Məhkəmə qərarları › İş №2(023)-14/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-14/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-14/2024 22.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X5 iştirakı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ipotekaya yönəldilməsi və əmlakın hərracdan satılması hesabına borcun tutulması tələbinə dair mülki işə 22 noyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 5013,0 manat əsas borc, 2909,55 manat faiz borcu olmaqla, cəmi 7922,55 manat pulun və ödənilmiş 99,22 manat dövlət rüsumunun əvəzinin tutulması, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzil ilkin satış qivmətinin 25000,0 manat dəyərində müəyyən edilməsi, borc tələbinin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzilə yönəldilməsi və həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına borcun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi, əgər əmlakın satışından əldə olan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin X4 qarşı cəmi 7922,55 manat məbləğində problemli borcu üzrə tələb hüququ da 16 noyabr 2017-ci il tarixli S-FK-GAZ-209 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Bildiririk ki, "xxxx" ASC-nin Qazax filialı ilə X6 arasında bağlanmış 13 noyabr 2013-cü tarixli 1560 nömrəli kredit müqaviləsinə əsasən X4 24 ay müddətinə illik 24%-lə 5500,0 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq "xxxx" ASC-nin Qazax filialı ilə Cavabdeh2 arasında 13 noyabr 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzil ipoteka qoyulmuşdur. Lakin kredit müqaviləsinin şərtlərinə cavabdeh X6 tərəfindən əməl olunmamış, kreditin qaytarılması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh X3 iddiaçıya olan ödənilməmiş əsas borcu 5013,0 manat, faiz borcu 2909,55 manat olmaqla, cəmi borcu 7922,55 (yeddi min doqquz yüz iyirmi iki manat əlli beş qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdeh X4 dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddianı müdafiə etdi və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Qazax filalı ilə Cavabdeh1 arasında bağlanmış, 13 noyabr 2013-cü il tarixli 1560 nömrəli kredit müqaviləsindən görünür ki, bank 24 ay ərzində ödəmək şərti ilə cavabdehə illik 24 faizlə 5.500 (beş min beş yüz) manat məbləğində kredit vermişdir. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli sonrakı İpoteka müqaviləsindən görünür ki, müvafiq müqaviləyə əsasən ipoteka qoyan - Cavabdeh1 13 noyabr 2013-cü il tarixli 1560 nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzili ipoteka saxlayan "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka predimeti 25.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2013-cü il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzili Cavabdeh2 adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2013-cü il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan borcu 5013,0 manat əsas borc, 2909,55 manat faiz borcu olmaqla, cəmi 7922,55 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC BOKT Qazax filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, nəticədə onun bank qarşısında müqavilələrdən irəli gələn əsas və faiz borcu yaranmışdır. İş materiallarında olan məhkəmə-mühasibatşünaslıq ekspertizasının 22 yanvar 2024cü il tarixli 9/9468 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan məlumatlara əsasən Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli 1560 nömrəli kredit müqaviləsi üzrə İddiaçı QSC BOKT-a xx.xx.2021-ci il tarixə ödənilməli olan əsas borc üzrə 5.013,00 manat, faiz borcu üzrə 2.909,55 manat təşkil edir. Məhkəmə tikinti-texniki ekspertizasının 04 iyun 2024-cü il tarixli 3-16-16/2-10/9159 nömrəli rəyindən görünür ki, mənzilin yerləşdiyi ərazidə və həmin əraziyə yaxın yerlərdə analoji tikililərə dair birja məlumatları, internet saytı məlumatları olmadığından "xxxx" ASCnin Qazax filialı ilə Cavabdeh2 arasında 13 noyabr 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvan jnda yerləşən 18 nömrəli mənzilin qiymətinin hazırda nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Göründüyü kimi, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə Cavabdeh1 13 noyabr 2013-cü il tarixli 1560 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 5.013,00 manat, faiz borcu üzrə 2.909,55 manat müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ekspertiza rəyinə əsasən 13 noyabr 2013cü il tarixli 1560 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 5.013,00 manat, 2.909,55 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında mübahisə olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı müstəqil qiymətləndiricinin rəyinin alınmasına zərurət yaranmışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkan satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. "xxxx"-nin 31 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzilin 31 oktyabr 2024-cü il tarixə bazar dəyəri 60000 (altmış min) manat, likvid dəyəri 54000 (əlli dörd min) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 54000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tələbi qanununun tələblərinə uyğun hesab edir. Məhkəmə eyni zamanda, iddia tələbinin “əmlakın satışından əldə olan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, cəmi 7922,55 manat məbləğində pul vəsaiti Cavabdeh1 İddiaçı QSC BOKT-nın xeyrinə tutulması hissəsində iddia tələbi ilə əhatə olunduğuna və həmin tələb üzrə qərar çıxarıldığına görə, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulması hissəsində iddia tələbi üzrə əlavə qərar çıxarılmasına zərurət yoxdur. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, "xxxx" ASCnin Qazax filalı ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli 1560 nömrəli kredit müqaviləsi üzrə 5.013,00 manat əsas borc, 2.909,55 manat faiz borcu olmaqla, cəmi 7922,55 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməli, tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzilə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat müəyyən edilməli, ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzil açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı QSC BOKT-a olan borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərci iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 99,22 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 99,22 manat dövlət rüsumunun Cavabdeh1 tutulmalıdır. Bununla yanaşı, İddiaçı QSC BOKT-dan və Cavabdeh1 müştərək qaydada iş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 500 (beş yüz) manat pul tutularaq "xxxx" MMC-nin hesabına (VOEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711; ŞWİFT: İBAZAZ2X, məhkəmə-tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri kimi 50 (əlli) manat və məhkəmə-mühasibat ekspertizasının tədqiqatının dəyəri kimi 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 5.013,00 manat əsas borc, 2.909,55 manat faiz borcu olmaqla, cəmi 7922,55 manat (yeddi min doqquz yüz iyirmi iki manat 55 qəpik) manat pul və 99,22 (doxsan doqquz manat 22 qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı QSC BOKT-a ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzilə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat müəyyən edilsin. ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzil açıq hərracda satılsın və həmin əmlakın satışından əldə edilən məbləğ İddiaçı QSC BOKT-a olan borc ödənilsin. İddiaçı QSC BOKT-dan və Cavabdeh1 müştərək qaydada iş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 500 (beş yüz) manat pul tutularaq "xxxx" MMC-nin hesabına (VOEN:**********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711; ŞWİFT: İBAZAZ2X, məhkəmə-tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri kimi 50 (əlli) manat və məhkəmə-mühasibat ekspertizasının tədqiqatının dəyəri kimi 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar