Məhkəmə qərarları › İş №2(023)-1560/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1560/2025

02.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1560/2025 02.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, 30 aprel 2024-cü il tarixdə cavabdehlə aralarında bağlamış və Qazax 1 saylı Mediasiya təşkilatında təsdiq edilmiş Barışıq sazişilə hər ya hər uşağın saxlanılması üçün müəyyən edilmiş 163 (yüz altımı üç) manat sabit pul məbləğində alimentin miqdarını dəyişdirərək xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 cavadehdən hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el-adətiylə ailə quraraq, 12 oktayabr 2009-cu il tarixdə Qazax rayonu qeydiyyat şöbəsində 455 saylı akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2009-cu il tarixdə X4 və xx.xx.2014-cü il tarixdə X5 doğulmuşdur. Nikahın ilk dövrlərində münasibətləri yaxşı olsa da, müəyyən vaxt keçdikdən sonra, cavabdeh ona qarşı fiziki zor tətbiq edir və bununlada münasibətləri pisləşməyə başlamışdır. Tərəflər arasında 30 aprel 2024-cü il tarixdə barışıq sazişi bağlayaraq birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər biri üçün 163 manat olmaqla 326 manat aliment müəyyən edilməsini razılaşmışlar. Bundan sonra o alimetin miqdarının dəyişdirilməsi ilə bağlı medasiyaya müraciət etsə də qarşı tərəf mediasiyada iştirak etməmişdir və bununla bağlı 28 iyul 2025-ci il tarixdə müvafiq arayış verilmişdir. Hesab edir ki, cavabdeh yük maşını sürür və kifayət qədər çox pul qazanır. Onun qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olduğu ücün habelə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və uşağın marağını əhəmiyyətli dərəcədə pozulduğuna görə aliment və əlavə xərclər sabit pul məbləğində tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, maddi imkanı çox aşağıdır. Cavabdeh tır yük maşını idarə edir. Lakin cavabdehin maddi qazancının artmasına dair rəsmi heç bir sübutu yoxdur. Odur ki, nəzərə alınmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər biri üçün 163 manat olmaqla, cəmi 326 manat məbləğində aliment İddiaçı verilməsi barədə razılaşmışar. İşdə olan elektron çııxarışdan görünür ki, Cavabdeh rəsmi iş yeri barədə məlumat yoxdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər 12 oktayabr 2009-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2009-cu il tarixdə X4 və xx.xx.2014-cü il tarixdə X5 doğulmuşdur. Nikahın ilk dövrlərində münasibətləri yaxşı olsa da, müəyyən vaxt keçdikdən sonra, cavabdehlə münasibətləri pisləşməyə başlamışdır. 30 aprel 2024-cü il tarixdə tərəflər barışıq sazişi bağlayaraq birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər biri üçün 163 manat olmaqla 326 manat aliment müəyyən edilməsini razılaşmışlar.İddiaçı qeyd olunmuş aliment məbləğinin uşaqların tələbatının ödənilməsi üçün kifayət etməməsi ilə əsaslandırmışdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi alimentin miqdarının müəyyən edilməsindən sonra, yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişiklik alimentin miqdarının dəyişdirilməsinə əsas ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılması üçün yetərli olmadığını, uşaqlar böyüdüyündən xərclərinin artmasına əsaslanmaqla tələb edir. Lakin, iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması və yüksək qazanc əldə etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Göründüyü kimi, Cavabdeh xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 163 manat olmaqla, cəmi 326 manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi barədə razılaşmışlar. İddiaçı cavabdehin aylıq əmək haqqının və ya gəlirinin, həmçinin cavabdehin əmlak vəziyyətinin artması, dəyişməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddiası əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar