Məhkəmə qərarları › İş №2(023)-1563/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1563/2024

05.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1563/2024 05.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı Rəhı̇ mova Güllüzar Seyı̇ d qızının, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Rəhı̇ mova Güllüzar Seyı̇ d qızının cavabdehlər Azərbaycan Respublı̇ kasi Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ nin X1 İdarəetməsı̇ nin il̇ıkşəṪ Üzrə Dövlət Agentlı̇ yı̇ nə, Azərbaycan Mərkəzı̇ Kooperatı̇ vlər İttı̇ faqına, Cavabdeh3, Hərracların Təşkı̇ li Üzrə Auksı̇ on Mərkəzı̇ nə və Azərbaycan Respublı̇ kasi İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xidmətinin 15 Saylı Tovuz Ərazı̇ İdarəsı̇ nə qarşı hərracların nəticələrinin ləğv edilməsi, çıxarışın və texniki pasportun etibarsız sayılması tələbi barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rəhı̇ mova Güllüzar Seyı̇ d qızının cavabdeh Azərbaycan Respublı̇ kasi Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ nin X1 İdarəetməsı̇ nin il̇ıkşəṪ Üzrə Dövlət Agentlı̇ yı̇ nə, Azərbaycan Mərkəzı̇ Kooperatı̇ vlər İttı̇ faqına, Cavabdeh3, Hərracların Təşkı̇ li Üzrə Auksı̇ on Mərkəzı̇ nə və Azərbaycan Respublı̇ kasi İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xidmətinin 15 Saylı Tovuz Ərazı̇ İdarəsı̇ nə qarşı mübahisəli iş ürzə hərrac protokolunun və qərarının sübut olaraq toplanmasında köməklik etmələrini, iş üzrə cavabdeh tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracların nəticələrinin ləğv edilməsi və hərracların nəticələrinin əsasında Cavabdeh3 adına verilmiş olan xx.xx.2023cü il tarixli ********** N-li çıxarışın və **********84 -12301 reyster N-li texniki pasportun etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Rəhı̇ mova Güllüzar Seyı̇ d qızı öz iddia tələbinin əsası kimi göstərmişdir ki, ünvan 1 ünvanında özünə əməxsus olan yəni 02 iyul 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətçisi olduğu Qazax şirə və şərab sexinin Azərittifaqın razılığı ilə almış olduğu 2 ha torpaq sahəsində yerləşən inzibati binalar mcvcuddur ki, həmin əmlaklarda anadan olandan bəri işləməklə orada da yaşamışıdır. Qazax şəhəri N. Nərimanov küçəsində yerləşən şirə, şərab sexi binasının və torpaq sahəsinin yerləşmiş olduğu ərazi Qazax şəhər sakini olan İddiaçı tam mülkiyyətində olduğu halda, həmin əmlakın hərraca çıxarılması üçün hansı idarə və ya təşkilatın rəsmi razılığı alındığını və ya hüquq müəyyənedici hansı sənədlər mövcud olduğu barədə rəsmi sorğu belə verməyinə baxmayaraq, heç bir cavab ala bilmir. Bir də ki, Əmlak Məsələləri Dövlət Komitəsi həmin sənədlərin saxtalaşdırılmasında, məhkəmələrə müvafiq sənədlər göndərməklə qanunsuzluqlar etmişlər. Çünki o, hesab edir ki, X2 İdarəsinin balansında hansı əmlakın olması barədə rəsmi sənədlərin araşdırılması halı olduqca zəruridir. Odur ki, iş ürzə hərrac protokolunun və qərarının sübut olaraq toplanmasında köməklik edilməsini, iş üzrə cavabdeh tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracların nəticələrinin ləğv edilməsi və hərracların nəticələrinin əsasında Cavabdeh3 adına verilmiş olan xx.xx.2023- ci il tarixli ********** N-li çıxarışın və **********84-12301 reyster N-li texniki pasportun etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddaçı Rəhı̇ mova Güllüzar Seyı̇ d qızı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublı̇ kasi Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ nin X1 İdarəetməsı̇ nin il̇ıkşəṪ Üzrə Dövlət Agentlı̇ yı̇ nə, Azərbaycan Mərkəzı̇ Kooperatı̇ vlər İttı̇ faqına, Hərracların Təşkı̇ li Üzrə Auksı̇ on Mərkəzı̇ nin nümayəndələri, Azərbaycan Respublı̇ kasi İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xidmətinin 15 Saylı Tovuz Ərazı̇ İdarəsı̇ nin nümayəndəsi və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını və cavabeh təşkilatın nümayəndəsini dinləyərək, iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına iş üzrə icraata xitam verilməlidir. Belə ki, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1 və 1.0.2-ci maddələrinə görə dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsi; dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı - dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır. Həmin Qanunun 6.1-ci maddəsinə görə dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından özəlləşdirilməsi qadağan olunan əmlak; özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak; müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlak; dövlət əmlakı satıcısının qərarı ilə özəlləşdirilən əmlak kimi təsnifləşdirilir. Həmin Qanunun 8-ci maddəsinə görə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin 15.1-15.4-cü maddələrinə görə dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə görə dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi üsulları aşağıdakılardır: özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi; dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; dövlət əmlakının hərraclar vasitəsilə satışı; dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı; icarəyə verilmiş dövlət əmlakının satışı; dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə ciddi şəkildə bağlı olduqları öz əksini tapmışdır. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemununun 04 oktyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, inzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlı olur. «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli 2 nömrəli Qərardadının 50-ci maddəsində məhkəmələrə izah edilmişdir ki, faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativhüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edilməli olan məqam ondan ibarətdir ki, bu halda, normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhlildən asılı olaraq bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər Qanununvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi inzibati orqanların publik hüquq sahəsindəki idarəetmə fəaliyyətinin həyata keçirilməsi əsasən iki formada təzahür edir – inzibati akt qəbul edilməsi və faktiki xarakterli fəaliyyət (hərəkətlər). Faktiki xarakterli hərəkətlərin inzibati aktlardan fərqləndirilməsi üçün ən effektiv üsul «istisna yolu»dur. Belə ki, inzibati orqanın publik hüquq sahəsindəki inzibati akta aid edilə bilməyən bütün digər fəaliyyəti faktiki xarakterli hərəkət kimi qəbul edilməlidir. İnzibati orqanların publik hüquq sahəsindəki idarəetmə fəaliyyəti hər hansı qərarın qəbul edilməsi ilə şərtləndirildiyi halda inzibati orqanın inzibati akt qəbul etmədən həyata keçirdiyi fəaliyyəti mülki hüquq subyektinin həyata keçirdiyi fəaliyyət kimi qiymətləndirmək və ondan yaranan nəticələri mülki hüquqi əqd kimi nəzərdən keçirmək yolverilməzdir. Əks hal, yəni inzibati orqanın hər hansı hərəkətin icrası üçün qərar qəbul etməli olduğu təqdirdə belə qərarı qəbul etmədən həmin hərəkəti icra etməsi inzibati orqanın xüsusi hüququn subyektinin fəaliyyəti (hərəkətləri) deyil, ümumi hüququn subyekti olaraq, həmin inzibati orqanın hərəkətsizliyi kimi təfsir edilməlidir. Belə ki, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2, 15.1 və 16.2-ci maddələrinin tələbinə görə isə dövlət əmlakının özəlləşdirlməsi üçün ilk növbədə dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməli, həmin qərarda digər hallarla yanaşı, dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi göstərilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 9 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Həmin Plenum qərarının 6.3-cü bəndinə əsasən “Dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülki-hüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülkihüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır. Hazırkı halda İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kasi Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ nin X1 İdarəetməsı̇ nin il̇ıkşəṪ Üzrə Dövlət Agentlı̇ yı̇ nə, Azərbaycan Mərkəzı̇ Kooperatı̇ vlər İttı̇ faqına, Cavabdeh3, Hərracların Təşkı̇ li Üzrə Auksı̇ on Mərkəzı̇ nə və Azərbaycan Respublı̇ kasi İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xidmətinin 15 Saylı Tovuz Ərazı̇ İdarəsı̇ nə qarşı mübahisəli iş ürzə hərrac protokolunun və qərarının sübut olaraq toplanmasında və iş üzrə cavabdeh tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracların nəticələrinin ləğv edilməsi və hərracların nəticələrinin əsasında Cavabdeh3 adına verilmiş olan xx.xx.2023-cü il tarixli ********** N-li çıxarışın və **********84 -12301 reyster N-li texniki pasportun etibarsız sayılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixli hərracların nəticələrinin ləğv edilməsi və hərracların nəticələrinin etibarsız sayılmasını mübahisələndirmişdir. Qeyd olunanlardan əlavə Qazax şəhəri N. Nərimanov küçəsində yerləşən şirə, şərab sexi binasının və torpaq sahəsinin Cavabdeh3 adına verilmiş olan xx.xx.2023-cü il tarixli ********** N-li çıxarışın və **********84 -12301 reyster N-li texniki pasportun etibarsız sayılmasının əsasını inzibati orqanın hərəkətləri təşkil edir. Buna görə də iddianın predmetini inzibati orqanının hərəkətlərinin qanuniliyinin mübahisələndirilməsi təşkil etməsə belə, həmin müqavilənin etibarsızlığının ümumi məhkəmədə araşdırılması özlüyündə inzibati orqanın fəaliyyətinin yoxlanılması və qiymətləndirilməsi, eləcə də inzibati məhkəmənin səlahiyyətlərinə müdaxilə olunması ilə nəticələnəcəkdir. Qeyd olunan mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli Qərarında da təsbit olunmuşdur. Belə ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində məhkəmələrə izah edilmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri»ndə aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda qeyd olunanları, habelə mübahisə tərəflərinin hüquqi vəziyyətini və onların arasındakı münasibətlərin ümumi hüququn nizamasalma predmetinə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbz nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Rəhı̇ mova Güllüzar Seyı̇ d qızının cavabdehlər Azərbaycan Respublı̇ kasi Əmlak Məsələlərı̇ Dövlət Komı̇ təsı̇ nin X1 İdarəetməsı̇ nin il̇ıkşəṪ Üzrə Dövlət Agentlı̇ yı̇ nə, Azərbaycan Mərkəzı̇ Kooperatı̇ vlər İttı̇ faqına, Cavabdeh3, Hərracların Təşkı̇ li Üzrə Auksı̇ on Mərkəzı̇ nə və Azərbaycan Respublı̇ kasi İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xidmətinin 15 Saylı Tovuz Ərazı̇ İdarəsı̇ nə qarşı hərracların nəticələrinin ləğv edilməsi, çıxarışın və texniki pasportun etibarsız sayılması tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2024; qəbz nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar