləsindən görünür ki, xx.xx.2024-cü il tarixində ona, 585 əyyarlı, ümumi çəkisi 23.5 qram olan qızıl boyunbağı, qolbağı, sırqa və üzük dəstini həmin qızıl-zinət əşyasını cavabdehə nisyə olaraq qaytarmaq şərti ilə borc müqaviləsinə əsasən götürmüşdür. Həmin müqavilə müqavilənin doğruluğunu Cavabdeh və şahidlik edən X1 öz imzaları ilə təsdiqləmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yazılı formada bağlanan borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli Borc müqaviləsinə əsasən satmış olduğu 585 əyyarlı, ümumi çəkisi 23,5 qram olan qızıl boyunbağı, qolbağı, sırqa və üzük dəstini, həmin qızıl-zinət əşyalarının özləri olmadıqda isə onların ümumi dəyəri olan 2955 (iki min doqquz yüz əlli beş) manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, qalıq 2955 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Dövlət Rüsumu haqqında Qanunun 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: Həmin qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobil AES- də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədər xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixində bağlanmış borc müqaviləsinə əsasən 2955 manat pul cavabdehdən tutularaq İddiaçı ödənilsin. Cavabdeh 49,55 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar