Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1512/2024 24.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi əsasında "xxxx" MMC-nin Qazax rayon filialına 1034 (min otuz dörd) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, ümumilikdə 1064 manat pulun reqres qaydasında Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh mərhum atası Süleymanov Kram Musa oğluna "xxxx" MMC-nin Qazax rayon filialı ilə xx.xx.2018-ci il tarixdə 18 ay müddətinə 2000 (iki min) manat dəyərində bağlanılmış kredit müqaviləsi üzrə zamin durmaqla həmin tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdehin mərhum atası kredit müqaviəsi üzrə öhdəlik götürdüyü məbləğin yarıdan çoxun ödənilməsinə baxmayaraq, lakin vəfat etdiyinə görə 65 günlük gecikmə yarandığından, bank tərəfindən onun əmək haqqısına yönəltmiş və əmək haqqının 50 % məbləğində tutulması həyata keçirilmişdir. Cavabdehin mərhum atası tərəfindən ödənilməmiş kredit borcu olan 1024 manat məbləği onun tərəfindən "xxxx" MMC-nin Qazax rayon filialına tam ödənilməsi xx.xx.2024-cü il tarixdə başa çatmışdir. Lakin buna baxmayaraq cavabdehin atası tərəfindən götürülmüş kredit məbləğinin ona ödənilməsindən müxtəlif bəhənələr gətirərək yayınmışdır. Bu səbəbdən də o, Cavabdeh Kranı oğlunun mərhum atası X1 "M Bulak BOKT” MMC-nin Qazax rayon filialı ilə xx.xx.2018-ci il tarixdə 18 ay müddətinə 2000 manat dəyərində bağlanılmış kredit müqaviləsi üzrə zamin durduğuna görə bank qarşısında cavabdehin mərhum atası ilə eyni öhdəlik daşıdığı üçün ödənilməmiş kredit borcunun ondan tutulması nəticəsində o cavabdeh varis olaraq borcu yaranmışdır. Ona görə də o cavabdehə qarşı zaminlik müqaviləsi əsasında banka ödənilmiş pulun reqres qaydaşında cavabdehdən tutularaq o iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh atası Süleymanov Kram Musa oğlu "xxxx" MMC-nin Qazax rayon filialı ilə xx.xx.2018-ci il tarixdə 18 ay müddətinə 2000 manat dəyərində bağlanmış kredit müqaviləsi bağlanmış və o cavabdehin mərhum atası ilə N saylı hərbi hissədə birgə xidmət apardıqlarından və bir-birilərini yaxından tanıdıqlarına görə xahişi əsasında ona zamin durmağa icazə verərək, onunla birgə bank qarşısında öhdəlik götürərək xx.xx.2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanılmışdır.Bu səbəbdən də cavabdehin mərhum atası ilə bank qarşısında birgə öhdəlik götürdüyü üçün vəfatından sonra da kredit ödənişi onun əmək haqqısından tutulması həyata keçirilmişdir. Lakin banka olan kredit borcu ondan tutulub bitdikdən sonra cavabdeh mərhum atasının kredit öhdəliyi olaraq vərəsəsi kimi ona çatası pay həcmində ona ödəməli olduğu halda cavabdeh bunu etməmiş və etməkdən yayınmışdır. Halbuki, cavabdeh onunla birgə N saylı hərbi hissədə hərbi xidmət aparmaqla ödəmək qabiliyyətində olduğu halda bunu bilərəkdən həyata keçirtmək istəməmişdir. Bütün bu halları nəzərə alaraq o cavabdehin mərhum atası tərəfindən bankdan götürdüyü kredit borcunu ödədiyi üçün cavabdeh mərhum atası vəfat etdikdən sonra ona dəymiş zərərin əvəzi reqres qaydasında tam həcmdə tələb etmək məcburiyyətində qalmışdır. Cavabdeh baxmayaraq ki, mərhum atası vəfat etsə də belə, bank qarşısında götürdüyü öhdəlik olaraq kredit borcunu onun vərəsəsi kimi bəhərləndiyi və hətta ona çatası miras payı həcmində ödənilməsini Azərbaycan Respublikası Mülki Məcəllənin 475.1-ci maddəsinin tələblərinə əsasən tələb etmək hüququndan istifadə etmək üçün pozulmuş hüququmun bərpasına görə məhkəmə müdafiəsinə söykənərək tələb etmək qərarına gəlmişdir. Bu səbəbdən də cavabdehin mərhum atasının banka olan borcunun ödənişinin zamin olaraq ondan tutulması nəticəsində götürülmüş öhdəliyin tam icrası bitdiyi anından başlandığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən yarandığına görə o cavabdehə qarşı iddia tələbi irəli sürmüşdür. İddiaçı məhkəməyə teleqram ünvanlyaraq mülki işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan zaminin kredit öhdəliyi haqqında arayışından görünür ki, Süleymanov Kram Musa oğlu xx.xx.2018-ci il tarixli 0303-055889-03 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-dən 18 ay müddətinə 2000 manat kredit pul götürmüş və İddiaçı zamin olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 56 nömrəli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMC-nin Qazax rayon filialına 1024,50 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 56 nömrəli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMC-nin Qazax rayon filialına 10 manat pul ödəmişdir. İş materiallarında olan elektron məlumatdan görünür ki, xx.xx.1958-ci il təvvəlüdlü Süleymanov Kram Musa oğlunun şəxsi məlumatlarında şəxsiyyəti barədə məlumat passivdir, yəni Süleymanov Kram Musa oğlu vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Süleymanov Kram Musa oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının izahatı və işin digər materialları ilə müəyyən olundu ki, "xxxx"MMC-nin Qazax rayon filialı ilə Süleymanov Kram Musa oğlu arasında kredit müqaviləsi bağlanmış, İddiaçı isə həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədilə "xxxx" MMC-nin Qazax rayon filialına ilə zaminlik müqaviləsi bağlamışdır. X2 Musa oğlu kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə, "xxxx" MMC Qazax rayon filialına zamindən pulun tutulmasını tələb etmiş, İddiaçı əmək haqqısından ümumilikdə 1034 manat pul tutularaq "xxxx" MMC-nin hesabına ödənilmişdir.Eyni zamanda Süleymanov Kram Musa oğlu vəfat etdiyindən borc onun oğlu (vərəsəsi) Cavabdeh tutulmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı zamin kimi ödədiyi pul məbləğini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı tələbində cavabdehdən onun əmək haqqından kreditorun xeyrinə tutulan pulun 1034 manat hissəsini tələb etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1034 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1034 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat alınaraq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1512/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1512/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver