Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-16/2024 18.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 18 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məkəməyə müraciət edərək, Cavabdehəli oğlunun ona və ailə üzvlərinə məxsus 0.64 ha torpaq sahəsindən 2018-ci ildən 2022-ci ilədək qanunsuz olaraq istifadə etməklə ona və aliə üzvlərinə vurduğu 9730 manat məbləğində maddi zərərin alınıb ona və ailə üzvlərinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Qazax rayon Aqrar islahat komissiyasının 30 may 1997-ci il tarixli 08 saylı qərarı ilə JN-668 KOD 50112028, JN- 666 KOD 50112028 və JN-667 KOD 50112028 olan Torpağın Mülkiyyətə verilməsinə dair Dovət Aktları əsasında ona və ailə üzvlərinə Qazax rayonunun Bala Çaylı (Kommuna) kəndinin ərazisində verilmiş, müvafiq olaraq 1,71 ha, 0,65 ha, 0,34 ha olmaqla, cəmi 2.70 hektar torpaq sahəsinin 0,64 ha olan hissəsi (üzüm bağı) adlanan ərazidə qarşılıqlı razlaşma əsasında Qazax rayonunun Çaylı kənd sakini Cavabdehəli oğluna bələdiyyə sədrinin iştirakı ilə yazılmış və bələdiyyə möhürü ilə təsdiqlənmiş akt əsasında satılmışdır. Cavabdeh satılmış torpaq sahəsinin 0,40 ha hissəsi ona və ailə üzvlərinə, 0,16 ha olan hissəsi mərhum atası X2 və anası X3, 0,08 ha olan hissəsi isə baçısı X4 məxsusdur. Həmin vaxt, evinə yaxın olduğu üçün, Cavabdeh qohumlarından eyni qaydada müvafiq torpaq sahəsi almışdır. Lakin sonradan 2018-cı ildə Cavabdeh qohumları ondan satdıqları torpaq sahəsini geri almışlar. O Cavabdeh torpağını geri tələb etmişdir, lakin o torpağını geri qaytarmamışdır. O məcbur olub Qazax Rayon Məhkəməsində Cavabdeh tərəfindən zəbt edilmiş ona və ailə üzvülərinə məxsus torpaq sahəsinin zəbtdən azad edilməsi barədə iddia qaldırmışdır. Qazax Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(023)-1245/2018 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apelliyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin 27 oktyabr 2021-cı il tarixli, 2(104)-96/2021 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmıın edilməmişdir. Qazax Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli içra vərəqəsi əsasında Qazax rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən14 iyun 2022-ci il tarixdə tərtib edilmiş akta əsasən Cavabdeh tərəfindən zəbt edilmiş torpaq şahəsi zəbtdən azad edilərək ona və ailə üzvlərinə təhvil verilmişdir. Qazax Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(023)-1245/2018 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edildikdən sonra onlar həmin 0.64 ha torpaq sahəsini əkdirərək ora arpa səpmişlər və müvafiq aqrotexniki qaydada qulluq etmişlər. Həmin il yaxşı məhsul olmuş, lıakin Cavabdeh arpa biçini vaxtı onların xəbəri olmadan arpa sahəsini biçdirib evinə aparmışdır. Növbəti ildə, yəni 2019cu ildə Cavabdeh həmin 0.64 ha sahəsinə yonca səpmişdir. Artıq 4 ildir ki, cababdeh onlara məxsus qeyd edilən sahədən yoncanı biçdırıb aparır. Eyni zamanda cavabdeh 0.64 ha sahəsinin 0.15 ha hissəsində fındıq ağacları və digər meyvə ağaçları əkmişdir və 2018-ci ildən həmin ağacların məhsulunu götürür. Gəncə Apelyasiya Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2(104)-96/2021 nömtəli qətnaməsi 2022-ci ilin yanvar ayından qanuni qüvvəsini alsa da, qeyd edilən sahə Qazax İcra və Probisiya şöbəsi tərfindən ancaq xx.xx.2022-ci il tarixdə onlara təhvil verilmişdir. Cavabdeh qeyd olunan sahədə 2019-cu ildə yonca səpib, 2022-ci ayınadək istidadə etmişdir. Cavabdeh vicdansız sahib kimi 2018-ci ildən ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən vicdansızcasına qeyri-qanuni istifadə etdiyi barədə məhkəməyə müraciət etdiyi vaxtdan 2022-ci ilin iyul ayınadək heç bir qanuni əsası olmadan istifadə etməkdə davam etməklə, hətta 2018-ci ildə həmin sahəyə əkdiyi arpa məhsulunu da qanunsuz olaraq biçib aparmışdır. Bununla yanaşı cavabdeh qeyd olunan sahədə 2019-cu ildə yonca səpib, 2022-ci ilin iyul ayınadək istifadə etmişdir. Qazax rayon DAİM-nin mütəxəssi tərəfindən verilmiş rəyə əsasən cavabdeh 2018-ci ildən 2022-ci ilin iyul ayınadək müvafiq olaraq 2018-ci ildə əkdiyi arpa məhsulunu biçib aparmaqla 417 manat ziyan vurmaqla 2019- 2022-ci illər ərzində cavabdeh ona və ailə üzvlərinə məxsus toprpaq sahəsinə səpdiyi yonca sahəsindən cəmi 5030 manat gəlir əldə etmiş və həmin illərdə bağ sahəsindən 4266 manat bəhər götürmüşdür. Beləliklə cavabdeh ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etməklə onlara 9730 manat maddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı5 vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsi və iddiaçıların izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmiuşdir ki, cavabdeh bu illər ərzində iddiaçıların əkdiyi arpanın bir illiyini, yoncanın isə üç il müddətində məhsulunu götürmüşdür. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı4 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qazax Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(023)-1245/2018 nömrəli icra vərəqəsinin icrası ilə bağlı Qazax rayon Çaylı kəndində yerləşən İddiaçı5 və ailə üzvlərinə məxsus 0,66 ha torpaq sahəsinin koordinatları mütəxəssis X1 tərəfindən müəyyən edildi və həmin həmin torpaq sahəsindən borclu çıxardılaraq tələbkar İddiaçı5 təhvil verildi. Qazax X8 Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli 2018-2019-2020-2021-2011-ci illərdə Qazax rayonunun Bala Çaylı kəndində əkilmiş arpa sahəsinin 0,64 hektarının məhsuldarlığı və həmin əraziyə xərclənmiş vəsait barədə məlumatdan görünür ki, 2018- 2019-2020-2021-2011-ci illərdə Qazax rayonunun Bala Çaylı kəndində əkilmiş arpa sahəsinin 0,64 hektarının məhsuldarlığı 18.5 sentner, həmin illərdə 0,64 hektar arpa sahəsinə çəkilmiş xərc isə 1435 manat olmuşdur. Qazax X8 Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli 2019-2020-2021-2011-ci illərdə Qazax rayonunun Bala Çaylı kəndində əkilmiş yonca sahəsinin 0,64 hektarının məhsuldarlığı və həmin əraziyə xərclənmiş vəsait barədə məlumatdan görünür ki, 2019- 2020-2021-2011-ci illərdə Qazax rayonunun Bala Çaylı kəndində əkilmiş yonca sahəsinin 0,64 hektarının cəmi məhsuldarlığı 1759 yonca bağı, həmin illərdə 0,64 hektar yonca sahəsinə çəkilmiş xərc isə 1602 manat olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli, 9/9184 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qazax X8 Mərkəzi tərəfindən tərtib edilmiş 19 oktyabr 2023-cü il tarixli aqronom (mütəxəssis) rəyindən istifadə etməklə, Qazax rayon Bala Çaylı (Kommuna) kəndində yerləşən yonca sahəsinin 0,64 hektarına ümumilikdə çəkilmiş xərc və əldə edilmiş gəlir – 2018-2022-ci illərdə arpa sahəsinin 0,64 hektarına ümumilikdə çəkilmiş xərc 1435 manat müəyyən edilir və həmin illər üzrə 703.60 (1759 bağ x 0,40 manat) manat gəlir əldə edilmişdir. 2019-2022-ci illərdə yonca sahəsinin 0,64 hektarına ümumilikdə çəkilmiş xərc 1602 manat müəyyən edilir və həmin illər üzrə 3700 ( 5 il x 1850 kq x 0,40 manat) manat gəlir əldə edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Qazax Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli içra vərəqəsi əsasında 14 iyun 2022-ci il tarixli akta əsasən Cavabdeh tərəfindən zəbt edilmiş torpaq şahəsi zəbtdən azad edilərək iddiaçılara təhvil verilmişdir. Qazax Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(023)-1245/2018 nömrəli qətnaməsi ilə iddiaçıların iddia tələbi təmin edildikdən sonra onlar həmin 0.64 ha torpaq sahəsini əkdirərək ora arpa səpmişlər lakin Cavabdeh arpa biçini vaxtı onların xəbəri olmadan arpa sahəsini biçdirib evinə aparmışdır. Növbəti ildə isə, yəni 2019-cu ildə Cavabdeh həmin 0.64 ha sahəsinə yonca səpmişdir və 4 il müddətində cavabdeh qeyd edilən sahədən yoncanı biçdırıb aparır. Eyni zamanda cavabdeh 0.64 ha sahəsinin 0.15 ha hissəsində fındıq ağacları və digər meyvə ağaçları əkmişdir və 2018-ci ildən həmin ağacların məhsulunu götürür. Bununla da iddiaçılar Cavabdeh onlara 9730 manat maddi ziyan vurduğunu qeyd edərək, hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçılara məxsus torpaq sahəsindən qanunsuz istifadə etməklə onlara vurulan maddi ziyanı müəyyən etmək üçün mütəxəssis və ekspert rəyləri alınmış, Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən 2018- 2022-ci illərdə arpa sahəsinin 0,64 hektarına ümumilikdə çəkilmiş xərc 1435 manat müəyyən edilmiş və həmin illər üzrə 703.60 (1759 bağ x 0,40 manat) manat gəlir əldə edilmişdir. 2019-2022-ci illərdə yonca sahəsinin 0,64 hektarına ümumilikdə çəkilmiş xərc 1602 manat müəyyən edilmiş və həmin illər üzrə 3700 ( 5 il x 1850 kq x 0,40 manat) manat gəlir əldə edildiyi müəyyən olmuşdur. İddiaçılar iddia ərizəsində onlara dəymiş maddi zərərin 9730 manat olduğunu iddia etsələr də, məhkəmə iclasında İddiaçı5 nümayəndəsi verdiyi izahatında Cavabdeh iddiaçıların əkdiyi arpa məhsulunun bir illiyini, yoncanın isə üç il müddətində məhsulunu götürdüyünü bildirmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçılara vurulmuş zərər ekspert rəyinə əsasən müəyyən edilmiş arpa sahəsinin 0,64 hektarına çəkilmiş, 1435 manat xərcin 287 manatı, gəlirin isə 140,72 manatı, yonca sahəsinin 0,64 hektarına çəkilmiş 1602 manat xərcin 534 manatı, gəlirin isə 1233 manatı Cavabdeh alınaraq iddiaçılara ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 124.1-ci maddələrinə əsasən 50 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi kimi 2194,72 (iki min yüz doxsan dörd manat 72 qəpik) manat pul tutularaq İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Əliyev Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-16/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-16/2024
18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver