Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-166/2023 16.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə mülki işə 16 oktyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli RGRR3759931A299 saylı kredit müqaviləsinə əsasən 6171,44 manat əsas borc, 610,88 manat faiz borcu olmaqla, cəmi 6782,32 manat borcun, xx.xx.2019-cu il tarixli BBLK1557202A136 saylı kredit kartı müqaviləsinə əsasən isə 1608.69 manat əsas borc, 71.7 manat faiz borcu olmaqla, cəmi 1680,39 manat borcun və ödənilmiş 104,63 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli RGRR3759931A299 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 8262 manat məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BBLK1557202A136 saylı kredit kartı müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə kredit xətti ayrılmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə Cavabdeh xx.xx.2022-ci il tarixə Banka xx.xx.2021-ci il tarixli RGRR3759931A299 saylı kredit müqaviləsinə əsasən 6171,44 manat əsas borc, 610,88 manat faiz borcu olmaqla, cəmi 6782,32 manat borcu, xx.xx.2019-cu il tarixli BBLK1557202A136 saylı kredit kartı müqaviləsinə əsasən isə 1608.69 manat əsas borc, 71.7 manat faiz borcu olmaqla, cəmi 1680,39 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, cavabdehlər banka olan borcunu ödəməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli RGRR3759931A299 saylı elektron qaydada bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 35 ay müddətinə, illik 25 % ödəmək şərti ilə 8262 manat məbləğində kredit verilmiş və xx.xx.2019-cu il tarixli BBLK1557202A136 saylı kredit kartı müqaviləsinə əsasən illik 25% ödəmək şərti ilə Cavabdeh kredit xətti ayrılmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə xx.xx.2021-ci il tarixli RGRR3759931A299 saylı kredit müqaviləsinə əsasən 6171,44 manat əsas borc, 610,88 manat faiz borcu olmaqla, cəmi 6782,32 manat borc, xx.xx.2019-cu il tarixli BBLK1557202A136 saylı kredit kartı müqaviləsinə əsasən isə 1608.69 manat əsas borc, 71.7 manat faiz borcu olmaqla, cəmi 1680,39 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli 16/58152 saylı məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh kredit və kredit kartı müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, nəticədə onun bank qarşısında müqavilədən irəli gələn əsas və faiz borcu yaranmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 28 mart 2023-cü il tarixli 9/990 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 15 iyun 2021-ci il tarixli RGRR3759931A299 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2022-ci il tarixədək banka olan borcu - əsas borc üzrə 6042,08 manat, faiz borcu üzrə 402,81 manat təşkil edir. Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BBLK1557202A136 saylı kredit kartı müqaviləsi üzrə tələb olunan sənədlər təqdim edilmədiyindən həmin müqavilə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmişdir və yeni rəy alınmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 31 avqust 2023-cü il tarixli 9/3169 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu xx.xx.2021-ci il tarixli RGRR3759931A299 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 6042,08 manat, faiz borcu üzrə 402,81 manat, xx.xx.2019-cu il tarixli BBLK1557202A136 saylı kredit kartı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 1608.69 manat, faiz borcu üzrə 71.70 manat təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqavilələri üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli RGRR3759931A299 saylı kredit müqaviləsi üzrə 6042,08 manat əsas borc, 402,81 manat faiz borcu, xx.xx.2019-cu il tarixli BBLK1557202A136 saylı kredit kartı müqaviləsi üzrə 1608.69 manat əsas borc, 71.70 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 104.63 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 250 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab:AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli RGRR3759931A299 saylı kredit müqaviləsi üzrə 6042,08 manat əsas borc, 402,81 manat faiz borcu olmaqla cəmi 6444,89 manat borc və xx.xx.2019-cu il tarixli BBLK1557202A136 saylı kredit kartı müqaviləsi üzrə 1608.69 manat əsas borc, 71.70 manat faiz borcu olmaqla, cəmi 1680,39 manat məbləğində borc və 104.63 (bir yüz dörd manat altmış. üç qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 250 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-166/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-166/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver