Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1389/2024 19.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Qazax Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4550,89 (dörd min beş yüz əlli manat səksən doqquz qəpik) manat məbləğində borcun və 66 (altmış altı) manat dövlət rüsumunun əvəzinin X2 tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini dəqiqləşməsi barədə ərizə verərək, iddia ərizəsində cavabdehin adını səhv qeyd etdiyini bildirərək, cavabdehin Cavabdeh kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə cavabdehlə "xxxx" ASC arasında bağlanmış ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 14250 (on dörd min iki yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə o "xxxx" ASC ilə 370006426/ZM nömrəli zaminlik müqaviləsi bağlayaraq, cavabdehin öhdəliklərini icra etmədiyi təqdirdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" ASC qarşısında olan öhdəliklərinin müyyən hissəsini icra etsə də, sonradan öhdəliklərini icra etməmişdir. Buna görə də "xxxx" ASC cavabdehi, onu və digər zamin X3 məhkəməyə vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3127/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə 12822,31 ABŞ dolları əsas borc, 5553,95 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18426,26 ABŞ dolları məbləğində pulun cavabdehdən, ondan və X1 tutularaq "xxxx" ASC-yə verilməsini qət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3127/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə xx.xx.2024-cü il tarixə qədər cavabdehin borcuna görə ondan 4550,89 (dörd min beş yüz əlli manat səksən doqquz qəpik) manat məbləğində pul tutulmuşdur. O icra yolu ilə tutulmuş 4550,89 manat məbləğində pulu ona ödəməsi ilə bağlı şifahi olaraq dəfələrlə cavabdehə müraciət etsədə, cavabdeh həmin pulu ödəməkdən imtina etmişdir. Bununla da cavabdeh onun hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh tərəf məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, həqiqətən iddiaçının zaminliyi 2015-ci ildə ''Dəmir Bank" ASC-dən ktedit götürmüşdür. Müəyyən səbəblərdən ödənişdə çətinlik çəkdiyinə görə Bank onları məhkəməyə vermişdir və Səbail Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən yaranmış borc ondan və zaminlərdən tutulması qət edilmişdir. Hazlırda o işləmir və digər öhdəlikləri də var. Lakin borcunu ödəməkdən imtina etmir. İddiaçı onunla eyni məsuliyyət daşıdığı halda və tələb hələ tam ödənilmədən əsassız olaraq məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcuna görə ondan əlavə olaraq 670,41 manat pul tutulduğunu qeyd etmişdir. Odur ki, Cavabdeh 5221.3 (beş min iki yüz iyirmi bir manat otuz qəpik) manat pulun və 73 (yetmiş üç) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etdiyini, lakin cavabdehin həmin məbləği birdəfəyə ödəyə bilməyəcəyini qeyd edərək, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 3127/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia dismən təmin edilmiş, "xxxx" ASC-nin Səbayıl filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015ci il tarixli ********* saylı Kredit Müqaviləsi üzrə yaranmış 12822,31 (on iki min səkkiz yüz iyirmi iki dollar otuz bir sent) ABŞ dolları əsas qalıq borcu, 5553,95 (beş min beş yüz əlli üç dollar doxsan beş sent) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu, cəmi 18426,26 (on səkkiz min dörd yüz iyirmi altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, həmçinin məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehlər Cavabdeh, X1 və İddiaçı müştərək qaydada tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi 2 saylı Xidmət və Əməliyyat Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2009-3127/2017 saylı,xx.xx.2017-ci il tarixli sənədinə əsasən İddiaçı əmək haqqından 2023-cü il fevral ayından 2024-cü ilin aprel ayına kimi ümumilikdə 2020,35 manat pul tutularaq "xxxx"ASC AZ74NABZ******************** nömrəli hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi 2 saylı Xidmət və Əməliyyat Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 2022ci il yanvar ayından dekabr ayı daxil olmaqla 2(009) -3127/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı əmək haqqıından ümumilikdə 1663,62 manat pul tutularaq "xxxx"ASC-nin xeyrinə tutularaq, AZ74NABZ******************** nömrəli hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi 2 saylı Xidmət və Əməliyyat Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2009-3127/2017 saylı, xx.xx.2017-ci il tarixli sənədinə əsasən İddiaçı əmək haqqıından 2024-cü il may ayından sentyabr ayı daxil olmaqla ümumilikdə 670,41 manat pul tutularaq "xxxx" ASC AZ74NABZ******************** nömrəli hesabına köçürülmüşdür. 37-70016040-10 saylı hesabdan çıxarışından görünür ki, İddiaçı xx.xx.2021, xx.xx.2021,xx.xx.2021,xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə cəmi 866,14 manat ödənişlər etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı isə həmin kredit müqavilələri üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bankla zaminlik müqaviləsi bağlamışdır. Borclu (cavabdeh) Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyini icra etmədiyinə görə, zamin İddiaçı hesabından zaminlik müqaviləsi üzrə ümumilikdə 5221.30 manat məbləğində pul bankın hesabına tutulmuşdur. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qeyd olunan pul məbləğini tələb etməkdə haqlıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 5221.30 (beş min iki yüz iyirmi bir manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5221.30 (beş min iki yüz iyirmi bir manat otuz qəpik) manat məbləğində pul və 73 (yetmiş üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1389/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1389/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver