Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1583/2024 13.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 13 dekabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2220 manat pulun və ödənilmiş 42,20 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 iyun 2024-cü il tarixdə saat 07:32 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qazax rayonu Qazaxbəyli kəndi ərazisindən keçən 481-ci kilometrində idarə etdiyi Hyundai İ30 markalı 77KV715 qeydiyyat nişanlı avtomobillə cavabdeh X1 idarə etdiyi VAZ21074 markalı 35BM479 dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi araşdırılmış, 10 iyun 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilərək Cavabdeh təqsiri sübuta yetirilmişdir. Hadisə nəticəsində mülkiyyətində olan avtomobilə ümumilikdə 7220 manat maddi ziyan dəymiş, bundan 5000 manat hissəsi “Paşa Siğorta” tərəfindən ödənilmişdir. Cavabdeh təqsiri nəticəsində avtomobilə dəymiş ziyanın ödənilməmiş qalan 2220 manat hissəsini dəfələrlə tələb etsədə, cavabdeh pulu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Ona görədə məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı həmçinin məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş hesab edilərək, məhkəmə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələblərinə əsasən iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 07:32-də Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası DİN-nin Bİ və Tİ-nə bilavasitə tabe olan Yol Nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin HK-1/525 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Hyundai İ30 markalı 77KV715 qeydiyyat nişanlı avtomobilə 7220 manat məbləğində zərər dəymişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Paşa Bank İddiaçı hesabına 5000 (beş min) manat köçürmüşdür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh VAZ21074 markalı 35BM479 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və bu hadisə nəticəsində İddiaçı idarə etdiyi Hyundai İ30 markalı 77KV715 qeydiyyat nişanlı avtomaşına 7220 manat məbləğində maddi ziyan vurmuşdur. Səlahiyyətli orqanın müvafiq qərarına əsasən həmin yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirli bilinmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə ümumilikdə 7220 manat maddi ziyan dəymiş, bundan 5000 manat hissəsi “Paşa Siğorta” tərəfindən ödənilmişdir. Avtomobilə dəymiş zərər bilavasitə cavabdeh tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, avtomobilə dəymiş ziyanın ödənilməmiş qalan 2220 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyidinən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 42.20 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabı adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2220 (iki min iki yüz iyirmi) manat pul və 42.20 (qırx iki manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Qazax Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1583/2024
Qazax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(023)-1583/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver