Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-161/2025 08.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 08 aprel 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 3600 manat məbləğində borcun və 56 manat ödənilmiş dövlət rüsumunun birdəfəlik tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh mərhum həyat yoldaşı X1 şəxsi işləri üçün 2022-ci ilin aprel ayında 4000 manat borc pul almışdır. X4 09 mart 2024-cü il tarixdə vəfat etmişdir. Cavabdeh mərhum Şəymən Əliyevadan borc aldığı pulu 2021-ci ilin aprel ayından başlayaraq 2023-cü ilin yanvar ayının sonuna kimi qaytaracağına söz vermişdir. Cavabdeh iltizam yazaraq borcunu 2023-cü ilin yanvar ayınadək ödəyib qutaracağını bildirmişdir. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh borcundan cəmi 400 manat ödəmişdir. Qalan borcunu ödəmir və borcunu ödəməkdən müxtəlif bəhanələr gətirərək yayınır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, o iddiaçıdan 2020-ci ildə pul götürmüşdür və borcunu ödəmək üçün özünə məxsus əmək haqqı və pensiya kartlarını iddiaçıya vermişdir. Sonradan az miqdarda qalan borcunu tam bağlamaq üçün 2022-ci ildə Şəymən Əliyeva ilə müqavilə bağlamışdır. O Şəymən Əliyevadan qeyd olunan məbləğdə pul götürməmişdir. Belə ki, pul verən zaman həmişə məbləği artıq göstərmişlər. O Şəymən Əliyevadan pulu götürdüyü vaxtdan ona məxsus əmək haqqı kartı və 2 ədəd KapitalBank və Beynəlxalq Bank kartlarını mərhuma vermişdir. O borcunu artıqlaması ilə ödəmişdir, hazırda onun heç bir borcu yoxdur. Məhkəmə, Cavabdeh və X5 məxsus Bank kartlarından xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək bankamat vasitəsi ilə aparılan video çəkilişlər və plastik kartlardan çıxarılan pul məbləğləri barədə məlumatın "xxxx" ASC və "xxxx" ASC-dən götürülməsi barədə xx.xx.2025-ci il tarixli qərardad qəbul etmişdir. Lakin qeyd olunan qərardadın icrası təmin olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclaslarına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 nikahı 12 avqust 1982-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 32 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 09 mart 2024-cü il tarixdə ölmüşdür. Qazax Rayon Notariat Ofisinin 2V-806 saylı xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 09 mart 2024-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçıdur və o miras əmlakdan tam hissədə irs almalıdır. İş materiallarında olan müqavilədən görünür ki, Cavabdeh Əliyeva Şəymənlə müqavilə bağlayaraq, 4000 manat təmənnasız olaraq götürdüyü pulu iş kartını qoyaraq ödəyəcək. Belə ki, aprel ayının maaşından başlayaraq 2023-cü ilin yanvar ayının maaşını olmaqla ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 4000 (dörd min) manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutları, yəni cavabdeh tərəfindən yazılaraq imza edilmiş müqaviləni məhkəməyə təqdim etmişdir. Belə ki, həmin müqavilə ilə müəyyən olunur ki, 4000 manat məbləğində pul mərhum Şəymən Əliyeva tərəfindən cavabdehə verilmişdir. Lakin, cavabdeh məhkəmə iclasına gəlməmiş və borc kimi alınmış həmin pul məbləğindən qalan 3600 manat pulu iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan müqavilədən də görünür ki, cavabdeh həmin borcdan ümumilikdə 400 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı iltizamla müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mərhum Şəymən Əliyeva müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh borcundan 400 manat ödəniş etmişdir. Lakin, qalan 3600 manat pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən 3600 manat pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3600 (üç min altı yüz) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı X6 ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 48 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində pul və ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-161/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-161/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver