Məhkəmə qərarları › İş №2(023)-1644/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1644/2025

13.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1644/2025 13.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qazax Rayon notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qazax Rayon notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Kapital Bank ASC ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən 41633 manat məbləğində pulu ASC-nin xeyrinə ödəməlidir. Cavabdeh Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-cl il tarixli icra qeydinə əsasən borclu onun qeyd olunan kredit müqaviləsi üzrə yaranmış 6259.77 manat borcun ondan alınaraq Kapital Bank ASC-yə ödənilməsi barədə icra qeydi verilmiş lakin bu barədə icra qeydi verilən zaman ona heç bir məlumat və ya bildiriş verilməmişdir. Sözügedən icra qeydinə əsasən Qazax rayon İcra və Probasiya şöbəsində icraat başlanılmış və bundan sonra ona bu barədə məlumat verilmişdir. Sözügedən icra qeydi ilə tanış olan zaman Kapital Bank ASC heç bir əsas, sübut və ekspert rəyi təqdim etmədən ona 20871 manat 20 qəpik məbləğində cərimə peniya hesablamışdır. Hesab edir ki, həmin hal mübahisəlidir və mübahisəli olduğu təqdirdə icra qeydinin verilməsi qanunamüvafiq deyildir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə almalıdır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu ədə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 20871,20 manat məbiəğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 10 manat mpbləğində müəyyən edilməlidir. Qazax rayon notariat ofisi nədənsə borcun mübahisəsiz olmasına əminlik göstərərək, borcun tutulmasına dair də icra qeydi aparmış, lakin bu barədə müqavilə tərəflərinə məlumat verməmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin ikinci hilssəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin Qanunun səkkizinci hissəsinə görə icra qeydi aparılmış tələb borclu təlrəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Eyni zamanda qanunvericlikdə nəzərdə tutulmuş bildiriş ona göndərilməmiş, tələbkar tərəfindən pretenziya qaydasına riayyət edilməmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, 13 noyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Hesab edir ki, iddia ərizəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, icra qeydindən göründüyü kimi ona 20.000 manatdan çox miqdarda cərimə hesablanmışdır. Sözügedən cərimənin ona hesablanması tam olaraq qanunsuz və əsassızdır. Eyni zamanda nəzərinizə çatdırır ki, sözügedən tələb məhkəmə qaydasında baxılacağı təqdirdə ədalətli hakimlər ona hesablanmış cəriməni siləcəklər. Lakin belə olan halda cərimə öhdəliyi əsassız olaraq ona yüklənmiş və borcunu ödəmək iqtidarında olmayan şəxsin məhv edilməsinə yönəlmişdir. Möhtərəm hakim 20.000 manat az məbləğ deyil və o həmin cərimələrlə razı deyil. Eləcədə ona hesablanmış əsas məbləğdə şişirdilmişdir. Hazırda mübahisəli məbləğlərlə ona məcburi icra tədbirlərinin görülməsi onun bütün hüquqlarını məhdudlaşdırır. O borcunu ödəməkdən heç bir zaman yaynmamış və daimi yaxşı müştəri kimi kapıtal bankla əməkdaşlıq etmişdir. 55.000 manadan çox məbləğ ödəməyinə baxmayaraq ondan bir belə məbləğin tələb edilməsi qanunsuzdur. Bütün məhkəmə iclasının onun iştirakı olmadan keçirərək iddia ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Qazax Rayon notariat ofisinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********30122021 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 36 ay müddətinə illik 17 faiz olmaq şərti ilə 60 000 (altmış min) manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqaviləsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli **********30122021 saylı Bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBMK9039044A123 saylı əlavəsinə əsasən "xxxx" ASC tərəfindən 36 ay müddətinə illik 17 faiz olmaq şərti ilə 60 000 (altmış min) manat kredit verilmişdir. İşdə olan "xxxx"ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, **********30122021 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 34024,69 manat məbləğində əsas borc və ona hesablanmış 7592,82 manat faiz borcu, 20771,96 manat dəbbə puluunu 20 gün müddətində ödənilmədiyi təqdirdə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərnamənin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surəti xx.xx.2025-ci il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndinə yerləşən ünvanda «Elman Abdullayev» adı və soyadı ilə imza etmiş şəxsə təqdim edilmişdir. İşdə olan Qazax rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-8183 saylı nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı Kredit müqaviləsi nömrəliyə əsasən müddət üçün vaxtında ödənilməmiş 41633 manat 57 qəpik tutulması,əlavə təklif edir borcludan İddiaçı 20871 manat 20 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 62529,77 manat pul tutulsun, icra qeydi xx.xx.2025 tarixdə aparılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclu İddiaçı xx.xx.2023-cü il tarixli, **********30122021 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalığı 34024,69 manat, faiz borcundan 7592,82 manat, cərimə borcundan 20771,96 manat, cəmi 62389,47 manat təşkil edir. İşdə olan elektron bildirişdən görünür ki, İddiaçıElektron ünvan 1 adlı elektron ünvanına icra qeydinin aparılacağı barədə "xxxx" ASC-nın nümayəndəsi tərəfindən bildiriş göndərilmişdir. İşdə olan "xxxx" ASC-nin ərizəsində göstərmişdir, iddiaçı öz tələbinin əsaslı olduğunu sübut edən heç bir hüquqi və mötəbər sənəd təqdim etməmişdir. Yeganə təqdim edilən sübut - İddiaçı barəsində Qazax rayon notariat ofisi tərəfindən çıxarılmış 8İ-8183 saylı, xx.xx.2025-ci il tarixli icra qeydidir. Borclu tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənişlərini təsdiq edən heç bir sənəd əlavə olunmamışdır. Etiraza əlavə olunan borclunun hesabından çıxarışından, icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən və digər sənədlərdən göründüyü kimi İddiaçı xx.xx.2021-ci il tarixli **********30122021 saylı Bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBMK9039044A123 saylı əlavəsinə əsasən "xxxx" ASC tərəfindən 36 ay müddətinə illik 17 faiz olmaq şərti ilə 60 000 (altmış min) manat kredit verilmişdir. Həmin müqavilə üzrə ödənişlər lazımınca icra olunmamışdır. xx.xx.2023-cü il tarixindən etibarən borclu mütəmadi olaraq gecikmələrlə icra etmişdir. Tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə əsasən aylıq ödəniş məbləği 2139.16 manat müəyyənləşdirilmişdir. Borclu tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixində həyata keçirilmişdir. Bu ödəniş qrafik üzrə 2024-cü ilin iyul ayına ödənilməli məbləğin daxilolması kimi hesablanmışdır. Borclu İddiaçı hazırki tarixə olan gecikmə günü 497 gün təşkil edir. Bununla bağlı olaraq, borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunmuş, icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş göndərilmiş, həmçinin bildiriş borcuya məxsus mailto:emiraslanveliyev@gmail.comElektron ünvan 2 elektron ünvanına göndərilmişdir. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********30122021 saylı Bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBMK9039044A123 saylı əlavəsinin 2.7-ci maddəsinə əsasən kreditin qaytarılma müddətləri pozulduqda tətbiq olunan faiz dərəcəsi illik faiz dərəcəsindən əlavə gündəlik 0.5 faiz olduğu müəyyən edilmişdir. Tərəflər arasında imzalanmış müqavilə şərtlərinə əsasən, hüquqi və ya poçt ünvanında dəyişiklik olan tərəf digər tərəfləri bu barədə dərhal xəbərdar etməlidir. Əks halda sonuncu məlum olan ünvan üzrə göndərilmiş müraciətlər ünvan sahibinə çatdırılmış hesab olunur. Onu da qeyd etməliyik ki, İddiaçı icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya xx.xx.2025-ci il tarixində Qazax rayonu, Yuxarı Salahlı kəndinə göndərilmiş, həmin məktub xx.xx.2025-ci il tarixində borclunun qonşusu Elman adlı şəxs tərəfindən qəbul edilmişdir. Bununla yanaşı xx.xx.2025-ci il tarixində göndərilən bildirişin mətni mail to:Elektron ünvan 1 mail adresinə də ünvanlanmışdır. Göründüyü kimi, İddiaçı müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımınca icra etməmiş, borclunun ünvanına xəbərdarlıqlar ünvanlanmasına baxmayaraq münasibət bildirməmiş və heç bir ödəniş etməmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin rədd edilməsinə dair qətanmə qəbul edilməsini xahiş etmişlər. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********30122021 saylı Bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBMK9039044A123 saylı əlavəsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı 36 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 60000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli bildirişlə xx.xx.2023-cü il tarixli, **********30122021 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 34024,69 manat məbləğində əsas borc, faiz borcu 7592,82 manat, cərimə borcu 20771,96 manat borcu 20 gün müddətində ödənilmədiyi təqdirdə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir. Həmin bildiriş xx.xx.2025-ci il tarixdə İddiaçı təqdim olunmuş və həmin hal xx.xx.2024-cü il tarixli, xəbərnamə ilə təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC xx.xx.2023-cü il tarixli, **********30122021 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 34024,69 manat, faiz borcu 7592,82 manat cərimə qismində 20771,96 manat və 25 manat dövlət rüsumu cəmi 62529,77 manat məbləğində pul vəsaitinin İddiaçı tutulmasına dair icra qeydinin qəbul olunmasını xahiş etmişdir. Qazax rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ- 8183 saylı icra qeydi ilə İddiaçı 62529,77 manat məbləğində pul vəsaitinin tutularaq, "xxxx" ASC -yə xeyrinə ödənilməsi müəyyən edilmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 162-ci bəndində göstərilmişdir ki, 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə, icra qeydi aparılır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, icra qeydinin verilməsi ilə əlaqədar "xxxx" ASC tərəfindən notariusa təqdim olunmuş sənədlər xx.xx.2023-cü il tarixli, **********30122021 nömrəli kredit müqaviləsi üzrə borcun mübahisəsiz olduğunu təsdiq edir. Bundan başqa, "xxxx" ASC tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edildiyi vaxtdan əvvəl İddiaçıElektron ünvan 1 elektron ünvanına və sifarişli poçt vasitəsilə İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Göründüyü kimi Qazax rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-8183 saylı icra qeydinin verilməsi zamanı qanunun tələbi pozulmamışdır və həmin icra qeydinin ləğvinə əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdeh Qazax Rayon notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Qazax Rayon notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar