Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1387/2024 04.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat pulun və 100 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllərdən tanıyırmış. Cavabdeh pula ehtiyacı olduğu üçün 14 oktyabr 2022-ci il tarixdə 8000 manat borca pul vermişdir. Bu barədə onlar öz aralarında müqavilə bağlamışlar və həmin müqavilədə Cavabdeh özüdə imza etmişdir. Həmin puluda 2023-cü ilin iyun ayının axırına kimi qaytaracağına söz vermişdir. Lakin Tərminə hələdə onun pulunu qaytarmamışdır. Hesab edir ki, Cavabdeh onun pulunu vermək istəmir. Borc alması ilə bağlı onun şahidləridə vardır. Ona görə də Cavabdeh 8000 (səkkiz min) manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh 8000 manat pul verib, lakin qaytarmamışdır. Cavabdeh ona şifahı qaydada vəd verdi ki, borcunu qaytaracaqdır. Borcunun olmasını barədə şahidləridə vardır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərək göstərmişdir ki, İddiaçı hər il bir fərqli ərizə ilə gah polis şöbəsinə gah da məhkəməyə müraciət etməkdədir. Ağstafa rayon polis şöbəsindən alınmış HK-1/557 materiallardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək guya ki, onun İddiaçıa qarşı dələduzluq etdiyini bildirmişdir. Daha sonra bu bakt üzrə Ağstafa RPŞ-də araşdırılma aparılmış və sözügedən araşdırma zamanı İddiaçı əsəbi olduğundan bu cür ərizə verdiyini əslində guya ki, ona borc verdiyini qeyd etmişdir. Sözügedən materiallara əlavə edilmiş İddiaçı tərəfindən Ağstafa RPŞ-nin rəisi cənab Vüqar Xəlilova ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən, Cavabdeh tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Hal-hazırda onunla barışmışdır. Heç bir şikayəti və tələbi yoxdur. Bu ərizə ona dələlat edir ki, onun İddiaçı heç bir borcu yoxdur. İddiaçı məhkəmə təqdim etmiş olduğu uydurma, yalan əqdlərdən görünür ki, guya ki onun İddiaçıa borcu 14 oktyabr 2022-ci il tarixdə yaranmışdır. Belə olan halda İddiaçı xx.xx.2023-cü il tarixdə Ağstafa RPŞ-nə müraciət edərək ona dəymiş ziyanın tamamilə ödənilməsini qeyd etməsi buna dəlalət edir ki, onun iddiaçıya heç bir borcu yoxdur.Odur ki, bütün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirərək, İddiaçı tərəfindən Ağstafa RPŞ-nə vermiş olduğu xx.xx.2023-cü il tarixli ərizəni əsas götürərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 8000 manat pul götürmüş və həmin pulu 2023-cü ilin iyun ayna kimi ödəyəcəyinə dair öhdəliy götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı Ağstafa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, o 2022-ci ilin oktyabr ayında 5000 manat, 2023-cü ilin yanvar ayında 3000 manat məbləğində pulu azyaşlı uşaqlarına pensiya düzəltmək adı ilə 8000 manat pulu vermiş, Cavabdeh ona qarşı dələdüzluq etmiş və onun pulunu ələ keçirdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı Ağstafa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, Cavabdeh tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir və Cavabdeh qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh İddiaçı 8000 manat pul götürmüş və həmin pulu 2023-cü ilin iyun ayna kimi ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Sonradan İddiaçı xx.xx.2023-cü il tarixdə Ağstafa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, Cavabdeh ona qarşı dələdüzluq etmiş və onun pulunu ələ keçirdiyini bildirmişdir.Daha sonra xx.xx.2023-cü il tarixdə İddiaçı Ağstafa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, Cavabdeh tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir və Cavabdeh qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi sübutlarla iddianın əsası kimi istinad etdiyi halları, yəni hazırki iddia tələbini təşkil edən puluların məhz cavabdehdə olmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.(§93) Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1387/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1387/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver